Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin beynəlxalq səviyyədə güclü lider kimi tanınır. BMT-nin 31-ci xüsusi sessiyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi tarixi hadisədir və bu təşəbbüs 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Lakin Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb bir daha özünü rüsvay etdi. Bu səbəbdən mənfur düşmən beynəlxalq arenada bütün dayaqlarını itirməkdədir. Onların gücü yalnız atəşkəs rejimini kobudcasına pozaraq mülki əhaliyə güllə atmasına çatır. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.
Mən bir Xocalı ziyalısı kimi deyirəm ki, ey mənfur düşmən, sən Azərbaycanımıza heç bir şəkildə qalib gələ bilməyəcəksən. Azərbaycanımın İlham Əliyev kimi güclü lideri var. Yenilməz Ordusu var. Biz Prezidentimizin ətrafında yumruq kimi sıx dayanmışıq. Heç bir qüvvə bizim birliyimizi poza bilməz.
Allahın izni ilə, bir də ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə itirilmiş torpaqlarımızı tezliklə geri alacağıq.
Loğman Məmmədov,
Xocalı rayon Başkənd kənd tam orta məktəbin müəlimi