Ölkəmiz öz daxili tələbatını nə qədər mümkündürsə yerli məhsullar hesabına təmin etməlidir. Peşə Təhsil Mərkəzi ilə bağlı 2020-2021 tədris ili üzrə müəyyən ixtisaslar üzrə tələbə qəbulunun həyata keçirildiyi elan olunub. Təbii ki, bu mərkəz beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Bu sahədə də prioritet məsələ sənayeləşmədə iqtisadi siyasətin mühüm tərkib hissəsi olduğu qeyd olunub. Əsas məqsəd ondan ibarətdir ki, təlabatın ödənilməsində yerli məhsulların artırılması ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft qaz amilindən asılılığının azaldılmasıdır. Əsəs məqsəd ondan ibarətdir ki, daxili məhsula daha çox investisiya cəlb etmək lazımdır, o cümlədən iş yerlərini artırmaq, həmçinin rayon və şəhərlərdə gedən işlərə təkan vermək lazımdı. Prezident İlham Əliyev hətta siqaret istehsalının da ölkəmizin xarici tutun istehsalından asılılığını qeyd etmişdir. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və bununla da kənd təsərrüfatının inkişafına təkan verilsin. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkında yeniləşən və güclənən Azərbaycanı təbii ki, görürük. Ölkəmizin gündən-günə inkişaf etdirilməsi üçün bütün lazım tədbirlərin görülməsini diqqətə çatdırıb və bunun müsbət dinamika ilə davam etdiriləcəyini qeyd edib.
Seymur İsgəndərov,
Xocalı rayon ziyalısı
Prezident İlham Əliyevin 14.09.2020-ci il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə təhsil Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Peşə təhsil Mərkəzində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev öz nitqində Sumqayıt şəhərini Azərbaycanın, o cümlədən Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu qeyd edib. Sumqayıt şəhəri öz potensialı baxımından daha güclüdür və gələcəkdə şüşə istehsalının da fəaliyyətə başlayacağı qeyd olunub. Təbii ki, biz özümüzü yerli şüşələrlə təmin edəcəyik.