Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Silahdan güclü diplomatiya

      Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni quldurlarının zəbt etdiyi torpaqlarımızı azad etmək üçün 27 sentyabr 2020-ci il tarixdən əks-hücum əməliyyatına başlamışdır. 30 sentyabr 2020-ci il tarixdə Rusiyanın “ Rossiya 24 ” telekanalı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən müsahibə almışdır. Cənab Prezident öz çıxışında Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlamasından, əksər dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu məsələnin ədalətli həllinə biganə yanaşmasını qeyd etdi. Azərbaycan bütün beynəlxalq qanunlara və konvensiyalara tərəfdar olmuşdur. Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi torpağıdır. Lakin siyasi və hərbi cəhətdən özünü dünyanın super gücləri hesab edən dövlətlər bu ədalətsizliyə göz yummaqda davam edir. Azərbaycanın heç bir dövlətin və xalqın torpağında gözü yoxdur. Lakin öz torpağının bir qarışını belə kimsəyə güzəştə getməyəcək. Haqq ədalət uğrunda silaha sarılan Azərbaycan əsgəri Azərbaycanın üç rəngli bayrağını Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə ucaldacaq. Bütün bunlar hamısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dünya siyasi arenasında yüksək diplomatik savadının olmasını sübut edir. Eynilə ölkə iqtisadiyyatının güclənməsi ordu quruculuğuna yüksək önəm verməsi ölkə başçısının qələbə çalacağına bir işarə idi. Artıq əksər ölkə başçılarının Azərbaycan Prezidentinə öz torpağını işğaldan azad etmək missiyasından başqa heç bir təklif və məsləhəti yoxdur. Yaşasın Azərbaycan diplomatiyasının öndəri İlham Əliyev!Var olsun Azərbaycan əsgəri! Qarabağ bizimdir. Qarabağ Azırbaycandır! 

Aydın Həsənov,

Xocalı rayon ziyalısı 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi