1994-cü il sentyabrın 20-də Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan milli həyatımızda qlobal əhəmiyyətə malik “Əsrin Müqaviləsi” imzalandı. ABŞ prezidenti B.Klintonun təbrikində deyilirdi: Birləşmiş ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. Biz çox şadıq ki, Siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız.Ümumilli lider Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası XXI əsrin ilk illərində daha böyük uğurla davam etdirildi.
Azərbaycan nefti dünyada böyük şöhrət
qazanmışdır. İkinci dünya müharibəsində fahişst almanları üzərində qəti qələbənin
təmin olunmasında Bakı neftinin böyük rolu olmuşdur. Müharibə dövründə ölkəyə 75
milyon ton neft, 22 milyon ton benzin verildi.Ordunun yanacağa olan tələbatının
70-75 faizini, benzinin 85-90 faizini Bakı neftçiləri ödəyirdi. Dövlət müstəqilliyimizi
əldə etməmişdən öncə Azərbaycan nefti xarici dövlətlər tərəfindən mənimsənilirdi. Hal-hazırda
müstəqil dövlət kimi öz milli sərvətimizin sahibiyik.
Ölkə prezidenti Cənab İlham Əliyev daxili və
xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanı
ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin
başlanğıcını qoyaraq neft strategiyasının da uğurla həyata keçirilməsinə nail
oldu. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar
qoyuldu, Xəzər dənizində “Azəri", “Çıraq”,”Günəşli” sahələrində yeni neft yataqlarının istismarına
başlanıldı. "Şahdəniz" yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı həm də
böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi.
Azərbaycan neft və qaz istehsalının sürətlə
artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən
ölkəsinə çevrildi. 2006-ci il iyulun 13-də Bakı-Tibilisi-Ceyhan əsas ixrac
boru kəmərinin inşası başa çatdırıldı.
Müstəqil dövlət
kimi neft sənayesindən əldə olunan gəlirlər ölkəmizin inkişafına infrastruktur
layihələrin həyata keçirilməsinə, insanların sosial həyatının daha yüksək səviyyədə
təmin olunmasına xidmət edir. Neft amili Azərbaycanın beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi. Dünyanın aparıcı neft şirkətləri ilə
qarşılıqlı,faydalı əməkdaşlığın dərinləşməsi həmin şirkətlərin mənsub olduğu
dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
Siyasətdə
neft amilindən istifadə olunması ölkəmizin neft strategiyasının tərkib hissəssidir.