Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan Ordusu yenilməzdir


         Dəyərli həmvətənlərimiz, bildiyimiz kimi, işğalçı ermənistan respublikası hələ dövlətçilik ənənələrinə sahib olmamışdan əvvəl də indiki Rusiya federasiyasının iqtisadi, siyasi və hərbi potensialindan istifadə etmiş və bu gün də istifadə etməkdədir. 1991-ci ildən müstəqilliyini bərpa etmiş Ermənistan respublikası 1992-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təskilatına daxil olmuş, ancaq Rusiya ilə apardığı siyasi hərbi aktivliyi bu müqavilənin heç bir şərtləri daxilində göstərə bilməmiş, öz daxili və xarici acizliyini bir daha biruzə vermişdir.

         Mənfur qonşularımız Tovuz döyüşləri zamanı da digər dövlətlərdən asılı olduğunu göstərdi. Əzəli himayədarları olan Rusiya, qədirbilməz Serbiya düşmən ölkəni silahlandırmaqla məşğul oldular. 

         Serbiyanın Ermənistana silah-sursat göndərməsi nankorluq əlamətidir. Ölkəsini koronavirus bürüdüyu bir halda Azərbaycan Respublikasından maddi yardım almış Serbiyanın Azərbaycan qarşı işğalçı mövqe tutmuş Ermənistana silah-sursat göstərməsi əlbəttə ki, həm siyasi rəhbərliyimiz, həm xalqımız arasında birmənalı olaraq qarşılanmayıb. Sözsüz ki, Azərbaycan hökumətinin cavab tədbiri heç də çox ləngiməmişdir. Serbiyanin Azərbaycandakı səfiri dərhal çağırılmış, yaranmış vəziyyətlə əlaqədar olaraq söhbət aparılmış, Serbiya Respublikasının bu addımının Azərbaycan xalqı arasında ictimai qınağa səbəb olması haqqında bəyanat verilmiş, bu addım Azərbaycana qarşı qərəzli yanaşma kimi dəyərləndirilmişdir.


         Təəssüf ki, Azərbaycanla iqtisadi əlaqələri geniş olan Rusiya da Ermənistana silah göndərmişdir. Həm də hansı yolla? Gürcüstanın hava yollarından istifadədən məhrum olmuş Ermənistana Rusiyanın göndərdiyi silah-sursat Azərbaycanin tarixən mehriban siyasət apardığı Qazaxıstan və Türkmənistan səmalarından mənzilə çatdırılması xalqımızı məyus edir. 17-18 gün müddətində 7 reysə daşınmış bu tip müasir silahlar yəqin ki, hava yolları ilə xidmət edən bu dövlətlər üçün göz yumacaq qədər də asan deyildir. Elə bu məsələdə də Azərbaycan rəhbərliyi medianı çox da maraqda qoymamışdır. Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev bu silahların dünya silah bazarı qiymətindən dəfələrlə ucuz qiymətə Ermənistana göndərilməsilə və qarşı tərəfin Tovuzla təmasda törətdiyi təxribatla bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlamış, yaranmış bu vəziyyətlə bağlı mülahizələr aparmışdır. 

        Bütün beynəlxalq hüquq və normalar Azərbaycanın haqlı mövqedə olduğunu təsdiqləyir. Məkrli düşmənin işğalçı siyasəti beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə tamamilə ziddir. Bu gün ikili standartlar, işğalçı dövlətə kömək göstərənlər münaqişəni yenidən alovlandırırlar. Ancaq düşmən nə qədər özünə güc toplasa da, öz havadarlarının arxasında gizlənsə də, nəticə etibarilə Azərbaycan işğal olunmuş bütün torpaqlarını azad etməklə işğalçı dövlətə ən ağır cəzanı verəcək.


Qoşqar Orucov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi