Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Peşə təhsilinin inkişafı diqqət mərkəzindədir

                                  

        Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılması ölkədə bu sahədə peşəkar mütəxəssislərin hazırlanması işinə stimulverici təkandır.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də açılışda iştirak etməsi və bu sahənin vacibliyini önə çəkməsi dövlətin sənayenin inkişafındakı proiritetləri ortaya qoyur.
Sovet İttifaqı dağıldıqdan sonra ölkəmizdə peşə təhsilinə münasibət dəyişmiş, bu sahənin stimullaşdırılması işi arxa plana keçmişdir. Lakin son illər Azərbaycanda peşə təhsilinin inkişafı üçün bir sıra ciddi addımlar atılmışdır. Yəni islahatlar həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin də Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı və bu sahənin inkişafına dair verdiyi tövsiyə və tapşırıqlar peşə təhsilinə münasibəti köklü şəkildə dəyişəcək. Bu da sənaye sahəsində yeni, peşəkar kadrların hazırlanması işini sürətləndirəcəkdir.
       Açılış mərasimində Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, sənayeləşmə dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu isə Azərbaycanın gələcək uğurlarının bünövrəsini qoyaraq, qarşıdakı çətinliklərin aradan qaldırılmasına kömək olacaq.
Samirə Hüseynova,
Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi