Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Koronavirusa qətiyyətimizlə qalib gələcəyik

       Xocalı ictimaiyyəti də pandemiyaya qarşı Azərbaycan dövlətinin tətbiq etdiyi karantin qaydalarına ciddi əməl edir

        Ötən ilin son ayında Çinin Uhan əyalətində "peyda olan” "yarasa tipli” virus dünyanı lərzəyə gətirəcək sürətlə yayıldı. Xalqlar və dövlətlər onun qarşısını almaq üçün bütün mümkün vasitə və variantlardan istifadə etmək barədə ciddi düşünməyə vaxt tapmadan yoluxma və ölənlərin sayının nəinki günbəgün, hətta saatbasaat artması insanlarda vahimə yaratdı. Doğrusu, bu virusun pandemiyaya çevrilməsi, əslində, inkişaf etmiş Avropa ölkələrindəki səhiyyənin acizliyini də ortaya qoydu. Epidemiya dünya xalqlarını bir olmağa, bu "göydəngəlmə” bəlaya qarşı birgə mübarizənin vacibliyinə yönəltdi.

        Təbii ki, Azərbaycan xalqı və dövləti də bu pandemiyadan kənarda qala bilməzdi. Çünki ölkəmiz şərqdən-qərbə, cənubdan-şimala nəqliyyat-kommunikasiya xətlərini özündə birləşdirən bir mərkəz kimi daim qonaq-qaralı olub. Ona görə də xaricdə koronavirusa yoluxmuş əcnəbilərin ölkəmizə səfərləri bizi də hələ ki, dərmanı axtarılan bəlaya saldı. Lakin sevindirici haldır ki, Azərbaycan Prezidentinin uzaqgörənliyi bu gün özünü bir daha göstərdi: xalqımız koronavirusa yoluxma və ölənlərin faizinə görə ən aşağı, sağalmalar baxımından isə yüksək yerlərdədir.

        Əlbəttə, Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqəti və qayğısının nəticəsidir ki, bu gün dünyanı bəla kimi bürümüş koronavirusa qarşı ölkəmiz yüksək əhvali-ruhiyyə ilə mübarizəyə qoşulub. Əminik ki, dövlət başçısının qeyd etdiyi kimi, bu mübarizədən üzüağ çıxacağıq: minimum az zərərlə. Çünki Azərbaycan Prezidenti dövlətin iqtisadiyyatını və siyasətini düşünməklə bərabər, ölkə vətəndaşlarının hər biri haqqında da ciddi fikirləşir: onların hər biri daha dəyərli, sağlamlıqları isə hər şeydən üstündür.

        Son vaxtlar, daha doğrusu, pandemiyanın sürətlə yayıldı günlərdə Azərbaycan dövlətinin pandemiyanın qarşısının alınması istiqamətində həyata keçirdiyi sosial izolyasiya və karantin qaydalarının tətbiqi də bunu təsdiqləyir. Bu gün Azərbaycan pandemiyadan az əziyyət çəkən, minimim itki verən ölkələr sırasında bəlkə də birincidir. Bu, hər bir vətəndaşımızın diqqətini cəlb edir. Ona görə də qabaqlayıcı tədbirlərə əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilib.

        Azərbaycan Prezidentinin dünya liderləri arasında olan həm də şəxsi nüfuzudur ki, pandemiyaya qarşı mübarizədə tətbiq edilən qanunlar və qadağalar artıq Avropa dövlətlərində, həmçinin qardaş Türkiyədə də birmənalı şəkildə təqdir olunur. Videokonfranslardakı çıxışları ilə dünyanı səfərbər edən Azərbaycan Prezidenti bununla bir daha təsdiqləyir ki, bizim xalq xoşbəxtdir: onun belə praqmatik, uzaqgörən, düşüncəli, bütün sahələri bilən, vaxtında və operativ qərar qəbul edən lideri var.

        Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Azərbaycanın bu pandemiyaya qarşı apardığı mübarizənin nümunə olduğunu bildirməsi bizdə bir daha əminlik yaratdı ki, bu gün ağ xalatlı ön cəbhənin döyüşçüləri - həkimlərimiz dövlətimizin və xalqımızın qayğısına daim qalan Prezidentimizin ətrafında daha sıx birləşib. Bu həmrəylik pandemiyanın daha geniş əraziləri bürüməsinin qarşısının alınmasında mühüm amildir.

        Ona görə də cənab Prezidentə elektron KİV vasitəsilə ölkə əhalisindən minlərlə, milyonlarla məktub gəlməkdədir. Biz də həmin axına qoşularaq bildirmək istəyirik ki, hörmətli Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, birillik əməkhaqqınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyinizi xocalılılar, o cümlədən Xocalı səhiyyəsi işçilərinin hər biri yüksək səviyyədə qarşılayır və Sizə öz təşəkkürümüzü bildiririk. Bundan sonra dövlət məmurları ilə yanaşı, iş adamları, sahibkarlar, o cümlədən sadə vətəndaşlar da bu addıma qoşuldu. Ölkə ərazisindəki aztəminatlı ailələrə gündəlik olunan yardımları biz də görürük. Bizim Xocalıdan olan aztəminatlı ailələrə edilən yardımlar isə həmişə maddilikdən daha çox mənəvi bir dayaq sayılıb.

        "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, dağlıq və erməni silahlı birləşmələrinin yerləşdiyi ərazidə məskunlaşıb. Buna baxmayaraq, koronavirusla bağlı mübarizədə mart ayından Tibbi Ərazilərin İdarə edilməsi Birliyi tərəfindən verilən tövsiyələrə uyğun, gündəlik, hər saatdan bir aldığımız tapşırıqları operativ yerinə yetirməyə çalışırıq. Əhalimizin tibbi müayinəsi, onların hər dəqiqə yerində yoxlanılması, lazım olanların koronavirusla bağlı laborator analizdən keçirilməsi davamlı şəkildə yerinə yetirilir.

        Göstərilən diqqətin və qayğının nəticəsidir ki, Xocalı camaatı arasında, şükürlər olsun ki, COVID-19-a yoluxma halı baş verməyib. Biz səhiyyə işçiləri çalışırıq ki, hər gün əhalinin sağlamlığını qoruyaq. Koronavirusla mübarizəyə qoşulan Xocalı rayon səhiyyə işçiləri mart ayının 14-dən gücləndirilmiş növbəli iş rejimi ilə çalışaraq əhaliyə xidmət edirlər. Mərkəzi xəstəxananın sahə həkimi Mütalim Cəfərov, eləcə də sahə tibb bacıları və respublikanın müxtəlif yaşayış yerlərində olan kənd tibb məntəqələrinin işçiləri də onların qarşısında duran vəzifəni layiqincə yerinə yetirirlər.

        Bildiyimiz kimi, Xocalı camaatı erməni vandalizminin qurbanlarına çevrilmiş, soyqrımına məruz qalmış vətəndaşlardır. Cənab Prezident! Onlar hər zaman Sizin diqqətinizdədir, o cümlədən Xocalının şəhid, aztəminatlı ailələrinə, qazilərinə daim qayğı ilə yanaşmısınız, ona görə də hər birimiz Sizə minnətdarıq! Daim cənab Prezidentimizin ətrafında sıx birləşərək, bütün problemləri həll edəcəyimizə əminik!



Aqil MƏMMƏDOV,
"Xocalı Rayon Mərkəzi Xəstəxanası" 
Publik Hüquqi Şəxsin direktoru
Paylaşın:

"İlham Əliyevin Könüllüləri" İctimai Hərəkatının fəalları Prezidentə təşəkkür etdilər

        “İlham Əliyevin Könüllüləri” İctimai Hərəkatının şəhər və rayonlar üzrə məsul şəxsləri Cənab Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. 

        Təşəkkür məktubunda yazılıb: 

        Hörmətli Cənab Prezident!
        Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığınız ardıcıl və məqsədyönlü iş ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir. Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.
        Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan vətəndaşları olaraq sizə təşəkkür edib, işlərinizdə uğurlar arzu edirik.

        Hörmətlə:
1. Bakı şəhəri Sabunçu rayonu  - Hüseynova Ayşən Fəxrəddin q
2. Bakı şəhəri Xətai rayonu - İbrahimli Tural
3. Bakı şəhəri Nərimanov rayonu - Uluxanlı Elşən Aydın o
4. Bakı şəhəri Nərimanov rayonu - Şükürov Orxan Ceyhun o
5. Bakı şəhəri Abşeron rayonu - Əliyev Fərman Çingiz o
6. Bakı şəhəri Binəqədi rayonu - Füzuli Qasımoğlu
7. Gəncə şəhəri Şükürov Ümid
8. Sumqayıt şəhəri  - Qubadova Aytac Səyyaf q
9. Şəmkir rayonu - Qurbanov Cehun Eldar o
10. Yevlax rayonu - Vaqifli Fərid
11. Yevlax rayonu - Həsənov Nahid Əsgər o
12. Göygöl rayonu - Şabanova Türkan Arzu q
13. Kürdəmir rayonu - Bayramov Mais Əlqara o
14. Xaçmaz rayonu-  Babayeva Esmira İbrahim q
15. Quba rayonu- Şıxbabayeva Aygün Şıxbaba q
16. Qusar rayonu - Zəkiyev Babacan Ramiz o
17. Balakən rayonu - Bicilov Hacımurad Əli o
18. Ağstafa rayonu - Əsgərov Ənvər Vaqif o
19. Ağstafa rayonu - Bağırova Aynur Elşən q
20. Zərdab rayonu - Şirinov Rəmzi Tehran o
21. İsmayıllı rayonu - Əyyubov Nurlan Tahir o
22. Lerik rayonu -  Məmmədov İlqar Adiş o
23. Lənkaran rayonu - Kərəmov Elnur Cahil o
24. Salyan rayonu - Qədirova Xanım Bəxtiyar q
25. Ağdaş rayonu - Qəribov Nurlan Məmməd o
26. Ağdam rayonu - Həmidov Əhməd Aslan o
27. Naxçıvan şəhəri Şərur rayonu - Hüseynov Xaliq isa o
28. Şamaxı rayonu - Məmmədova Nuranə Cabbar q
29. Lerik rayonu - Rəhimov Anar Adil o
30. Biləsuvar rayonu - Xanməmmədov Fuad Sabir o
31. Laçın rayonu - İmran Ələkbərov
32. Xocalı rayonu - Qalib Bəyməmmədoğlu
33. Qərb Regionu üzrə məsul şəxs Bəxtiyar Əlioğlu
34. İctimai aksiyanın həmsədri Hüseynova Nərmin Fizuli qızı
35. İctimai aksiyanın təsisçisi Əliyev Teymur Ayaz oğlu

        Qeyd edək ki, Təşkilat Koronavirus pandemiyası dövründə yaradılıb. Əsas məqsədi bu qlobal problemdə Azərbaycan vətəndaşları olaraq Ölkə Prezidenti ətrafında sıx birləşmək, aparılan siyasəti dəstəkləmək və sosial şəbəkələrdə aktiv şəkildə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarını təbliğ etməkdir. Cənab Prezidentin çağırışına qoşularaq "Biz birlikdə gücluyük!" aksiyası çərçivəsində könüllü olaraq aztəminatlı ailələrə köməklik görsətməkdən ibarətdir. 
Qalib Quliyev,
Aksiyanın İctimaiyyətlə əlaqələr və 
mətbuatla iş üzrə məsul şəxsi 
Paylaşın:

Ermənilərin kabusu, Şəhid şəhərin "Mixaylo"su

        Ermənilər Azərbaycana qarşı işğal yürüşünə başlayanda sakit həyatını yaşayan
xocalılıların yuxusuna da girməzdi ki, bir neçə il keçəcək, bu şəhərin dinc sakinləri soyqırıma məruz qalacaq, yüzlərlə məsum insan vəhşicəsinə öldürüləcəkdi. O qanlı günə isə hələ üç il vardı.


        1988-ci ilin qış ayları idi, Xankəndidə ermənilər separatçı niyyətlərini açıq şəkildə bəyan edir və şəhərin küçələrində aksiyalar keçirirdilər. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) Ermənistan SSRİ-yə birləşdirməklə Azərbaycana qarşı açıq savaşa başladıqlarını bəyan edirdlər. Xankəndindən alovlanan bu atəşin adı “Miyasum” (erm.dilində – Birlik) idi. Bir neçə ay ərzində İrəvandan və xaricdə fəaliyyət göstərən erməni təşkilatlarının maddi və ideoloji dəstəyi ilə bu alov Dağlıq Qarabağı bürüdü. Artıq 1989-cu ildə demək olar ki, hər gün erməni silahlı qruplaşmaları azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə və avtobuslara, yaşayış məntəqələrinə hücum edir, etnik təmizləmə siyasətini açıq şəkildə bəyan edirdilər. Belə gərgin vaxtlarda Bakıdan – paytaxtdan yetərli təhlükəsizlik tədbirləri ala bilməyən qarabağlılar öz kəndlərini, el-obalarını qorumaq məcburiyyətində qaldılar. Yaşayış məntəqələrində özünümüdafiə dəstələri yaranmağa başladı. Bu dəstələr məhdud imkanlar hesabına silahlanır və yaşayış məntəqələrini qoruyurdular. Belə özünü müdafiə bölmələrindən biri də Dağlıq Qarabağın strateji yaşayış məntəqələrindən olan Xocalı şəhərində yaradıldı. Sonradan Xocalı özünümüdafiə taboruna çevrilən bu dəstəyə kapitan Tofiq Hüseynov komandirlik etməyə başladı.

Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. Hərbi xidməti başa vurduqdan sonra Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlayır. T. Hüseynov 1991-ci ildə Xocalı özünümüdafiə dəstəsinin təşkilatçılarından biri olur və bu tabora ömrünün sonunadək komandirlik edir. Qısa müddətdə o döyüş bacarığı və qəhrəmanlığı ilə ermənilərin kabusuna çevrilir. Meşəli kəndi uğrunda gedən döyüşdə düşmən hərbi birləşməsinə vurulan zərbədən sonra ermənilər onu öldürən şəxsə pul mükafatı da təyin edilər. Lakin “Mixaylo” ləqəbi ilə tanınan Tofiq Hüseynovun komandiri olduğu tabor Xocalı ətrafındakı erməni hərbi birləşmələrinə bir-birinin ardınca zərbələr endirir, onların şəhəri mühasirəyə almaq cəhdlərinin qarşısını alırdı. Mehdikənd yaşayış məntəqəsində qazanılan uğurlu hərbi əməliyyatdan sonra isə Tofiq Hüseynova mayor rütbəsi verilir.

Lakin vəziyyət getdikcə gərginləşirdi. Artıq 1992-ci ilin fevralın əvvəllərindən başlayaraq Xocalını işğal etməyi qarşısına məqsəd qoymuş ermənilər şəhərə hücumların sayını artırmışdılar. Quru yol da bağlanmış, ümid yalnız özünümüdafiə taborunun döyüş imkanlarına qalmışdı. Şəhərin müdafiəsi üçün savaş meydanından bir addım da geri çəkilməyən xocalılılar komandirin döyüş bacarığına inanırdılar. Lakin taborun şəxsi heyət və silah-sursat imkanları tükənməz deyildi. Mərkəzi komandanlıq da Xocalının mühasirədən çıxması üçün effektiv addım ata bilmirdi. Tofiq Hüseynovun taboru isə Xocalının qəhrəman övladları ilə bir addım da olsun geri çəkilmək niyyətləri yox idi.

Nəhayət, 1992-ci il fevralın 25-i gecə saatlarında Rusiya Ordusunun Xankəndindəki 366-cı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə Xocalının üzərinə ermənilərin geniş miqyaslı hərbi əməliyyat başladı. Komandir döyüş yoldaşları ilə çiyin-çiyinə verərək sona qədər döyüşdü. Şəhərin işğalının qaçılmaz olduğunu görən mayor Hüseynov yüzlərlə xocalılını təhlükəsiz yerə çıxmasına nail oldu. Düşmənin hücumunun qarşısının alınmasında rəşadətlə vuruşdu. Mayor Tofiq Hüseynov canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər düşmən hərbçilərini də məhv etdi.

Xocalının “Mixaylo”su son nəfəsində də düşməndən qisas alaraq şəhidlik zirvəsinə ucaldı. Tofiq Hüseynov o dəhşətli gecədə həm də silahdaşı olan qardaşı Bakir Hüseynovu da itirir. Atası Mirsiyab, anası Minəş xanım, həyat yoldaşı Məxmər xanım və 47 yaxın qohumu da faciə günü şəhidlik zirvəsinə ucaldılar. Ölümündən 4 ay sonra mayor Hüseynov Tofiq Mirsiyab oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Tofiq Hüseynov gənc nəslə vətəni qorumağı, onun uğrunda öldürməyi və ölməyi öyrətdi. O Azərbaycanın hərb tarixinə öz adını cəsur komandir kimi qızıl hərflərlə yazdırdı.

Qəhrəman Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Bu gün komandirin ocağında – oğlunun ailəsində onun adını fəxrlə daşıyan nəvəsi böyüyür. Yeniyetmə Tofiq Hüseynov babasının hərbçi yolunu davam etdirməyi qarşısına məqsəd qoyub. Düşmənin hiyləsi və məkri varsa da, bizim də qəhrəmanlarımız – tofiqlərimiz var…


Ramil Məmmədli
hərbi jurnalist 



Paylaşın:

Xocalı rayonunun toponimləri - Canhəsən kəndi


canhəsən kəndi Xocalı rayonunda, Qarabağ silsiləsinin yama­cında, Kosalar sovetliyində, rayon mərkəzindən 16 km cənub-qərbdə yerləşir. Kənd əhalisi əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurdu. Kənddə məktəb, klub, kitabxana və s. vardı. Bu yaşayış mən­təqəsini Canhəsən adlı şəxs salmışdır. Oykonim də “Canhəsənin nəsli yaşayan kənd, canhəsəngillər” mənasındadır. Canhəsən kəndi işğaldan bir müddət əvvəl Ağdaş rayonu tərəfindən hamiliyə gö­türülmüşdür.

Paylaşın:

Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən ahıl və sosial yardıma ehtiyacı olan sabiq mədəniyyət işçilərinə baş çəkilib



        Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən Gəncə şəhəri Yeni qəsəbə 2-də məskunlaşmış Xocalı rayonundan olan tənha, yaşı 65-dən yuxarı, sosial yardıma ehtiyacı olan sabiq mədəniyyət işçilərinə baş çəkilmiş, onlara sovqat aparılmışdır.





Paylaşın:

Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara dair Xocalı rayonu üzrə zəruri tədbirlər həyata keçirilir

        Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Xocalı rayonu üzrə də zəruri tədbirlər mütəmadi olaraq həyata keçirilir.
        Belə ki, rayonun tabeliyində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, rayonun xidməti ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, mağazalarda, parklarda, qəsəbələrin mərkəzi və ətraf küçələrində, avtomobil yolları və səkilərdə dezinfeksiya işləri aparılır. Həmçinin binaların ərazisində olan tullantı qabları, məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai yerlərdə istifadə olunan əşyalar və qurğular təmizlənir və dezinfeksiya olunur.





Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi