Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Tezliklə işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edəcəyik

 

         Daşı, torpağı, suyu, havası bir sözlə hər bir zərrəsi biz azərbaycanlılara əziz olan doğma Qarabağım! Təmiz havasına, buz bulaqlarına həsrət qaldığımız Qarabağım! Tarix boyu mənfur düşmənlərin gözünü çəkə bilmədiyi Vətən torpağımız təəssüf ki, hələ də düşmən tapdağı altındadır. 1823-cü ildəki ilk rəsmi siyahıyaalmaya nəzər salsaq, Dağlıq Qarabağ ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4%-i erməni ailələri olduğunu görərik. Türkmənçay müqaviləsinə əsasən, bu rəqəmlər artır. Nəticə etibarilə İrandan 40 min, Türkiyədən 84 min erməni İrəvan və Yelizavetpol qəzalarına köçürülür. Beləliklə, Qarabağda ermənilərin sayı 34,8 faiz təşkil edir. Həmin dövrdə Azərbaycana ayaq açan, bizimlə bir süfrədə çörək yeyən, su içən xislətsiz ermənilər torpağımızı ələ keçirib Böyük Ermənistan yaratmaq xülyasına düşürlər və nəhayət  90-cı illərdə vəhşiliklər törədərək vandal ermənilər insanları işgəəncə ilə öldürüb, yurd-yuvalarını, tarixi məkanları məhv edərək torpaqlarımızın 20 faizini ələ keçirdirlər. Ermənistanın Azərbaycana qarşı təxribatları günü bu gün də davam etməkdədir. Aprel döyüşləri bu təxribatlara bir nümunədir. Aprel döyüşlərindən sonra ən böyük təxribat 2020-ci ilin iyulunda baş verdi. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçu da həlak olub. Habelə döyüşlərdə Azərbaycan tərəfdən əlavə yaralananlar da olub. 15 iyulda döyüşlər səngisə də, 16 iyulda yenidən bərpa olundu. Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında gərgin döyüşlər baş verdi. Ermənilər Azərbaycanı Mingəçevir su anbarını vurmaqla hədələdi. Azərbaycan tərəfi isə ermənilərə Metsamor AES-i dəqiqliklə vura biləcəkləri barədə onlara xəbərdarlıq etdi. 

              Prezident İlham Əliyev sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində telekanallara müsahibəsində qeyd edib ki, Azərbaycan xalqı istənilən yolla öz torpaqlarını geri qaytarmaq gücünə qadirdir. 

           Prezidentimiz Türkiyə ordusu ilə təlimlərdən Yerəvanın qorxu içində olduğunu bildirib. Həmçinin Gürcüstanla dostluq əlaqələrindən danışıb. Məhz Gürcüstanın ərazilərindən keçərək silah daşımalarına icazə verməməsi nəticəsində ermənilər Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşımağa məcbur olub. Buna görə Cənab Prezidentimiz İlham Əliyev Gürcüstan hökümətinə çox etibarlı tərəfdaş kimi minətdarlığını bildirib. 

             Bir sözlə, Qarabağ münaqişəsi və aciz ermənilərin quruda qalmış balıq kimi çırıpınaraq Azərbaycan Ordusunun gücündən qorxaraq törətdikləri təxribatlardan çox söhbət açmaq olar. Azərbaycan öz torpaqlarını mənfur düşməndən bilək gücünə də olsa geri qaytaracaqdır. Var olsun millətimin cəsur igid oğul-qızları, var olsun Ali Baş Komandanımız İlham Əliyev! Allah millətimi qorusun!

Fatimə QULİYEVA,

 Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin

 ingilis dili müəllimi 


 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi