Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ermənistanın işğalçı siyasəti dünyada sülhün və təhlükəsizliyin qorunmasına qarşı bir ləkədir


Prezident İlham Əliyev Сənablarının 21 sentyabr tarixində BMT Baş Assambleyasının BMT-nin 75-ci illiyinə həsr etdiyi iclasında yüksək səviyyəli və qətiyyətli çıxışı hər birimizdə çox yüksək fəxr hissi oyatdı. 182 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən bu iclasda İlham Əliyev Cənabları həm dövlət başçısı, həm də Qoşulmama Hərakatının sədri kimi Azərbaycanın BMT-yə ən layiqli üzv ölkə olduğunu və buna daim sadiq qaldığını çox gözəl şəkildə ifadə etmişdir. Bu da hər iki tərəf arasında əməkdaşlığın daha da güclənməsinə səbəb olmuşdur. Ölkəmiz üçün BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasıda əvəzsiz rola malikdir.
İlham Əliyev Cənabları çıxışı zamanı ermənistanın azğınlığını, terrorizmə dəstək verdiyini, faşizmi təbliğ edən ölkə olduğunu, BMT-nin qəbul etdiyi dörd qətnaməyə əməl etmədiyini və işğalçı dövlət olduğunu 182 dövlət və hökumət başçılarının qarşısında açıq şəkildə söyləmişdir. Onu da qeyd etmişdir ki, ermənistan işğalçılıq siyasətini davam etdirərək başqa ölkələrdən terrorçu dəstələrini işğal olunmuş torpaqlarımıza gətirərək məskunlaşdırmağa çalışır. O cümlədən Mədəniyyətin beşiyi sayılan Dağlıq Qarabağda ermənilərin vandalizm siyasəti dəyərli tarixi abidələrimizin tarixdən silinməsi ilə nəticələnmişdir. Ermənistanın bu işğalçı siyasəti dünyada sülhün və təhlükəsizliyin qorunmasına qarşı bir ləkədir.
Cənab Prezidentimizin müdrik və ağıllı siyasəti nəticəsində dünyanı bürüyən Covid-19 pandemiyası ilə bağlı vaxtında verdiyi qərar Azərbaycanı nümunəvi ölkələr sırasına daxil etmişdir. Bu da xalqımızın Dövlətimizə və Dövlət Başçımıza qarşı olan inamını daha da artırdı. Biz, hər birimiz ürəkdən inanırıq ki, hörmətli Prezidentimizin uzaqgörən siyasəti nəticəsində işğal altıda olan torpaqlarımız tez bir zamanda azad olunacaq və Covid-19 pandemiyasına qarşı mübarizədə qalib gələcəyik.
Elsevər Hümbətov,
Xocalı rayon ziyalısı
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi