Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qalib Quliyev

        Quliyev Qalib Bəyməmməd oğlu - 1986-cı ildə Xocalı rayon Kosalar kəndində anadan olmuşdur. 6 yaşında doğma el-obasından didərgin düşən Qalib kiçik yaşlarından şeir yazmağa həvəs göstərmişdir. Onun yazdığı şeirlər əsasən vətənpərvərlik mövzusundadır. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi üzrə ixtisasartırma kursundan keçmişdir. 2012-ci ildən Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir. "İlin gənc müəllimi-2019" müsabiqəsində ilk 50 namizəd arasına düşmüşdür. Onun məsuliyyətli və fəal olması "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında dəfələrlə Xocalı rayon məktəbliləri üzərində qrup rəhbəri kimi iştirak etməsinə səbəb olmuşdur. Gənc pedaqoq şagirdləri ixtiralar etməyə həvəsləndirən ixtiralar.com saytının da adminidir.
Onun yazdığı şeirlər mütamadi olaraq qəzet və jurnallarda dərc olunur. 2018-ci ildə keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçki kampaniyası dövründə Qalib Quliyevin "Verək səsimizi haqqın səsinə" adlı şeiri müxtəlif mətbu orqanlarda çap edilmiş, həmçinin xocalıların keçirdiyi təbliğat-təşviqat mitinqində səsləndirilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kosalar kəndinə aid kosalar.com saytının adminidir. 2013-cü ildən Xocalı rayon İcra Hakimiyyətinin qəzeti olan "Xocalının Səsi" qəzetində bölgə muxbiri və texniki redaktor kimi işləyib. Qəzetin internet ünvanı olan xocalininsesi.info saytının adminidir.
2015-ci ilin noyabr ayından "Xocalının səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışır.
2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2018-ci il dekabr ayının 20-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II Qurultayında Birliyin 23 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilib. İcmada fəallıq göstərir.
Qalib Quliyev jurnalistika sahəsində bir çox uğurlar qazanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qailibi olub.
2019-cu ildə Qarabağ həqiqətlərini, Xocalı soyqırımı nəticələrini, erməni vəhşətini ictimaiyyətə çatdırılmasında və sosial şəbəkələrdə geniş təbliğinə görə Beynəlxalq Zaparojye Kazakları Birliyinin Ali Məclisinin Getmanının Ukrayna-Azərbaycan əlaqələri üzrə məsul nümayəndələrindən biri Üzeyir Vahabovun şərəfinə təsis edilmiş 65 il yubileyi medalı ilə təltif edilmişdir.
2020-cu ildə 2 Fevral Gənclər Günü münasibətilə "Qafqaz-Media" İctimai Birliyinin "Gənclər gələcəyimizdir" layihəsi çərçivəsində "İlin fəal gənci" və "Gənclərin dostu" medalı ilə təltif olunub.
2019-cu ildə Azərbaycan Texnologiya Universitetinin Kommersiya fakültəsinə qəbul olub.
"Qələmizimizi süngüyə çevirək" devizi altında mütəmadi olaraq şeir, rəsm və yazı müsbiqələrinin təşəbbüskarıdır. 
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi