
Məhz
Prezidentimizin apardığı hərtərəfli islahatların sayəsində bu gün Azərbaycan
ayaqda durmağı bacarır. Bir sıra inkişaf etmiş dövlətlərin pandemiyaya qarşı
mübarizədə aciz qaldıqları bir vaxtda Prezidentimizin tapşırıqlarına uyğun
olaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xalqımızın da üzləşdiyi
pandemiyaya qarşı mübarizə mütəşəkkil surətdə aparılır və nəzarət altında
saxlanılaraq minimum itki ilə ötüşməyə ümidimizi artırır. Dövlət başçımızın
xalqımızın sağlamlığını ön plana çəkərək əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün çalışdığının bir daha şahidi olduq.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və nümunə olaraq
birillik əmək haqqının fonda köçürülməsi Prezidentimiz İlham Əliyevin pandemiyaya
qarşı mübarizədə atdığı mühüm addımlardandır.
Səhiyyə
işçilərinin əmək haqlarının bir neçə dəfə artırılması, tibbi ləvazimatların
istehsalına başlanılması, modul tipli xəstəxanaların tikilməsinə start verilməsi,
əhalinin aztəminatlı təbəqəsinə yardımların edilməsi, sahibkarlara
kompensasiyaların ödənilməsi və digər addımlar sübut etdi ki, Prezidentimiz
daim xalqın yanındadır.
İnsanların
Prezidentimizə ünvanladıqları saysız-hesabsız təşəkkür məktubları xalqın öz
Prezidentinə olan sevgi və inamının təzahürüdür. Bütün bunlar, əlbəttə, dövlət
başçımızın yürütdüyü xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş
sosial-iqtisadi siyasətinin nəticəsidir.
Əminik ki,
dövlətimiz və xalqımız tarixin bu sınağından da üzüağ çıxacaq. Allah Prezidentimizi,
dövlətimizi və xalqımızı qorusun!
Zülfü QULİYEV,
Xocalı rayon ziyalısı