Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bu gün həm səngərdə döyüşən əsgərin, həm onların arxasında dayanan xalqın əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir

        Dost dar gündə tanınar deyiblər. Bu baxımdan bizim də düşmənlərimiz olduğu kimi, etbarlı dostlarımız da yox deyildir. Dost və qardaşdan söhbət düşəndə ilk növbədə Türkiyə dövləti yada düşür. Ancaq o da danılmaz həqiqətdir ki, Türkiyə Cümhuriyyəti ilə bizim münasibətlərimiz dostluqdan da o yana keçir. Çünki biz bir millət, iki dövlətik. Daha bir dövlət də vardır ki, çətin anlarda daim bizim yanımızda olur, ölkəmizdən dəstəyini əsirgəmir. Bu ölkə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşanda onu elə canımız Türkiyədən sonra ikinci dövlət olaraq tanıyan Pakistan İslam Respublikası idi. Bu həmin ölkədir ki, Qarabağı işğal etdiyinə görə bu gün də Ermənistanı dövlət kimi tanımır.                       

       Sentyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfirini qəbul etmişdir. Bu qəbul zamanı ölkə Prezidenti cənab İlham Əliyev Pakistan Azərbaycan dostluğunun tarixi köklərindən, iki ölkə arasındakı bu günki münasibətlərdən danışdı.                

        Ölkə Başçısı səfirlə söhbət zamanı düşmənlə təmas xəttində baş verənlər haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Azərbaycan 27 ildir ki, məkrli düşmənin əsassız ərazi iddialarının nəticəsində torpaqlarının 20 faizini itirmiş, işğal nəticəsində bir milyon vətəndaşımız öz ölkəsində məcburi köçkün vəziyyətinə düşmüşdür. Təəssüf ki, 30 ilə yaxındır ki, aparılan danışıqlar heç bir fayda verməmişdir. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının, işğalçı qüvvələrin işğal altındakı Azərbaycan torpaqlarından çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin heç birinə eməl etməmiş və əksinə, cəzasızlıq şəraitindən ruhlanaraq yeni ərazilər işğal etmək niyyətinə düşmüşdür.                                                                 Düşmən özünün çirkin niyyətini həyata keçirmək məqsədilə 2020-ci ilin sentyabr ayının 27-də qoşunların təmas xəttində bütün cəbhə boyu hücuma keçmişdir. Azərbaycan ordusu əks hücum həmləsi ilə düşməni geri oturtmuş, işğal altındakı torpaqların bir qismi düşməndən azad edilmişdir. Artıq bir neçə gündür ki, cəbhədə şiddətli döyüşlər gedir.                                          İndi zaman gəlib çatmışdır. Azərbaycan daha bir neçə il də gözləyə bilməz. İşığal altındakı torpaqları azad etməyin əsl məqamıdır. Azərbaycan ordusu torpaqlarımızı tamamilə işğaldan azad etməkdə israrlıdır. Sonuncu erməni əsgəri Azərbaycan torpaqlarını tərk edənədək və ya tərk etmək niyyətində olmayan sonuncu erməni əsgəri məhv edilənədək mübarizəmiz davam edəcəkdir. Bu gün həm səngərdə döyüşən əsgərin, həm onların arxasında dayanan xalqın əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir. Bu hal torpaqlar işğaldan azad edilənədək Azərbaycan xalqını tərk etməyəcəkdir. Biz buna inanırıq. Çünki bizim "Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!" deyən qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyevimiz və torpaqlarımızı düşmən tapdağından azad etməkdə israrlı olan müzəffər ordumuz var.      

Eldəniz Məhərrəmov,

Xocalı rayon ziyalısı


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi