Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İgid Vətən oğulları könüllü şəkildə cəbhəyə yollanırlar

        2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən iri çaplı ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdular. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ayıq sayıqlığı nəticəsində düşmən ordusunun hücumunun qarşısı alındı və eyni zamanda qüdrətli Ordumuz əks hücuma keçərək uğurlu hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatların ilk günündə ordumuz işğal altında olan yeddi kəndimizi işğaldan azad etdi. Uzun illərdi xalqımızın gözlədiyi bu gözəl gündə cənab prezident İlham Əliyev Ordumuzu və xalqımızı təbrik edərək uğurlar arzuladı. 2020-ci il sentyabrın 28-dən Cənab Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan olundu. Torpaqlarımızı qaytarmaq üçün xalqımızın igid oğulları könüllü şəkildə çəbhəyə yollanıb döyüşmək üçün hərbi komissarlığa müraciət etdilər. Çoxsaylı müraciətlərə baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətindən məlumat verildi ki, qismən səfərbərlik mərhələli şəkildə aparılır və qeydiyyata alınır. Hal-hazırda yaşından asılı olmayaraq vətəndaşlarımız ön cəbhədə döyüşmək üçün hərbi səfərbərlikdən çağırılmasını gözləyir. Öz növbəmdə mən də Tağıyev Novruz Suliddin oğlu fiziki tərbiyə müəllimi işləməyimə baxmayaraq, hərbi xidmətə çağırılacağım günü səbirsizliklə gözləyirəm. Onu da xüsusi qeyd edim ki, xalqımız Ordumuza və Cənab Prezident İlham Əliyevə səmimi qəlbdən inanır və torpaqlarımızı mənfur düşməndən azad etmək üçün hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyirlər. Ulu tanrı Ordumuzu qorusun və Böyük Zəfərlər qismət eləsin.

Novruz Tağıyev,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi