Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşən şəhidimiz

     

   

        Vətən Müharibəsində igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda, Xocalı qatillərini məhv etmək üçün döyüşlərə qatıldılar. İllərdir qisas hissi ilə vətənpərvər gənclərimizin səbri tükənirdi. 27 sentyabr tarixi üzərimizdən xəcalət hissininin götürüldüyü, qalibiyyət uğrunda milli ruhumuzun şahə qalxdığı gün kimi tarixə yazıldı. Ramazanlı Əlizamin də bizə Böyük qələbə sevincini yaşadan qəhrəman oğulların sırasında yer alıb.

Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il il yanvarında hərbidən tərxis olunub. 

Ramazanlı Əlizamin Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata-baba yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi. Buna görə də hərbçi olmağı qarşısına məqsəd qoyur. Hərbi xidməti bitirdikdən sonra yenidən Vətənin keşiyində durmağa qayıdır. 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı gizir kimi işə başlayır.

Qəhrəman Kosalar kəndinin şərəfli döyüş dastanı Əlizaminə həmişə qürur hissi verib. O, həmişə valideynlərindən Kosalar oğullarının döyüş yolunu soruşar, ata-baba yurdunun igidləri ilə fəxr edərdi. Əlizamin kiçik yaşlarından “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu öyrənər, “Qırxqız qartalı” ləqəbli Tabil Həsənovu özünə örnək götürərdi.

Xocalı dərdi Əlizaminin də ürəyində bir nisgilə çevrilmişdi. Döyüşlərə qatılarkən Xocalının qisasını almağı qarşısına məqsəd qoymuşdu. Tovuz döyüşlərində olduğu kimi, Vətən Müharibəsində də ən ağır döyüşlərə qatılmaqdan çəkinmirdi. Onu uğrunda canını fəda etdiyi torpaqlar öz qoynuna çəkirdi. Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Ramazanlı Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını maşından düşürərək erməni öldürməyə mən gedəcəyəm deyib. Komandiri isə Əlizaminə sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub. Əlizamin Ramazanlı Oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, həmçinin Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Subay idi.

Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında dəfn edilib.

May ayının 9-u Ramazanlı Əlizaminin cənnətdə ilk doğum günüdür. Şəhidimizi dərin ehtiramla yad edirərək ruhuna dualar oxuyuq. Şəhidlər ölmür. Əlizaminin xatirəsi də qəlbimizdə əbədi yaşayacaqdır.

Paylaşın:

Şuşada qalanan qələbə tonqalı ona qənşər olan Kosalar kəndinə inam işığıdır

     
       Qarabağda – Qırxqız dağının ətəyində füsunkar təbiətə malik bir kənd var. Hansı ki, mənfur düşmənlər dəfələrlə həmin kəndə hücum etsələr də, işğal edə bilməmişdilər. Erməni quldurları hər işğal planında xeyli itki verərək geri çəkilmişdi. Bu alınmaz qala uğrunda döyüşlərdə düşmənin verdiyi itkiyə görə Ermənistanda və Xankəndində 3 gün matəm elan olunub. Bu kənd Qəhrəmanlar yurdu, Qırxqızda qartal yuvası adlanan Xocalı rayonunun Kosalar kəndidir. 

        1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə çatanda əhalinin son ümid çırağı da söndü. Beləliklə, düşmən əhatəsində qalan kəndin sakinləri Kosaları tərk etmək məcburiyyətində qaldılar. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz  əmlaka  “düşmənə qalmasın deyə” od vuraraq dağlarla çıxmağa məcbur oldular. Son nəfəsinə qədər vuruşan Kosalar kəndi Dağlıq Qarabağda ən axırıncı işğal edilən kənddir.             

          I Qarabağ müharibəsində Kosalar döyüşçülərindən Həsənov Tabil Qasım oğlu (ölümündən sonra), Əhmədov Natiq İlyas oğlu (ölümündən sonra), Məmmədov Möhsüm Şahin oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Əsgərov Xəzani Kərəm oğlu (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə, Rüstəmov Eldar Əmir oğlu (ölümündən sonra), Ağayev Rasim Mirsalam oğlu (ölümündən sonra), Abdullayev Mahir Tanrıverən oğlu (ölümündən sonra), Məmmədov Sərvər Yelmar oğlu (ölümündən sonra), Quliyeva Zöhrə Lətif qızı (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilmişdir.                

        44 günlük Vətən müharibəsində də bu yurdun gəncləri könüllü olaraq döyüşlərə qatıldılar, qəhrəman oğulların şərəfli döyüş yolunu davam etdirərək Böyük Zəfər tariximizə öz imzalarını atdılar.

Bu gün xalqımız torpaqlarımızın işğaldan azad olunmasını böyük qürur və fəxr hissi ilə qeyd edir. Əminik ki, Şanlı Bayrağımız bütün Qarabağ torpaqlarında dalğalanacaqdır. Şuşada qalanan qələbə tonqalı ona qənşər olan Kosalar kəndi üçün ümid çırağı, inam işığıdır. Çox yaxın zamanda Kosalar kəndində də qələbə tonqalı qalayacağıq.

 

Paylaşın:

Ağdaş əməliyyatı

 

      Çobandaşaşıranda aldıqları məğlubiyyətin əvəzini çıxmaq üçün, əlavə qüvvələr hesabına güclənən erməni quldurları Ağdaş yüksəkliyinə hücum edərək oranı tutdular. Onlar bir neçə yerdə post təşkil edərək 6 böyük çadır qurdular. Ermənilər burada  möhkəmlənməyə çalışırdılr. Bu baş tutsaydı, onlar buraya texnika çıxara bilsəydilər, onda Kosalar müdafiə oluna bilməyəcəkdi. Kənd üçün bu yolverilməz idi, vəziyyəti yaxşı başa düşən kənd sakinləri uşaqdan-böyüyə ayağa qalxmışdılar. Əlavə kömək almaq üçün Kosalar özünümüdafiə dəstəsinin komandiri Quliyev Mehman kömək üçün Şuşa polis şöbəsinə müraciət etdi. Ancaq müdafiə naziri Rəhim Qazıyev bunu eşidəndə qəti etirazını bildirdi. Hücuma keçməmək barədə qəti xəbərdarlıq etdi. Lakin Kosaların taleyi həll olunurdu. Buna görə özünümüdafiə batolyonu heç bir xəbərdarığa məhəl qoymdan qəti hücuma hazırlaşdı.
         Kosalar döyüşçülərinə məlum olmuşdu ki, mart ayının 30-da ermənilər kəndə hücum edəcəklər. Bu hücumu gözləmədən qabaqlayıcı tədbirə əl ataraq, özləri 1992-ci il mart ayının 29-da Xankəndi istiqamətinə hücum edərək 70-ə qədər erməni quldurunu məhv etdilər.
Paylaşın:

Qalib Bəyməmmədoğlunun “Bu da mənim ürəyim” adlı kitabı işıq üzü görüb


              "Xocalının səsi” qəzetinin redaktoru, gənc şair Qalib Quliyevin “Bu da mənim ürəyim” adlı kitabı 35 illik yubileyi günü ərəfəsində işıq üzü görüb. Müəllifin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş ilk kitabında Vətən sevgisi, yurd həsrətinə həsr etdiyi, qələbə müjdəli, nikbinlik dolu əsərləri, insan münasibətləri, dostluq, sevgidən bəhs edən, həyat həqiqətlərini göstərən, tərbiyəvi, nəsihətamiz tövsiyələrini, fəlsəfi düşüncələrini əks etdirən şeirləri təqdim olunur.

“Xarı bülbül” ədəbi məclisinin mənəvi dəstəyi ilə “Ecoprint”, nəşriyyatında çap olunan kitabın redaktoru yazıçı-publisist Azər Hacıbəylidir.

Qeyd edək ki, Qalib Bəyməmmədoğlu Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir, eyni zamanda “Xocalının səsi” qəzetinin, xocalınınsesi.info və kosalar.com saytlarının baş redaktorudur. Azərbaycan Jurnaslistlər Birliyinin üzvü, “Qarabağa Dönüş” İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir.

 “Qələmimizi süngüyə çevirək” silsilə şeir, rəsm və yazı müsabiqələrinin təşəbbüskarıdır. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qalibi olub. Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı nəticələrinin, erməni vəhşətinin ictimaiyyətə çatdırılmasında fəallığına görə Beynəlxalq Zaporojye Kazakları Birliyinin Ali Məclisinin, “Qafqaz – Media” İctimai Birliyinin (“İlin fəal gənci” və “Gənclərin dostu”) medalları ilə təltif edilmiş, digər mükafatlara layiq görülmüşdür.

Qalib Bəyməmmədoğlunu 35 illik yubileyi və ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxt həyat, ailə səadəti və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

  Bir qrup dostları

Paylaşın:

Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təyziq və təpkisi dünyada insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək

         Aprelin 26 -da​ Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial komissiyasının 77-ci sessiyasındakı çıxışında ilk öncə dünyada yayılmış Covid-19​ ​ pandemiyasının dünya ölkələri üçün yaratdığı təhlükə və zərərlərini vurğulayaraq​, koronavirusun təkcə insan sağlamlığına deyil, o cümlədən də dünya iqtisadiyyatına güclü təsiri haqqında öz fikirlərini nəzərə çatdırmışdır. Cənab prezident qeyd etmişdir ki, Covid -19 pandemiyası Azərbaycanda da bir sıra çətinliklər meydana çıxartmışdır. Azərbaycan höküməti ilk günlərdən pandemiya ilə mübarizədə böyük işlər həyata keçirmişdir, zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirini nəzərə alaqraq özəl sektorlara maliyyə dəstəyinin ayrılmış və sosial -iqtisadi paket hazırlanmışdır.​

Həmçinin, Prezident İlham Əliyev yanvar aylndan etibarən Azərbaycanda vaksinasiya işlərinə başlandığını, əhalinin 14%-nin vaksin olunduğunu​ ​ qeyd etmişdir.​

Öz çıxışında Azərbaycan hökumətinin Qoşulmama Hərəkatının 2020-ci zirvə toplantısında sədrlik etdiyini və koronavirusla bağlı görülən tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. “Vaksin millətçiliyinin “dünyada ədalətsiz bölgüsündən narahat olduğunu söyləyərək, zəngin dövlətlərin vaksin sifariş edərək öz ölkələrində təhlükəsizliyi təmin edə bildiklərini vurğulamışdır. Digər dövlətlərin isə bu vaksinlərin əldə olunmaslnda qarşılaşdığı çətinliklərdən​ ​ və bu çətinliklərin aradan qaldırılması istiqamətində aparılan mübarizədə​ ​ köməyini əsirgəməyəcəyini bildirmişdir. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkıyə humanitar yardım etdiyini də nəzərə çatdırmışdır.​

Cənab Prezident Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20% torpaqlarımızın işğal olunması, dinc əhalinin doğma yurd-yuvalarından qovulması, Xocalı faciəsinin törədilməsini və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunmuşdur. Lakin Ermənistan bu qətnamələri qəbul etməmiş və onun icra olunmasında heç bir addım atmamışdır. BMT tərəfindən qəbul edilən şərtlər əsasında digər qərarların bir neçə gün ərzində qəbul olunması lakin Azərbaycana gəldikdə 27 il icra olunmamasını diqqətə çəkmişdir. Daha sonra ölkə prezidenti ikinci Qarabağ savaşından söhbət açaraq sentyabrın 27 də Ermənistan ordusunun Azərbaycan ərazisində atəşkəs rejimini pozaraq dinc əhaliyə qarşı silahlı hücuma keçərək qətlə yetirmişdir. Azərbaycan tərəfi isə buna cavab olaraq 29 il Ermənistanın işğalında olan torpaqlarını geri alınmasında hərbi əməliyyatlara başladı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan 44 günlük müharibə ərzində işğalda olan torpaqlarını azad etməyə nail oldu.​

Azərbaycan regionda və dünyada sülhün bərqərar olunmasında həyata keçirtdiyi tədbirlər həm bölgənin həm də ümumilikdə dünyada insanların rifahının yaxşılaşdırılmasına yeni nəqliyyat dəhlizlərinin yaradılmasına, bununla da qarşıya çıxacaq problemlərin həllinə xidmət etməkdədir. Ümumiyyətlə Azərbaycanın dünyada nüfuzunun qalxması ona olan, inamın artması, bütün ölkələrlə, istər dost, istərsə də digərləri ilə düzgün və ədalətli siyasət yürütməsidir. Elə məhz buna görə də Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların əsas sessiya və toplantılarının keçirildiyi məkana çevrilib. Bunu​ ​ da qeyd etmək lazımdır ki, Ermənistanın həm də siyasi iflası Azərbaycanın nüfuzunun qarşısında duruş gətirə bilməməsilə bağlıdır. Gələcəkdə beynəlxalq tranzit yol statusu qazanacaq Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təyziq və təpkisi də dünyada insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Nəzakət Hüseynova,

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi

Paylaşın:

Prezident İlham Əliyev BMT-nin sessiyasında Azərbaycanın vaksinlərin ədalətli bölgüsü istiqamətində mübarizəsini davam etdirəcəyini diqqətə çatdırıb


Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
Cənab Prezidentimiz bu sessiyada da qlobal problemlərin həllinə öz töhfəsini verən dövlətin başçısı kimi çıxış edərək dünyanı bürüyən koronavirus pandemiyası haqqında danışıb. Ölkə başçısı bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.
“Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.
Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir.
Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Dövlətimizin başçısı torpaqlarımızın azadlığı uğrunda xalqımızın verdiyi haqq savaşımızdan da məlumat verdi. Qeyd etdi ki, Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin işğalçı dövlət tərəfindən ica edilmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.
Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.
Münaqişənin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Cənab Prezident çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən də bəhs edib. Belə ki, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Raqif Həsənov,
Xocalı rayon ziyalısı

Paylaşın:

ABŞ prezidenti C.Baydenin​ “soyqırımı” ifadəsi işlətməsi Türk Dünyasına qarşı yönələn ən böyük xəyanətdir

          Tarixə nəzər salsaq görərik ki, I Dünya Müharibəsi ərəfəsində Rusiya yenidən “Erməni məsələsini” irəli sürmüşdür. Bütün ermənilərin katalikosu​ 1912-ci ilin payızında II Nikolaya müraciət edərək Osmanlı imperiyasında yaşayan erməniləri “müdafiə etməyi xahiş etmişdir”. Rusiya höküməti Osmanlı imperiyasında yaşayan ermənilərdən bir alət kimi istifadə etmək üçün onları müdafiə edəcəyinə söz vermişdir. Ermənilər Osmanlı imperiyasının və Azərbaycanın torpaqlarına yiyələnmək məqsədilə müharibənin onlar üçün əlverişli məqam olduğunu düşündülər və vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət etdilər. Ermənilər ruslarla ittifaqa girərək dinc əhaliyə qarşı qanlı divan tutdular. Erməni cəlladları qocaları, hamilə qadınları, körpələri misli görülməmiş amansızlıqla qətlə yetirdilər. Ona görə də, Osmanlı höküməti erməniləri müəyyən hissəsini Suriya və Livana köçürmək haqqında qərar verdi. İndiyədək 24 aprel tarixini ermənilər guya türklər tərəfindən soyqırımına məruz qaldıqlarını bütün dünya ölkələrinə bəyan etmişdilər. ABŞ-ın prezidenti C.Baydenin erməni lobbiçilərinin təsiri altında soyqırımı ifadəsi işlətməsi böyük tarixi yalnışlıqdır. Çünki bunun heç bir tarixi və hüquqi əsası yoxdur. I Dünya Müharibəsi ərəfəsində Türkiyə ərazisində heç bir soyqrımı həyata keçirilməmişdir. Türkiyənin regionda artan nüfuzu, 44 günlük aparılan Vətən Müharibəsində Azərbaycana mənəvi dəstək olması və aparılan hərbi əməliyyat nəticəsində Azərbaycan öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etməsi bəzi dairələri, o cümlədən Amerikanı ciddi narahat etməyə başlamışdır. Əslində soyqırımına həmişə türklər məruz qalmışdır. 30 il ərzində erməni işğalçıları Azərbaycana qarşı genosid siyasət həyata keçirərək torpaqlarımızı işğal etməklə yanaşı, təbiətimizi viran qoyaraq maddi mədəniyyət abidələrimizi də məhv etmişdilər. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqrımını törətmişdilər. Əslində ABŞ prezidenti Baydenin belə bir ifadə işlətməsi ABŞ-Türkiyə əməkdaşlığına vurulan ən böyük zərbədir. Ölkə prezidenti Cənab İlham Əliyev də C.Baydenin soyqırımı ifadəsini işlətməsini şərh edərək bunun böyük tarixi səhv olduğunu​ dilə gətirərək, qardaş Türkiyənin haqq işində həmişə onun yanında olacağını bəyan etmişdir.

​Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Türkiyəyə qarşı haqsızlıqda Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirdilər

         Mənfur ermənilər bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışdırlar. I Dünya Müharibəsi ərəfəsində ermənilərə qarşı  heç bir soyqırım həyata keçirilmədiyi halda Türkiyə dövlətinə qarşı öz məkrli siyasətlərini sübut etməyə çalışmışdılar. Tarixi faktlar araşdırılsa, əksinə həmişə türklərin soyqırıma məruz qaldıqları açıq-aydın görünəcək. Ermənilər tarixi faktları saxtalaşdıraraq “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olmuşdular. Həmişə ermənilər türklərə qarşı genosid siyasət həyata keçirmişdilər. Onların fikri Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi və onlara təzminat ödənilməsi idi. Ermənilərin saxtakarlıqları tarix boyu  təkcə Türkiyəyə qarşı deyil eləcə də, Azərbaycana qarşı da yönəlmişdi. Ermənilər 1918-ci il  mart ayında 12 mindən çox türk-müsəlman əhalisini öldürmüş, 1992-ci ilin fevralında isə XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını törətmişdilər.

        Təəssüf ki, ermənilərin bu qədər soyqırım törətməsinə baxmayaraq ABŞ Prezidenti erməni lobbilərinin təsiri altına düşərək aprel ayının 24-də “erməni soyqırımı” ifadəsini işlətmişdir.

        Belə bir  vəziyyətdə sözsüz ki, Azərbaycan dövləti qardaş Türkiyəyə qarşı biganə qala bilməzdi. Azərbaycanın bütün siyasi partiyaları birlik nümayiş etdirərək hər zaman Türkiyə dövlətinin yanında olduqlarını bildirdilər. Mənfi xislətli ABŞ prezidentinin qondarma “erməni soyqırımı” mövqeyini qətiyyətlə pislədilər. Siyasi partiyaların birliyi  bir daha Türkiyə -Azərbaycan qardaşlığının yenilməz olduğunu sübut etdi.

 Vəsilə Quliyeva,

                                                                                        Xocalı rayonundan məcburi köçkün 

Paylaşın:

ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırım”nı tanımasına qarşı Azərbaycanın 48 partiyasının etirazı

             ABŞ Prezidentinin 2021-ci il aprel ayındakı çıxışlarının birində qondarma “erməni soyqırımı”nı tanıyacağını qeyd edib. Bu isə haqlı olaraq həm Türkiyənin, eləcə də Azərbaycanın siyasi qurumlarının və partiyalarının etirazına səbəb olmuşdur. Məlumdur ki, Birinci Dünya müharibəsi illərində yaranmış döyüş şəraiti, aclıq və xəstəlikdən çox sayda erməni həlak olmuşdur. Bu hadisəni məqsədyönlü şəkildə unutduran erməni lobbisi sonradan bu hadisənin səbəbkarı kimi türkləri günahlandırmağa çalışmışdır. İllərdir bu hadisəni qondarma “erməni soyqırımı” kimi dünyaya tanıtdırmağa çalışan erməni cəlladları və şərəfsizləri çox təəssüflər olsun ki, Amerika kimi dövlətdə belə özlərinə tay olan və dəstək verən kimsələri tapa bilirlər. Amerika Prezidentinin  heç bir sübutu və əsası olmayan “erməni soyqırımı”nı tanıması və onu dünya qarşısında dilə gətirməsi ədalətsizlikdən və riyakarlıqdan başqa bir şey deyildir. Əgər real tarixi hadisələrə nəzər salsaq o zaman Co Bayden kimi ədalət tərəzisini pozmağa çalışan dövlət başçıları və siyasətçilər görərlər ki, ermənilərin biz türk dünyasına qarşı törətdikləri terror hadisələrinin və soyqırımlarının sayı-hesabı yoxdur. Buna misal olaraq Avropa dövlətlərində türk diplomatlarının qətlə yetirilməsi, o cümlədən, 1918-ci il Mart soyqırımı, 1992-ci il Xocalı soqırımı və yüzlərlə, minlərlə erməni vəhşiliklərini əks etdirən tarixi hadisələr zamanı on minlərlə azəri türklərinin qətlə yetirilməsi bunu bir daha sübut edir. Əlbəttə ki, hansı tarixi dövrü vərəqləsək, ermənilərin insanlığa sığmayan bu kimi  soyqırım hadisələrini görəcəyik. Yerlərin, göylərin və tarixin şahid olduğu bütün bu hadisələr isə ermənilərin necə bir terror dövləti olduğunu bir daha sübut edir. Həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin, siyasi partiya və qurumlarının Co Baydenin etdiyi ədalətsiz çıxışa etirazları əlbəttə ki, haqq işidir. Tarixi saxtalaşdıran, ikiüzlü siyasət yeridən, amma dünyaya özünü “ədalət mücəssiməsi”, “haqqın qoruyucusu” kimi göstərən dövlətlərə və “dövlət başçılarına” hər birimiz yerini və ədaləti mütləq göstərməliyik ! İnanırıq ki, həmişə olduğu kimi haqq, dürüstlük və tarixi reallıq qalib gələcək və erməni saxtakarlığı, riyakarlığı və ermənipərəst siyasətçilər ifşa olunacaq və öz layiqli tarixi cəzalarını alacaqlar!

  Elsevər Hümbətov,

Xocalı rayonundan məcburi köçkün


Paylaşın:

Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil

          Amerika Birləşmiş Ştatlarında dövlətə və dövlətin siyasətinə erməni lobbilərinin təsiri nəhayət özünü tam qabarıq şəkildə göstərdi.  Hər dəfə Amerikada prezident seçkiləri öncəsi  namizədlər prezident seçiləcəyi təqdirdə  qondarma erməni soyqırımını dilinə gətirəcəyini vədd edərək lobbilərin səsini və dəstəyini qazanmaq üçün bundan siyasi məqsəd üçün istifadə etmişlər. Lakin Cozef Baydenə qədər heç kəs soyqırım ifadəsini dilinə gətirməmişdir, bu yalana ortaq olmaq istəməmişdir. Baydenin ifadəsinin Tükriyəyə heç bir xələl gətirməyəcəyinə əminəm , ancaq Amerikanın , özünü dünyaya demokratik, ədalət carçısı kimi tanıdan dövlətin daxildəki təzyiqlərini və demokratik fikirdən kənar olduğunu, tarixi həqiqətləri yalanla ört bast etdiyini aydın şəkildə göstərdiyini görürük.

    24 aprel tarixində Baydenin  erməni soyqırımı kəlməsini işlətməsi həm verdiyi vədi yerinə yetirmək, həm də bir növü Türkiyəyə təzyiq kimi qiymətləndirilə bilər.  Ancaq Amerika Prezidenti deyəsən türkün məşhur deyimini unudub: Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Ermənilər də anlamalıdır ki, yalan iftiralar ancaq onların əleyhinə ola bilər. Baydenin "soyqırım" məsələsinə xüsusi önəm verməsindən irəli gələrək ermənilərin Şərqi Anadoluda və Qafqazda törətdikləri genosidlərə də münasibət bildirsəydi onda bu, demokratik dəyərlərə bir nümunə olardı.

    Qondarma erməni soyqırımı Birinci dünya müharibəsi ərəfəsində  Anadoluda yaşayan ermənilərin məhv edildiyi irəli sürülən yalançı iddiadır.  Türkiyə Cümhuriyyəti bu məsələni erməni - türk qarşıdurması kimi dəyərləndirir. Bir neçə  dövlət bu hadisəni tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul ediblər. Tarixi həqiqətləri araşdırdıqda isə başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı.  Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir . Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran canilər, qaniçənlər idi. Köç karvanı Anadoluda yaşayan erməniləri  Osmanlı Dövlətinin başqa ərazilərinə köçürməyi nəzərdə tutmuşdu.

    Göründüyü kimi Amerika prezidenti  ya tarixi bilmir , ya da qəsdən tarixi saxtalaşdırmaq istəyir. Əgər həqiqətlər Amerika üçün maraqlı olsa idi , Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ gəlin arxivlərimizi açaq və həqiqətləri araşdırmaq üçün dünya tarixçilərinə müraciət edək”  təklifini qəbul edərdi. Ancaq nədənsə nə Amerika , nə də qondarma erməni soyqırımını tanıyan bəzi dövlətlər  Ərdoğanın bu sözünə cavabsız qalırlar. Görünür yalanlarının üstü açılacağını yaxşı bilirlər. Özünü dünya lideri sayan, haqq ədalət carçısı kimi qələmə verən Amerika nəyə görə tarixi araşdırmaq yerinə yalan fikirlər söyləməyi üstün tutdu? Həmin dövrdə türklərin ermənilər tərəfindən qətlini bilə - bilə , üstəgəl erməni soyqırımı ifadəsini seçdi. Əgər ədalət axtarırsansa bəs 1918-ci ildə qətl edilən azərbaycanlılar?  Çox uzağa getməyək, 1992-ci il Xocalı soyqırımını nəyə görə dilinə gətirmirlər?  Qocaları, qadınları, körpələri qətl edən məhz ermənilər deyilmi?  Bunlardamı araşdırıla bilməyəcək hadisədir? Qarabağda törətdiyi cinayətlər, dağıntılar, daş üstə-daş qoymamaları aşkar vəhşiliyin nümünələridir.  Ancaq saxta  tarixə əsaslanan  Baydendən bunları dilinə gətirməsini gözləmək yersizdir. Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil.

Bəxtiyar Əhmədov, 

Xocalı rayon Yaloba kənd tam orta məktəbin ingilis dili müəllimi 

 

Paylaşın:

Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı...

        Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davamedən Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək, dəmir yumruqla erməni işğalçılarının başını əzərək, düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.

        Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də gizir Abdullayev Sərxan Elxan oğludur.

        Gizir Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində hərbçi ailəsində anadan olub. Elxan Abdullayevin və Surayə ananın böyüdüb tərbiyə etdiyi üç oğul övladından (Sərxan, Elman və Murtuzəli) biri, həmçinin, ailənin ilki idi Sərxan... 

        Orta təhsilini Qazax şəhərindəki Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə alıb. Müddətli həqiqi hərbi xidmətini 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayınadək Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib. Qısa fasilədən sonra, yəni 2008-ci ilin noyabr ayından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. Hərbçi kimi atasının yolunu davam etdirmək arzusunda olan silahdaşımız xidmət etdiyi dövrdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan 6 aylıq “Gizir hazırlığı kursu”nu bitirməyə müvəffəq olub. “Gizir” hərbi rütbəsində yenidən qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsində xidmətini davam etdirən S.Abdullayev 2013-cü ilin fevral ayından etibarən xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Bununla yanaşı, Sərxan əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.  

        Sərxan Abdullayev 2014-cü ilin sentyabr ayından dekabr ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında “Gizir komando təməl kursu”nu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. 

        Nümunəvi yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin, xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.  

        Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Qartal” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş mayor Sahib İbrahimov (Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də böyük qürur hissi ilə qeyd edir: “Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dəstəmizin 5 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də öz igidliyi və vətənpərvərliyi, eləcə də Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını hərb tariximizə qızıl hərflərlə yazan yarımqrup komandiri gizir Sərxan Abdullayevdir. 


 
        Bir komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, ən bacarıqlı yarımqrup komandirlərindən biri olub Sərxan. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirib. Daxili Qoşunlar üzrə xüsusi təyinatlılar arasında keçirilən yarışlarda dəfələrlə dəstəmizi birinci yerə çıxarıb. Olduqca vətənpərvər, cəsur yarımqrup komandiri kimi şəxsi heyət üçün də hər zaman nümunə olub. Tabeliyindəki hərbi qulluqçulara qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Hər zaman şəxsi heyətin yanında olub. Elə döyüşdə də onları tək qoymadı.  

        İndiki kimi yadımdadır, sentyabrın 27-dən 28-ə keçən gecə, döyüşöncəsi Camışdağ silsiləsindən Ömər yüksəkliyi istiqamətinə keçid vaxtı 39 dərəcə hərarətinin olması ilə əlaqədar bizim təkidimizə baxmayaraq, Sərxan qəti şəkildə şəxsi heyətlə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini bildirdi və hərəkətə başladı. Bu vaxt mən onu yanıma çağırıb: “Sənin qızdırman var, xəstəsən, hərarətin yüksəkdir. Burda bizi gözlə, hələlik irəliyə getmə” – dedim. Sərxan narazı halda: “Cənab mayor, dəstəmiz döyüşə gedir. Siz mənim yerimdə olsaydınız getməzdiniz?” – deyə sual verdi. Mən cavabımda: “Əlbəttə, mən getməliyəm” dedim. O da qəti şəkildə: “Mən də getməliyəm. Mən də komandirəm. Mənim də şəxsi heyətim var” - deyə fikrini bitirdi və birinci qrupla birgə hərəkətini davam etdirdi. Bu vaxt hər birimiz onun necə vətənpərvər döyüşçü olduğunun bir daha şahidi olduq...”.         

        28 sentyabr 2020-ci il... Kəlbəcər istiqamətində gedən döyüş Sərxanın son döyüşü oldu. Gizir Sərxan Abdullayevlə eyni qrupun tərkibində bu hərbi əməliyyatlarda yaxından iştirak etmiş “Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi qulluqçuları - baş çavuşlar Əlvan Hüseynov, Samir Yusibov, Rasim Tahirov və çavuş Şıxəli Məmmədovun qeyd etdikləri kimi, tabeliyində olan şəxsi heyətlə birgə döyüşə qatılan igid komandir ermənilərin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil edib. Lakin döyüşün gedişində yaxınlıqlarında düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində aldıqları çoxsaylı qəlpə yarasından gizir Sərxan Abdullayev və onunla birgə vuruşan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hakim Baxışov qəhrəmancasına şəhid olublar. 

        Gizir Sərxan Abdullayev 2020-ci il sentyabrın 28-də Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Orxan və Turan adlı iki oğul əmanəti yadigar qalıb.  

        Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Abdullayev Sərxan Elxan oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

        Qazaxlı şair Cavanşir Rüstəmin qələmə aldığı və şəhid silahdaşımızın qəhrəmanlığını tərənnüm edən şeirin iki bəndini sizlərə təqdim edirəm: 

Vətənin qoynunda göz açan insan,

Hər zaman borcludur Vətənə bir can.

Sən də tarix yazdın qanınla, Sərxan!

Ucaldın şəhidlik zirvəsinə sən,

Səninlə fəxr edir bu Ana Vətən!


Olsa da yağılar hər sağın-solun,

Qəhrəmanı olmusan sən Murovdağın.

Başını dik tutsun qoy övladların,

Ucaldın şəhidlik zirvəsinə sən,

Səninlə fəxr edir bu Ana Vətən!

          Bundan əlavə, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılın 2021-ci ildə işıq üzü görən “Qanları ilə dastan yazanlar” adlı kitabında yer alan “Biz qisası övladlarımıza qoymamalıyıq” başlıqlı məqaləsində şəhid Sərxan Abdullayevin həyat və döyüş yolu geniş işıqlandırılıb.

         Şəhid gizirimizin atası Elxan Abdullayev Birinci Qarabağ müharibəsi veteranı, eyni zamanda ehtiyatda olan gizirdir. Telefon vasitəsilə əlaqə saxlayıb, vətənpərvər ruhda böyüdüb tərbiyə etdiyi qəhrəman övladı barədə xatirələrini qələmə almaq istədiyimi biləndə, bir ata kimi övladları ilə hər zaman qürur duyduğunu dedi: “Sərxan hərbi formanı səliqəli şəkildə elə geyinərdi ki, üzərində bir dənə də ləkə və qırışıq olmazdı. Hərbi formanı daşımaq onun üçün sanki toy-bayram idi. O dərəcədə hərbçi peşəsini sevərdi. Axı başqa cür də ola bilməzdi. Çünki gözünü açıb hərbi formanı görmüşdü. Hərbçi peşəsinə bağlılıq onda uşaq yaşlarından yaranmışdı.

        Hələ kiçik yaşlarında olanda onu tez-tez özümlə hərbi hissəyə aparırdım. Qərargahda döyüş bayrağının yanında silahla dayanan əsgərə, şəxsi heyətə, silah və texnikalara elə diqqətlə baxardı ki...”.

         Bu arada qəhərdən bir az söhbətə ara verən Elxan dayı tez də özünü toparlayaraq, Sərxanla bağlı xatirələrini yenidən dilə gətirir: “Olduqca vətənpərvər oğul idi. 

        Özünə yeni mobil telefon almışdı. Telefonunda ermənilərin Cıdır düzündə qol açıb rəqs etmələrinin videosunu izləməsi ona çox pis təsir etmişdi. Düşmənin bu mənfur hərəkətinə necə əsəbləşmişdisə, təzə aldığı telefonu divara çırpıb qırıq-qırıq etmişdi.

        Nə deyim? Bir ata kimi övlad itkisi mənim üçün nə qədər ağır olsa da, şəhid atası adını daşımaq bir o qədər qürurvericidir. Digər oğlum Elman da Vətən müharibəsi iştirakçısıdır. Övladlarımın vətənpərvərliyi ilə fəxr edirəm”. 

        Onu da qeyd edim ki, Sərxanın qardaşı Elman da hərbçidir. “Kapitan” hərbi rütbəsində olan Sərxan Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi 44 gün davam edən Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni,  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan əlavə, şəhidimizin bibisi oğlu, Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən əsgər Arif Tağıyev də Vətən müharibəsi qazisidir. 

        Sonda Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının birində şəhidlər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək istəyirəm: “Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır”. 

        Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sərxan kimi oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

        Allah rəhmət eləsin!

mayor Anar Əhmədov,

DİN-in Daxili Qoşunlarının

 “Əsgər” qəzetinin redaktoru


Paylaşın:

“TORPAQLARIMIZI İŞĞALDAN AZAD EDƏNLƏRİN SIRASINDA OLMAQ QÜRURLUDUR”

Vətən müharibəsi zamanı məcburi köçkün ailələrindən olan, doğulduqları torpaqların həsrəti ilə yaşayan hərbi qulluqçular da döyüş əməliyyatlarında fəal iştirak etmiş və üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər. Füzuli rayonundan məcburi köçkün gizir Şiraz Həsənov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərib. Birinci Qarabağ müharibəsi zamanı ailəsini doğma torpaqdan didərgin salan düşməndən intiqamın alınacağı günü Şiraz səbrsizliklə gözləyib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Elburus Həsənov, dayısı İsmayıl Həsənovun döyüş yolunu Şiraz şərəflə və ləyaqətlə davam etdirib.

1983-cü il aprelin 26-da Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olan hərbi qulluqçumuzun xidmət yolu zəngin və çoxşaxəlidir. O, 2001-ci ilin oktyabr ayından 2003-cü ilin aprel ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 5 ilə yaxın daxili işlər orqanlarında polis serjantı kimi xidmət edib. Daxili Qoşunlarda hərbi xidmətə 2008-ci ilin aprel ayından Bakıda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində başlayıb. 2012-ci ilin avqust ayında müqaviləsinin vaxtı bitən qazimiz bir il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mühafizəçi vəzifəsində işləyib.

Xüsusi təyinatlıların sıralarında xidmət etmək onun uşaqlıq arzusu olduğuna görə yenidən, 2013-cü ilin noyabr ayında qoşunların Bakıdakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində yarımqrup komandiri vəzifəsində xidmətə qəbul olunub. 2016-cı ilin noyabr ayında isə Daxili Qoşunların hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində eyni vəzifəyə keçirilib.

Vətən müharibəsinədək olan dövrdə gizirimiz 3-cü və 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif olunub.

Bir çox tədris kursunda təhsil alan qazimiz vaxt keçdikcə peşəkarlıq baxımından daha da püxtələşib. “N” saylı hərbi hissədə “Yarasa” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Anar Rizvanov dəstədə yarımqrup komandiri kimi xidmət etmiş gizir Ş.Həsənovun qardaş Türkiyə Respublikasında keçdiyi kurslarda qazandığı təcrübə, habelə yiyələndiyi biliklərdən müharibədə məharətlə bəhrələndiyini, düşmənə qarşı cəsurcasına vuruşduğunu, ümumilikdə, onun öz hərbçi bacarığı, müsbət şəxsi keyfiyyətlərinə görə silahdaşları arasında hörmət qazandığını vurğuladı.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində qazimizin anadan olduğu Füzuli rayonunun Qaraxanbəyli kəndinin azad edilməsi döyüşlərə qatılan gizirimizdə ruh yüksəkliyi yaradıb. Döyüş yolunun sonu qələbə ilə yekunlaşsa da, həmin yolun çətinliklərini, ağrı-acılarını o heç vaxt unutmayacaq. Əvvəlcə Cəbrayıl, Füzuli rayonlarında mövqelərimizin müdafiəsi və ermənilərin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə tapşırıqları yerinə yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb.

Döyüşçülərimiz Şuşaya meşə və dağlıq ərazidən keçərək həmlə etmişlər. Onlar Hadrutdan Şuşa istiqamətində hərəkət edərkən meşədə düşmənin minaatanlardan atəşinə məruz qalıblar. Burada bir neçə nəfər hərbi qulluqçumuz şəhid olub və yaralanıb. Şiraz yaralanmış hərbi qulluqçularımıza ilkin tibbi yardım göstərib, onlara ağrıkəsici iynə vurub, sarğı və jqutla qanaxmalarını kəsməyə çalışıb.

Şiraz bildirdi ki, xidmət etdiyi hərbi hissənin bu müharibədə ilk şəhidi əsgər Nəzir Osmanovdur, ona ilk tibbi yardım göstərilməsinə baxmayaraq, başından aldığı qəlpə yarasından dünyasını dəyişib.

Mübarizə əzmi qırılmayan hərbi qulluqçularımız yaralı və şəhidlərin olmasına baxmayaraq, “irəli” əmri ilə düşmənin üstünə şığıyıblar. 2020-ci il noyabr ayının 4-də Şirazın daxil olduğu və digər qruplar Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu nəzarətə götürüblər. Tapşırığa əsasən, Şuşa-Laçın yolunun müdafiəsini digər qruplara verib, Şuşa-Xankəndi yolu istiqamətində irəliləyiblər. Onlara Şuşadan Xankəndiyə gedən yolu nəzarətə götürmək və Pənahəli xan qalası tərəfdən Şuşaya daxil olmaq tapşırığı verilib.

Qazimiz noyabrın 5-dən 8-nə kimi Şuşa ətrafında meşə və dərələrdə, Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin getdiyini bildirdi. Burada düşmənin çoxlu sayda texnikası və şəxsi heyəti məhv edilib. O, döyüşçü yoldaşını ölümdən qurtardığı məqam barədə də danışdı. Tapşırığa əsasən, pusqu qrupuna verilən gizir Ş.Həsənov və Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı, pulemyotçu baş çavuş Cavid Mahmudov qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birlikdə Xankəndidən Şuşaya gələn yolu bağlamalı idilər. Şiraz söylədi ki, Xankəndi istiqamətindən düşmən tanklardan və müxtəlif növ artilleriya ilə bizim qüvvələri atəşə tuturdu. Düşmən hiylə işlədərək, tankın içinə 2 nəfər diversant yerləşdirməklə bizim pulemyotçunun olduğu atəş nöqtəsini susdurmaq istəyirdi. Tankdan düşən diversantlardan birinin baş çavuş C.Mahmudova yaxınlaşdığını görür. Onu zərərsizləşdirmək üçün Şiraz düşməni dəqiq nişan alıb avtomatı ilə atəş açaraq məhv edir. Beləliklə, baş çavuş C.Mahmudovu düşmən gülləsinə tuş gəlməkdən qurtarır.

Daxili Qoşunların Hərbi Qospitalında müalicə olunan yaralı hərbi qulluqçularımızla görüş zamanı qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı çavuş Nicat Əlizadə (hazırda polis orqanında xidmətini davam etdirir) mənimlə söhbətində Şirazın qorxmazlığı ilə bərabər, həmçinin, döyüşçü yoldaşlarına münasibətdə yardımsevərliyini vurğuladı: “Noyabr ayının 6-sı Şuşa-Xankəndi yolunda düşmənin tankdan atəşi nəticəsində mərmi yanımıza düşmüşdü. Mən özümü qorumaq üçün səngərə tullanarkən qəlpə mənim sol əlimin 2 barmağını apardı, əlimdəki silahı isə 2 yerə böldü. Mənə dərhal Şiraz ürək-dirək verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla möhkəm bağladı, sonra barmaqlarımın parçalanmasını görməyim deyə əlimi tənziflə sarıdı”.

Qazimiz noyabr ayının 7-si Pənahəli xan qalasında 120 mm-lik minaatan mərmisinin partlaması nəticəsində əlindən və qolundan çoxlu sayda qəlpə yarası alıb. Lakin buna baxmayaraq, yaralı halda həmin gün axşama qədər döyüşçü yoldaşları ilə birlikdə döyüşü davam etdirib. Şiraz Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları kapitan Ramin Rəhimov və çavuş Elvin Məmmədovun ona zəruri ilkin tibbi yardım göstərdiklərini minnətdarlıqla söylədi. 

Hərbi qulluqçumuz noyabrın 8-i sanitar maşını ilə Hadruta, sonra Füzuli Rayon Xəstəxanasına aparılıb. Daha sonra, noyabrın 9-u müalicəsini davam etdirmək üçün Daxili Qoşunların Hərbi Qospitalına gətirilib.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə gizir Şiraz Həsənov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

İki övlad atası olan Şirazın müharibənin od-alovundan keçərək ailəsinin başına dönməsi doğmaları üçün böyük sevincdir.

                                                                                                      kapitan Sadıq Rəfiyev, 

DİN-in Daxili Qoşunlarının zabiti

Paylaşın:

Zəngəzur​ dəhlizinin​ açılışı​ regionun​ inkişafında​ mühüm​ əhəmiyyət​ kəsb​ edəcəkdir

 

​         Azərbaycanın​ Cənubi​ Qafqazda​ yaratdığı​ yeni​ reallıqlarla​ həm​ də​ regionun​ tarixində​ mühüm​ səhifə​ açdı. Artıq​ region​ ölkələrinin​ və​ qonşu​ ​ dövlətlərin​ qarşısında​ tamamilə​ yeni, prespektivli​ inkişaf​ istiqamətləri​ açaçılıb. Il Qarabağ​ müharibəsində​ əldə​ olunmuş​ qələbəmiz​ belə​ desək​ regionda​ Azərbaycan​ dövlətinin​ gələcək​ inkişafı​ üçün​ böyük​ iqtisadi​ əməkdaşlıq​ sahəsində​ qonşu​ dövlətlərlə​ ticarət​ və​ nəqliyyat​ əlaqələrinin​ qurulması​ üçün​ böyük​ imkanlar​ ​ yaratmışdır.

        Azərbaycanın​ qələbəsi​ həm​ ölkəmizin, həm​ də​ regionun​ inkişafında​ yeni​ bir​ mərhələ​ açıb. 44​ günlük ​ Vətən​ müharibəsi​ ​ ​ böyük ​ ​bir​ ərazinin​ geri​ qaytarılması​ ilə​ yanaşı​ ​ Ermənistanın​ ​ biyabırçı​ məğlubiyyəti,​ Azərbaycan​ dövlətinin​ gələcəyinə​ ​ uğurlu​ iqtisadi​ töhfə​ ​ verə​ biləcək​ yaranmış​ məqamlardan​ biridə,​ ​ 2020-ci​ ilin​ Noyabr​ ayının​ 20-də​ ​ ​ Rusiya​ ​ Federasiyası, Azərbaycan​ dövləti​ və​ Ermənistanın​ ​ ​ hərbi ​ ​ mümünaqişəni dayandırılmasına​ dair​ ​ imzalanmış​ 3​ ​ tərəfli​ ​ bəyanata​ ​ əsasən​ Azərbaycan​ dövləti​ ​ Naxçıvanla​ nəqliyyat​ əlaqələrinin ​ açılması​ üçün, ​ Ermənistan​ tərəfin​ ​ Zəngəzur​ ​ dəhlizinin​ açılması ​ üçün​ razılığın​ verilməsi,​ ​ həmin​ imzalanmış​ bəyanatda​ ​ qeyd​ olunmuşdur. Uzaqgörən​ və​ qətiyyətli​ siyasətçi​ ​ Prezident​ Cənab​ İlham​ Əliyev​ həm​ 44​ günlük​ Vətən​ müharibəsində​ həmdə​ müharibədən​ sonrakı​ dövrdə​ daim​ Azərbaycan​ dövlətinin​ Qafqazda​ güclənməsi​ ​ üçün​ iştirak​ etdiyi​ hər​ bir​ ​ ​ möhtəşəm​ Beynəlxalq​ əhəmiyyyətli​ ​ iclaslarda​ regionda​ yeni​ əməkdaşlığın​ qurulmasının​ vacib​ olduğunu​ qeyd​ edərək​ Prezident ​ ​ İlham​ ​ Əliyev​ Aprelin​ 13 - də​ ADA​ ​ Univeersitetində​ ​ keçirilmiş “Cənubi​ Qafqaza​ yeni​ baxış: münaqişədən​ sonra​ ​ inkişaf​ və​ əməməkdaşlı" adlı​ beynəlxalq​ ​ konfransda​ səslənən​ fikirlər də​ bunu​ bir​ daha​ təsdiq​ etmiş​ oldu. Prezident​ Cənab​ İlham​ Əliyevin​ dediyi​ kimi​ “​ İnkişafın​ əsası​ sabitlikdir. İnkişaf​ üçün​ Azərbaycan​ daxilində,​ eləcədə​ sərhədlərdən​ kənarda​ stabilliyə​ ehtiyac​ var. Təbii​ ki,​ Azərbaycan​ riskləri ​ ​ minimumlaşdırmaq​ üçün​ müvafiq​ addımlar​ atacaq​".​ ​Bu​ ilin mart​ ayının​ 31-də​ Türk​ dövlətlərinin​ Prezidentlərinin​ videoformatda​ keçirilən​ iclasında​ Prezident​ Cənab​ İlham​ Əliyev​ çıxışı​ zamanı​ qeyd​ etmişdir​ ki,​ Zəngəzur​ dəhlizinin​ bərpası​ bir​ çox​ Türk​ dövlətləri​ ilədə​ bir​ çox​ sahələrdə​ xüsusilə​ turizm,ticarət, iqtisadi​ sahələrdə​ əməkdaşlığın​ əlaqələrin​ qurulması​ çox​ böyük​ strateji​ əhəmiyyətə​ ​Aprel​ ayının​ 20-də​ Azərbaycan​ Respublikasının​ Prezidenti​ ​ Cənab​ İlham​ Əliyev​ Hacıqabul​ rayonuna​ səfəri​ zamanı​ Azərbaycan​ televiziyasına​ müsahibə​ verərkən​ müharibədən​ sonrakı​ mərhələdə​ işğaldan​ azad​ olunmuş​ torpaqlarmızda​ görülən​ və​ gələcəkdə​ görüləcək​ işlərdən​ söz​ açmışdır. Dövlət​ televiziyasına​ müsahibəsi​ zamanı​ Prezident​ ​ İlham​ Əliyev​ qeyd​ etmişdir​ “​Azərbaycan​ ​ xalqı​ 101​ il​ bundan​ əvvəl​ bizim​ əlimizdən​ alınmış​ Zəngəzura​ qayıdacağıq​'. Həmçinin​ Müzəffər​ Ordumuzun​ Ali​ Baş​ Komandan qeyd etmişdir ki,​ biz​ regionda​ inkişafı, sabitliyi​ qoruyub​ saxlamaq​ üçün​ əlimizdən​ gələni​ əsirgəmirik,​ hər​ bir​ əməkdaşlığa​ hazırıq. Biz​ imkan​ verə​ bilmərik, Ermənistan​ yenə​ də​ öz​ ordusunu​ o​ vəziyyətə​ gətirib​ çatdırsın​ ki,bizə​ hansısa​ təhdid​ olsun. Çünki​ bu​ milli​ ​ müdafiədir, milli​ təhlükəsizlik​ məsələsidir. Bununla​ parallel​ olaraq​ ​ biz​ əməkldaşlığa​ da​ hazırıq -​ baxmayaraq​ ki, Ermənistan​ azərbaycanlılara​ qarşı​ dövlət​ səviyyəsində​ soyqırımı​ törətmişdir. Baxmayaraq​ ki,​ bizim​ bütün​ tarixi, dini​ abidələrimiz​ dağıdılıb,​ biz​ gələcəyə​ baxmalıyıq. Biz​ əlbəttə​ erməni​ vəhşiliyini​ heç​ vaxt​ unutmayacağıq. Hacıqabul​ rayonuna​ səfərdə​ olarkən​ ​ Aztv-yə​ müsahibəsində​ qətiyyətlə​ Cənab​ Prezident​ öz​ çıxışı​ zamanı​ onu​ da​ ​qeyd​ etmişdir​ ki, “Biz​ öz​ maraqlarmızı​ ​ təmin​ etmək​ üçün​ lazımi​ addımları​ atmalıyıq. Zəngəzur​ dəhlizinin​ yaradılması​ bizim​ milli,​ tarixi​ ​ və​ gələcək​ maraqlarmıza​ tam​ cavab​ verir .Biz​ Zəngəzur​ dəhlizini​ ​ icra​ edəcəyik, Ermənistan​ bunu​ istəsə​ də, istəməsə​ də. İstəsə,​ daha​ ​ asan​ həll​ edəcəyik.​ Necə​ ki,​ mən​ müharibədən​ əvvəl​ ​ və​ ​müharibə​ dövründə​ demişdim​ ki, bizim​ torpağımızdan​ öz​ xoşunuzla​ rədd​ olun,​ yoxsa​ sizi​ zorla​ çıxaracağıq. Belə​ də​ oldu. Zəngəzur​ ​ dəhlizinin​ taleyi​ də​ eyni​ olacaq​ “. Əllbəttə​ Prezident​ İlham​ Əliyevin​ qeyd​ etdiyi​ kimi​ bizim​ bu​ gün​ Qarabağın​ dirçəldilməsində​ yol​ çəklişlərinin​ salınmasında​ ümumiyyətlə​ bölgənin​ gələcəkdə​ normal​ infrastrukturunun​ qurulmasında​ bizim​ əsas​ rəqibimiz​ zamandır. Daha​ dərindən​ düşünsək​ ​ Ermənistanın​ müharibədən​ sonrkı​ ​ gələcək​ ​ ​ ​ taleyi​ Azərbaycan​ dövləti​ ilə​ əməkdaşlığın​ yaradılmasında​ asılı​ olacaqdır​ desək​ heç​ yanılmarıq. Daim​ iqtisadi​ böhran​ içərisində​ ​ əhalisinin​ isə​ yoxsulluq​ içərisində​ yaşadığı​ Ermənistan​ bundan​ sonra​ revanşist​ şüarlar​ səsləndirməyə ​ qalxarlarsa, bu, erməni​ ​ xalqına​ daha​ böyük​ bədbəxtlikdən​ başqa​ heç​ nə​ gətirməz. Azərbaycanın​ tarixi​ torpağı​ olan​ Zəngəzur​ mahalı​ erməni​ havadarlarının​ köməyi​ ilə​ Ermənistana​ ​ verilməsindən​ bir​ əsr​ keçməsinə​ ​ baxmayaraq​ indi​ bu​ doğma​ yerlərə​ qaydacağımız​ günə​ çox​ az​ qaldığı​ mesajını​ qətiyyətlə​ səsləndirən​ Prezident​ İlham​ Əliyevin​ bu​ fikirləri​ düşmənlərmizi​ narahat​ etsədə​ Azərbaycan​ xalqının​ qəlbində​ qürur​ hissi​ yaratmış, xalqımız Prezidentin​ bu​ fikirlərini​ yüksək​ qiymətləndirmişdir. Cənab​ Prezidentimizin də​ ​ dediyi​ kimi,​ münaqişənin​ tarixi​ təhrif​ ​ olunmadan​ xalqın​ yaddaşında​ ​ qalmalıdır. Xüsusilə​ gənc​ nəsil​ tarixi​ həqiqətləri​ olduğu​ kimi​ bilməlidir. Gənc​ nəsil​ Zəngəzurun,​ tarixi​ Azərbaycan​ ərazisi​ olmasını​ ​ bilməlidir.

Bahar Əliyeva,

​Xocalı​ rayon​ ziyalısı

Paylaşın:

Zəngəzur dəhlizinin açılması böyük tarixi əhəmiyyətə malikdir

        Ötən 2020-ci il dünyada pandemiya ilə əlaqədar bir çox problemlər yaransa da, ümumilikdə Azərbaycan xalqı üçün uğurlu il olmuşdur. Bu ildə 30 ilə yaxın düşmən tapdağında inildəyən torpaqlarımız düşmən tapdağından azad olundu. 44 gün ərzində baş verənlərin dəyəri heç bir ölçüyə gəlməz. Üstündən əsrlər keçəcək, bu şanlı tarix Azərbaycan adlı məmləkət durduqca daim yaşayacaq, var olacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​          

        Vətən müharibəsi, məlum olduğu kimi erməni tərəfinin tam məğlubiyyəti ilə başa çatdı. O da məlum həqiqətdir ki, hazırkı zamanda Ermənistan deyilən ölkə qədim Azərbaycan ərazisində formalaşdırılmışdır. İndi Ermənistanın paytaxtı hesab edilən İrəvan, hal-hazırda erməni ərazisi hesab edilən Zəngəzur da bütövlükdə tarixi Azərbaycan torpaqlarıdır. Hətta ermənilərin məskunlaşdığı Qarabağın dağlıq hissəsinə də 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin nəticəsində köçürülmələri tarixi həqiqətdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

         Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə elan edilmiş bəyanatın əsas bəndlərindən biri də Ermənistan ərazisindən Azərbaycanı​ Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Məhz bu bəndin həmin bəyanatın mətninə salınması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsidir. Artıq geriyə yol yoxdur. Ermənistan bəyanatın şərtlərinə qeyd-şərtsiz əməl etməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin açılması böyük tarixi əhəmiyyətə malikdir. Bu yolun açılması təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün mühüm əhəmiyyət kəsb eləmir. Eyni zamanda bu dəhlizin açılması Avropanı Asiya ilə birləşdirən kommunikasiya xəttinin açılması deməkdir. Dünyanın əksər ölkələri də bu dəhlizin açılmasının tərəfdarıdır. Çünki bu dəhlizin açılması iqtisadi nöqteyi-nəzərdən dünya ölkələri üçün olduqca sərfəlidir.​ ​ ​ ​ 

         Ölkə rəhbəri cənab İlham Əliyev yüksək kürsülərdən Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatın bütün maddələrinin heç bir əlavə şərt irəli sürülmədən yerinə yetirilməsinin vacibliyini vurğulamışdır. O çıxışlarında Zəngəzur dəhlizinin açılmasının bütün dünya, Azərbaycan və​ Türkiyə dövlətlərindən çox Ermənistan üçün daha böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bu dəhlizin açılması iqtisadiyyatı çökmüş Ermənistanın dirçəlməsi üçün zəmin yaradacaqdır. Eyni zamanda ölkə prezidenti qeyd etmişdir ki, bu dəhliz mütləq açılacaqdır. Əgər yenə də Ermənistan bu məsələni uzatmağa çalışsa biz onu dəhlizi açmağa məcbur edəcəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Biz xoşbəxt xalqıq. Ona görə xoşbəxtik ki, tarixdə ilk dəfə itirilmiş torpaqlarımızı geri qaytarmışıq. Ona görə xoşbəxtik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız və qətiyyətli bir dövlət başçımız var. Məhz onun rəhbərliyi sayəsində biz daha böyük uğurlara imza atacağıq.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Mehman İbişov,

Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Regionların inkişafında Hacıqabul nümunəsi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 aprel 2021-ci il tarixdə Hacıqabul rayonuna səfər etdi. Səfər çərçivəsində ölkə başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi. Ölkə başçısı iqtisadiyyatın yüksəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi üçün təkcə iri şəhərlər deyil, həm də regionların inkişafına xüsusi diqqət ayırmışdır. Elə bu səfəri ərəfəsində də Cənab Prezident bir sıra yol infrastrukturunun yenilənmədən sonrakı vəziyyətinin, yeni aqroparkların yaradılmasının açılışını etmişdir. Cənab Prezident Hacıqabul rayonunun qazla təminatını yüz faiz yerinə yetirildiyini qeyd etdi. Su və elektrik təminatının da qənaətbəxş olduğunu vurğuladı. Rayonun torpaq sahəsinin əkinə yararlılığı başqa rayonlara nisbətən aşağı səviyədədir. Lakin buna baxmayaraq. məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu rayon ərazisinində də məhsuldarlıq yüksək səviyədədir.
Cənab Prezident işğaladan azad edilmiş ərazilərdə də aqroparkların yaradılmasının günün vacib tələbi olduğunu qeyd etdi. O, qeyd etdi ki, əvvəlcə həmin ərazilər minalardan təmizlənməlidir. Artıq Şuşa şəhəri elektrik enerjisi ilə təhciz edilmişdir. Füzuli hava limanı hazırda tikilməkdədir. Bu ilin sonuna qədər ora istifadəyə veriləcək. Növbəti mərhələdə Zəngilan və Laçın ərazisində də hava limanının tikilməsi planlaşdırılıb. Laçın ərazisində hələ qar olduğu üçün bu bir az ləngiyir. May-aprel aylarında bu işlərə başlanacaq. Zəngilanda üç kənddə “ağıllı kənd” layihəsi pilot kimi tədbiq ediləcək. Azad edilmiş ərazilər dörd Lüksenburqa bərabərdir “ deyən dövlət başçısı qeyd etdi ki, bu əraziləri biz sıfırdan bərpa edəcəyik. Biz bəşəriyyət qarşısında erməni faşizmini məhv edərək dünyaya azadlıq gətirdik.
Tamella Bilalova,
Xocalı rayonundan məcburi köçkün,
şəhid ailəsi
Paylaşın:

Gündən-günə inkişaf edən Azərbaycan


Azərbaycan - Mənim Ana yurdum, Ana məskənim!

Biz səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan, əzizsən. Bizi dünyaya gətirən doğma anamız kimi.
Vətənin suverənliyi, müstəqilliyi öz xalqılnı sevən, qoruyan hər bir insan üçün çox önəmlidir. Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin əsasıdır. O, nə satılmır, nə də verilmir. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına əldə edir və qoruyur.
Azərbaycan ilk yarandığı gündən daima göz altına alınması və ona olan düşmən nəzərlərini artması hər zaman onu qorumağı tələb edir. Bizim olan bir yurd üçün bu qədər mücadilə aparmağımız haqqsızlıqdır. Axı o bizimdir. Tarixi də, bu günü də, sabahı da bizə məxsusdur. O, qəhrəmanlar yurdu, igidlər məskənidir. Bu torpağın Babək, Cavanşir kimi qəhrəmanları, Gəray Əsədov, Həzi Aslanov kimi, igid oğulları var. Bu igid cəngavərlər vətənin azadlığı, xalqın işıqlı gələcəyi naminə mücadilə aparmış,öz canlarını belə qurban verməkdən çəkinməmişlər. Onlar vətənin dünəni, bu günün gənc nəslinin fərəh yeridirlər. Bu gün igid oğullarımız onların döyüşündən, qeyrətindən bəhrələnir. Ruhları hər zaman yüksək, içləri vətən sevgisi ilə doludur.
Vətənim uzun müddət, düz 28 il mənfur erməni tapdağında qaldı. Cənnətimiz cəhənnəmə çevrildi. Gözəl yurdumuz yerlə yeksan oldu. Millətimizin yarısından çoxu qaçqın düşdü, respublikanın müxtəlif istiqamətlərinə səpələndilər. Hərə bir yerdə özünə yurd qurdu. Dövlətin dəstəyi ilə zaman-zaman şəraitləri bərpa olunmağa başladı. Nəhayətində yeni evlərlə təmin olunmaq azacıq da olsa yaralarına su səpdi. Hər zaman dövlətin dəstəyi onların üzərində oldu. Amma eyni zamanda da dövlət öz siyasətini davam etdirərək, mənfur düşmənin işğal etdiyi yurdu qaytarmaq üçün işlər gördü.Yenidən qurulan ordu, yeni təminatlı silahlar və illərlə davam edən hazırlıqlar. Bunun heç biri boş yerə deyildi. Bu gün yaşadığımız sevincin təməli idi. O, təməl ki, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən töküldü, İlham Əliyev tərəfindən inşa olundu. Həm də elə gözəl inşa olunduki, artıq biz orada məskunlaşmağa başlayırıq.
Azərbaycan uzun müddətli istiladan sonra artıq azaddır. Bu, Azərbaycanın Ali Baş komandanı İlham Əliyev, onun şücayətli və qorxmaz ordusu tərəfindən öz müstəqilliyini, bütövlüyünü bərpa etdi. Özü də cəmi 44 gün ərzində. Bu tarix təkcə Azərbaycanın deyil ümum dünya tarixinin səhvələrinə yazıldı.
Qarabağ bizimdi, Qarabağ Azərbaycandır!
Cənab Prezident işğaldan azad olunan o yerlərə gedəndə, oraları ziyarət etdikdə, sanki, ürəyim köksündən çıxacaq. Artıq o yurd, o yuva anasına, atasına qovuşdu-deyə hayqırmaq istəyirəm.
Prezidentimiz ölkəmizin hər bir qarışına xüsusi diqqətlə yanaşır və onun inkişafı üçün əlindən gələni əsirgəmir. Bütün rayonlarda yeni infrastrukturlar tikilir, köhnə tikililər yeniləri ilə əvəz olunur. Hətta Cənab Prezident aprelin 15-də Hacıqabul rayonuna səfər etmişdir. Orada rayonun inkişafı üçün yeni lahiyələr hazırlanıb təqdim edildi. Belə ki,artıq Respublikanın digər rayonlarında olduğu kimi Hacıqabuldada yeni inkişaf mərhələlərinə qədəm qoyuldu. Beləliklə, qısa zaman çərçivəsində insanların ən çox istifadə etdiyi yol problemləri və eləcə də su ilə bağlı olan məsələlər öz həllini tapacaq. Rayona ilk səfər zamanı Cənab Prezident ilk öncə yenidən qurulan Heydər Əliyev mərkəzini ziyarət etdi. Orada olan yeniliklərlə tanış oldu. Mərkəzdən Heydər Əliyevin Hacqabula olan səfərlərini əks elətdirən fotolar öz əksini tapmışdır. Həmçinin Cənab Prezidentə bildirildi ki, yaxın zamanlarda mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Daha sonra dövlət başçısı parkı gəzərək orada yaradılan yeni şəraitlə tanış oldu. Eləcə də Hacıqabul – Paşalı –Tağılı avtomobil yolu üzərində aparılan işləri xüsusi diqqətlə izlədi.
Sakinlərlə çox səmimi görü keçirdi. Görülən yeni işlərlə bağlı əhalini məlumatlandırdı. Onların əsas ehtiyacı olan su qayğısını aradan qaldırmaq üçün Şirvan –Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Əhalinin rəğbətini qazanan Cənab İlham Əliyev həmçinin onların iş yerləri ilə daha yaxşı təmin olunmaları üçün yeni müəssisələrin tikintisinə start verdi. Belə ki, Hacıqabulda Gilan Seramik parkında inşa olunacaq daha bir istehsal sahəsi – yəni keramaqranit zavodunun tikintisinə başlanıldı.
Bu bir daha xalqa olan qayğını, sevgini göz önünə çıxarır. Xalq onun üçün dəyərlidir, o da xalqı üçün. Bunun ən gözəl bariz nümunəsi son vaxtlar respublikada yaşanan ağır günlər idi. Belə ki, ağır pandemiya dövründə eləcədə 44 günlük müharibə dövründə “Dəmir Yumruq” adı altında birləşdiyimiz o an.
Yaşasın Azərbaycan xalqı, Yaşasın Cənab Prezident İlham Əliyev!
Ülviyyə Əhmədova,
Xocalı şəhər 4 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi