Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Günnüt əməliyyatının igid əsgəri, Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı

        Əsrlər keçəcək, amma Rəşadətli Ordumuzun hünəri, qəhrəman hərbçilərimizin şərəfli döyüş yolu haqqında dastanlar, hekayələr bitməyəcəkdir. Yenilməz Azərbaycan əsgəri xalqımızın milli ruhunu canlandırıb, həmrəyliyimizi daha da artırıb. Əyilməz iradəmiz, döyüşkən ruhumuz və həmrəyliyimiz qarşısında heç bir qüvvə tab gətirə bilməz. Böyük Zəfəri xalqımıza bəxş edən, bizə sonsuz qürur və fəxr hissi yaşadan igid hərbçilərimizdir. Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri də şəhid Ceyhun Mustafazadədir. Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2003-cü ildə Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbində orta təhsil almağa başlayıb. Hələ orta məktəbdə olarkən vətənpərvərliyi ilə seçilib. Onun dəftərlərinin arasından əsgər həyatı haqqında yazdığı şeirlər çıxır. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən sonra 2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Fəxri Fərman və saatla təltif edilib. Vətənin etibarlı müdafiəçisi Ceyhunun göstərdiyi şücaətlərə görə Mustafayevlər ailəsinə hərbi hissə rəhbərliyindən təşəkkür məktubu göndərilib. Təşəkkür məktubunda qeyd olunub ki, Ceyhun hərbi xidmətdə olduğu müddətdə özünü nizam - intizamlı, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərib. O, hərbi xidmətdə çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanıb. Məktubda həmçinin oğlunuz Ceyhun suveren, müstəqil Azərbaycan Dövlətinin mənafeyini yüksək tutaraq, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda öz əsgər borcunu layiqincə yerinə yetirir sözləri yazılıb. Ceyhun 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini Kəşfiyatçı kimi davam etdirib.

Ceyhun Mustafazadənin atası Şükür kişi də dövlətinə, millətinə layiqincə xidmət göstərib. Şükür kişi 1993-ci ildən 2004-cü ilə qədər Xocalı Rayon Poliş Şöbəsində post patrul xidməti vəzifəsində çalışıb. Polis orqanlarında çalışdığı ilk vaxtlardan Mustafayevlər ailəsi Xocalı qeydiyyatına düşüb.

Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki, ağ bayraq qaldıracaqlar deyib. Yüksək əhval-ruhiyyə içində danışan Ceyhun evdəkilərə narahat olmamalarını tapşırıb.

Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində, Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında şücaətlə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətidə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ceyhun Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları daha qəzəblə, qisas hissi ilə döyüşərək Ceyhunun qisasını artıqlaması ilə aldılar.

Subay  idi.

Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.

                 Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Mustafazadə Ceyhun Şükür oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı və Cənab Prezidentin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif  edilmişdir.

Ruhu şad olsun!

Qalib BƏYMƏMMƏDOĞLU,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri












Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi