Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları təltif ediliblər

  

        16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Dövlət Yanğından Mühafizə Xidmətinin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 8 nəfər əməkdaşı döş nişanı, medal və təşəkkürnamələrlə təltif edilmişdir. Nümunəvi xidmət göstərən əməkdaşlardan Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Allahverdiyev Amən Mirzə oğlu “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətinə görə” 3-cü dərəcəli medalla, daxili xidmət baş çavuşu, sürücü Alıyev Şəmməd Zülfüqar oğlu “Xidmətə görə” döş nişanı ilə, daxili xidmət çavuşu, yanğınsöndürən Xamzayev Sərxan Abdulla oğlu, daxili xidmət çavuşu, yanğınsöndürən Əliyev Elmir Muradxan oğlu “Yanğından mühafizənin nümunəvi işçisi” döş nişanı ilə, Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Quliyev Bəxtiyar Allahyar oğlu, daxili xidmət çavuşu, yanğınsöndürən Orucov Seymur Rüstəm oğlu “Əlaçı yanğınsöndürən” döş nişanı ilə, daxili xidmət baş çavuşu, sürücü Hacıyev Məhərrəm Səfər oğlu, daxili xidmət çavuşu, yanğınsöndürən Səlimov İlqar Araz oğlu isə Təşəkkürnamə ilə təltif edilmişdir.  

         Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsi Vətən Müharibəsində İdarə qarşısında qoyulan tapşırıqları layiqincə yerinə yetirmişdir. İyul ayının 18-dən İdarənin 24 nəfər əməkdaşı Goranboy rayonunun cəbhəboyu Buzluq, Ballıqaya, Qaraçinar kəndlərində qurulmuş yanğından mühafizə postlarına təhkim olunmuşdu. Onlar döyüş mövqelərinə ərzaq və əmlakların paylanmasında, hərbi sursatların, həmçinin yaralılarımızın daşınmasında xidmət ediblər. Ballıqaya ərazisində düşmənin atdığı mərmi nəticəsində baş vermiş yanğın postun işçiləri və idarənin şəxsi heyəti tərəfindən söndürülüb. İdarənin işçiləri müharibə dövründə cəbhəboyu zonada sakinlərə zəruri təhlükəsiz davranış qaydaları barədə maarifləndirilmə işləri aparılıb, fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə həyətyanı sahələrdə yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə ilə bağlı məlumatlar verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin Xocalı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Abdulla Əsgərov başda olmaqla, idarənin bütün şəxsi heyətinə şərəfli peşələrində uğurlar arzulayırıq.


Paylaşın:

Şanlı Bayrağımız Şuşada əbədi dalğalanacaq

Möhtərəm Cənab Prezidentimizin komandanlığı ilə xalqımızın​ Vətən müharibəsində qalib gəlməyi, 30 ilə yaxın müddət ərzində yağı, mənfur düşmənin tapdağı altında qalmış müqəddəs torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Cənab Prezident dəmir yumruğu ​ ətrafında Azərbaycan xalqını birləşdirdi. Biz 44 günlük Vətən müharibəsində Ali Baş Komandanla və güclü ordumuza güvənərək bir yumruq olduq. Döyüş cəbhəsində şanlı ordumuz, siyasi cəbhədə isə Cənab Prezidentimiz düşmənlərimizə qalib gəldi. O, bizlərin qəlbində Vətən torpaqlarımızı işğaldan azad edən qəhrəman sərkərdədir.​ 39 il sonra eyni gündə Şuşaya səfəri və tarixi fotoları nümayiş etdirməsi, eyni zamanda Şuşa şəhərindən olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstlərinin doğma şəhərlərinə qaytarılması onun tarixi və milli - mənəvi dəyərlərə necə həssaslıqla yanaşmasından xəbər verir. Şuşa səfərində Cənab Prezident ucaltdığı üçrəngli bayrağı bundan sonra əbədi olaraq dalğalanacaq. Şuşaya səfəri zamanı xalqa xitabən çıxışı bizim üçün bir motivasiya oldu. Şuşa şəhəri ilə bağlı verdiyi göstərişlər, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsini bütün Azərbaycan xalqı yüksək sevinc hissi ilə qarşıladı. Azərbaycan xalqının çoxillik arzularını həyata keçirdiyinə və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyinə görə Ali Baş Komandana minnətdarlığımızı bildiririk.​ ​
Sevda Məmmədova,
Xocalı rayon Əli Kərim adına
Başkənd kənd tam orta məktəbinin müəllimi​




 

Paylaşın:

Xocalılar 20 Yanvar qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər

           Bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür. Faciənin 31-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində olduğu kimi xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də şəhidlərimizin müqəddəs ruhu yad edilibdir. Qəsəbədəki yollarda avtomobillərin hərəkəti saxlanılaraq səs siqnalları verilib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

        1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

        Sovet rejimi Xocalı əhalisinə də çox müsibətlər yaşadıb. “Müqəddəs yurd: Xocalı” kitabında yazılır ki, 1920-ci ildə Azərbaycanın Xocalı ərazisində totalitar bir cəmiyyət – sovet hakimiyyəti bərqərar oldu. Ərazidəki varlı, imkanlı, savadlı olanlar şahidsiz sübutsuz güllələndi, sürgün edildi. Bölgədəki qiymətli və nadir yeraltı və yerüstü sərvətlərimiz gizli və açıq yollarla Rusiyaya və Ermənistana daşındı.

         Sovet ordusunun 20 Yanvar faciəsini törətməsinə Xocalı rayon sakinləri də etirazlarını bildirmişlər. Qanlı Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Xocalıda ucaldılmış abidə ilk abidələrdən biri idi. Mərd Xocalı oğulları tərəfindən Üçrəngli Bayrağımız fanerlərə çəkilərək Ağdam-Şuşa yolunun üstünə asılaraq düşmənə göz dağı verilirdi. Komendant saatının davam etdiyi vaxtlarda, xocalılar düşmənlərə qorxmazlıq, vətənpərvərlik dərsi verdilər. Buna misal olaraq Volski hakimiyyəti dövründə Xocalı rayon sakini, sabiq Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyevin 20 Yanvar faciəsindən sonra qarşısına çıxan maneələrə baxmayaraq, komendant vaxtı körpə uşağın müalicəsini davam etdirməsini, öz həkimlik peşəsini şərəflə, vicdanla yerinə yetirməsini göstərmək olar. Məmməd həkim qarşısını kəsən, ona xəstə müraciətinə getməməsi üçün əmr verən komendanta, əgər məni xəstəyə baxmağa çağırsalar, mən yenə də köməyə gedəcəm, ona görə ki, mənim canım siz rus və erməni hərbiçilərinin Bakıda öldürdüyü yüzlərlə oğul - qızlarımızdan, o cümlədən o həkimlərdən artıq deyil demişdir. 

        1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Rusiyanın hərbi qüvvələrinə və himayədarlığına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon insan öz Vətənində qaçqına çevrildi.

        Azərbaycan xalqı ağı qaradan, yaxşını pisdən, dostu düşməndən seçməyi çox yaxşı bacarır. İlahi ədalət qarşısında bütün cinayətkarlar öz cəzalarını gec-tez alacaqlar. Necə ki, mənfur qonşularımıza haqq etdiyi cəzanı verdik. Müzəffər Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi, Xocalı qatillərini də cəhənnəmə göndərdi. Nigaran qalan, qisas istəyən bütün şəhidlərimizin ruhu qələbəmizlə rahatlıq tapdı. 20 Yanvarda qanla yazılan şanlı tarixə illər sonra Zəfər Günü də əlavə olundu.  

        Allah bütün şəhidlərimizə rəhmət eləsin! 


                         




           

Paylaşın:

XOCALI AZƏRBAYCANIN QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR

        Dünyada insanın yarandığı ilk mәskәnlәrdәn biri olan və әsrlәr boyu tәkcә Azərbaycanın deyil, bütün Zaqafqaziyanın iqtisadi, siyasi və mәdәni həyatında mühüm rol oynamış Qarabağın olduqca zəngin bir keçmişi vardır.

Dәfәlәrlә yadelli işğalçıların ardı-arası kәsilmәyәn hücum­larına sinә gәrmiş qәdim Qarabağ əhalisi nəinki öz varlığını qoruyub saxlamış, hәmçinin xalqımızın çoxәsirlik tarixini özündə əks etdirən zəngin maddi-mәdәniyyәt abidәlәri yaratmış və onu indiyə kimi qoruyub saxlamışdır. Öz tarixinin və abidәlәrinin zənginliyi ilə şöh­rət tapmış Qarabağın keçmişi bir çox məşhur dünya şərqşünaslarının, o cümlәdәn Amerika, İngiltәrә, Fransa, Almaniya və digər ölkə alimlərinin diqqətini cəlb etmişdir. Onlar bu zəngin diyarın iqtisadi, siyasi və mәdәni həyatına aid maraqlı mülahizәlәr söylәmişlәr. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbay­canın digər bölgələrindən fərqli olaraq, Qarabağın özünün xüsusi tarixşünaslıq әnәnәlәri möv­cud olmuşdur. Onun tarixini özündə əks etdirən çoxlu zәngin ədəbiyyat silsiləsi vardır.

Qeyd edək ki, Xocalı olduqca əhəmiyyətli coğrafi şəraitdə - Yuxarı Qara­bağın dağlıq hissəsində, Şuşa şəhərindən 18 km, Xan­kəndidən 12 km Şimal-Şərqdə, üç çayın – Qarqar, Xocalı və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun üstündə, Xan­kən­di və Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən dairəvi əhatə olunmuş Qarabağ dağ (Kiçik Qafqazın Kirs və Qırxqız dağları) silsiləsində yerləşir. Qırxqız dağından hündürlüyü 2827 m) Ağdama, Xankəndidən Bozdağa, Meydan­dan (Qırxqız ətəklərindən) Kətiyə qədər geniş, münbit torpaq və otlaq sahələri xocalıların ulu baba­larının yurd yerləri olub. Olduqca gözəl təbii və coğrafi şəraiti – bol sulu çaylarının, buz bulaqlarının, əkin üçün yararlı münbit torpaq sahələrinin, maldarlıq üçün otlaq sahələrinin (qışlaq və yaylaq), zəngin flora və faunasının, bir sözlə, həyat üçün lazım olan bütün təbii şəraitinin olması Xocalı ərazisində qədimdən ulu əcdad­la­rımızın məskən salmasına səbəb olmuş, minilliklər boyunca bu ərazidə yaşamışlar. Xocalı ərazisində tapılan, qədim türk soylarına (tayfalarına) məxsus olan tarix və mədəniyyət abidələri buna parlaq misaldır. Xocalı abidələr kompleksi bizə ulu əcdad­larımızdan, babaları­mızdan miras qalmış yadigardır. Bu abidələr qədim ulu tariximizin canlı nümunə­ləridir. Xocalı abidələr kompleksinə əsasən bunlar daxildir: son tunc, erkən dəmir dövrünə (eramızdan əvvəl XIV-XIII əsrdən, e.ə.VIII-VII əsrə kimi) aid edilən 5 adda 11 nəhəng kurqan (ən böyüyü Haçatəpə kurqanı), torpaq və daş kurqanlar, irili xırdalı böyük əraziləri tutan nisbətən yastı torpaq kurqanlar (Üzərlik təpə, Xoruz təpə, Göyərçin təpəsi, Tülkü təpə, Kərbəlayı Abış qa­yası, Cəfər təpəsi, Sarı qaya, Çınqıl təpə və s.). Bu kurqanlar ərazidə yaşa­yan qədim türk tayfalarının əli ilə bünövrə tutaraq yüzilliklər boyunca salınan möhtəşəm abidələrdir.

Son illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu­nun əməkdaşları tərəfindən Qarabağın o cümlədən qədim tarixə malik Xocalının tarixinin öyrənil­məsi sahəsində xeyli işlər görülmüş və hal-hazırda da bu sahədə işlər davam etdirilir.

Oxuculara təqdim olunan bu fəsildə də məqsəd məhz həmin tədqiqatların nәticәlәri ilə qismən də olsa onları tanış etməkdir.

Әlbәttә, kiçik bir fəsildə Qarabağın o cümlədən onun bir hissəsi olan Xocalının keçmiş tarixinin hәrtәrәfli işıqlandırılması qeyri-mümkündür. Bizim başlıca məqsədimiz bu zəngin diyarın keçmişinə qısa ekskurs vermәklә, geniş oxucu diqqətini cəlb etməkdir.

Qarabağın qədim yaşayış məskənlərindən biri də Xocalıdır. Xocalı öz abidәlәrinin növləri, onların xarakterik xüsusiyyәtlәri və maddi-mәdәniyyәt qalıqlarının zənginliyi etibarilə hәlә keçən әsrdәn dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidәlәrlә alman arxeo­loqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingi­lis F.Bayer, fransız A.Berje vә başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkә­lәrinә apararaq ayrı-ayrı muzeyləri zәnginləşdirmişlər.

Xocalı ərazisində - Qarqar çayının sol sahilində Fərəcanlı ad­lanan böyük bir sahədə, tarixi mənbələrə əsasən çox qədimdə möv­ud olmuş, lakin naməlum səbəbdən bataraq, torpaq altında qalmış Fərəcan şəhəri olmuşdur (Laçın rayonunda da Fərəcan adlı kənd var). Bundan başqa, Xocalı və İlis çaylarının arasındakı üçbucaqda, Yerli Xocalıdan 1-2 km yuxarıda çox böyük bir ərazini tutan Üzərliktəpə kurqanı yerləşir. Xocalı ərazisində babalarımızın və onların ata babalarının tanıdığı və yaşayıb yaratdıqları kənd, Xoca­lıdan 10-12 km şimal-qərbdə Sarı Qaya adlanan nəhəng kurqanın və İlis çayının sağ sahilində yerləşən Qədim Xocalı – Qışlaq adlanan kənd olmuşdur. Bu kənd Xocalıda tanıdığımız ən qədim kənd idi. Kəndin yaxın­lığında ulu əcdadlarımızın, dədə-babalarımızın uyu­duğu, yaşı 3500-4000 il olan (Ağdamdakı qədim Qarağacı qəbiris­tanlığı ilə həmyaşıd) qədim qəbiristanlıq mövcud olmuşdur. Burada daşdan yonulmuş yazısız abidələr – qoç, öküz, bayquş, yəhər, nəhrə və digər şəkilli abidələr də olmuşdur. (Bu abidələr ermə­nilər tərə­findən oğurlanmış, məhv edilmişdir). Kənd əhalisinin adı Qarabağ xanən­dələrinin və şairlərinin dilindən heç zaman düşməyən, ilin bütün fəsillərində başı qarla örtülü olan Qırxqız dağının ətəklərində “Meydan” adlanan, böyük bir ərazini tutan yaylaq yerləri var idi. Kənd əhalisi mal-qarasını, qoyun sürü­lərini yay aylarında yaylaqda – Meydanda bəsləyər, payız, qış mövsümünü isə Qışlaqda keçirərdi. Meydanda hər bir Qışlaq (Qədim Xocalı) ailəsinin öz yurd yeri – yaylaq yeri var idi. Belə­liklə, Qədim Xocalı kəndi – Qışlaq kəndi (bəzən babalarımızın dilində “Qışdaqlar” ya “Qışlaqlar” kimi söylənilən) sonralar – ermənilərin XIX əsrin əvvəllərində Qarabağa kö­çün­dən sonra əsasən ermənilərin məskunlaşdığı Daşbulaq kən­dinin yaxın­lığından İlis çayının mənbəyinə doğru, Sarıqaya Kur­qanının sağ yamaclarına qədər geniş bir ərazidə yerləşirdi.

Xocalı ərazisində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIII-VII əsrlər) aid arxeoloji abidə olan “Xocalı qəbiristanlığı” aşkar edil­mişdir. XIX əsrin sonunda təqdim olunmuş bu abidə, daş qutu və Kurqanlarından ibarətdir. Tədqiqatlar nəticə-sində Xocalı qəbiris­tanlığında dövr etibarilə biri-digərini əvəz edən beş tip kurqanlar müəyyənləşdirilmişdir. Həmin Kurqanlarda müxtəlif tipli saxsı qab­lar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və digər materiallardan hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhləri aşkar edilmişdir. Xocalı Kurqanlarından tapılmış əqiq muncuğun üstündə Assuriya çarı Adadnirariyə aid mixi yazısı, o cümlədən şirli saxsı qablar, pasta və şüşədən muncuqlar, qızıldan bəzək əşyaları, silindirik möhür və s. yerli əhalinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini göstərir.

Azərbaycan alimləri tәrәfindәn Xocalı abidәlәrinin tәdqi­qinә 1920-ci illәrdә başlanmışdır. Burada ilkin tədqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ә.Әlәkbәrov Xocalı abidәlәri kom­pleksini Azərbaycan abidәlәri haqqında tәsәvvür әldә etmək üçün açar adlandırmışdır.

Әsasәn eramızdan әvvәl XVII-XIII әsrlәri әhatә edәn Xocalı abidәlәri kompleksi yaşayış yerlәrindәn, daş qutu qәbir­lәri, müxtəlif tipli kurqanlardan, siklop tikililәr, kromlexlәrdәn vә menhirlәrdәn ibarәtdir.

Xocalı abidələr kompleksinə aid yaşayış yerləri, bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafi cәhәtdәn əlverişli yerlәr­dә, xüsusilә strateji cәhәtdәn müdafiəsi qismən asan olan tәpәlәr üzә­rindә salınırdı. Yaşayış yerlәrindә evlər әksәr hallarda yarım­qazma halında olub, yuxarı hissәsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilә tikilirdi. Evlәrin әksәriyyәti çoxgözlü olub, bütün tayfa üzvlәrinә aid hesab edilirdi. Arxeoloji qazın­tılar nәticәsindә müәyyәn edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düz­bucaqlı formada inşa edilmişdir. Bәzәn uzunluğu 17-18 metr, eni isә 8-10 metr olan bu cür evlәr xüsusi arakәsmәlәr vasitəsi ilә bir neçə hissәyә bölünmüşdür. Evin divarlarında xüsusi baca yerlәri düzəl­dilirdi. Onun içәrisindә ərzaq saxlamaq üçün ya quyu qazılırdı, yaxud da iri tәsәrrüfat küpləri basdırılırdı. Tunc dövrünün sonu vә Dәmir dövrünün әvvәllәrindә, yəni eradan әvvәl II minilliyin so­nunda artıq bu cür evlərin döşәmә vә divarları xüsusi ağ maddәlәrlә suvanır vә böyük ailә evlәri kiçik ailә evlәri ilә әvәz olunur. Xocalı qəbiristanlığında şirli gil mücrü, qızıldan şir başı, yastı balta təbə­rizin, tunc quş fiquru, şirli cam, sərnic formalı gil qab, saxsı kuzə və digər nadir maddi-mədəniyyət nümunələri aşkar edil­mişdir.

Bəhs olunan dövrdə Xocalıda möhrәdәn hörülmüş evlәrә və formaca dairəvi olan yarımqazma evlәrә dә təsadüf edil­mişdir. Bütün bunlar primitiv şәkildә dә olsa yerli əhalinin müxtəlif tikinti texni­kasına malik olmasını parlaq surәtdә sübut edir.

Xocalı-Gәdәbәy mәdәniyyәtinә aid abidәlәrin böyük bir qismini dә siklop tikililәri tәşkil edir. Әsasәn yüksәk tәpәlәrdә vә alçaq dağ­larda bina edilmiş bu abidәlәr yerli әhali tәrәfindәn “Qalaça”, “Örtük daşı”, “Hasar”, “Düzülü daş” vә s. adlanırdı. Siklop tikililәrinin xara­k­terik cәhәti ondan ibarәtdir ki, bu abidәlәr yonulmamış iri daş­lardan, suvaqsız olaraq, müәyyәn bir plana riayәt olunmadan tikil­mişdir. Bu tikililәr bәzәn iki vә hәtta üç qat divarlarla әhatә olu­nurdu. Hәr bir divarın arasındakı mәsafә 5-10 m-ә qәdәr olur. Siklop tikililәrindә qapı yerlәri üç sal daşdan düzәldilib, üstündәn isә hörgü davam etdirilmişdir. Siklop tikililәrini tәdqiq etmiş alimlәr onların nә vaxt meydana gәlmәsi vә nә mәqsәdlә bina edilmәsi üzәrindә xeyli mübahisә etmişlәr. Mәlum olmuşdur ki, bu abidәlәr әsasәn, eradan әvvәl II minillikdә vә I minilliyin әvvәllәrindә mövcud olmuşdur. Onların dövrü müәyyәn edilsə də onların vəzifəsi, yәni nә mәqsәdlә tikilmәsi hәlә dә mübahisəlidir. Bəzi alimlər onların daimi yaşayış yeri və böyük ticarət yolları üzərində müdafiə məntəqələri, bəziləri siklopların böyük bir qismini müqəddəs yer olub, ibadətgah məqsədilə buna edildiyini, bəziləri bağ-bostan yeri olduğunu, daha başqaları isə bu tikililəri köçərilərin mal-qara saxlamaq üçün inşa etdiklərini söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bütün Kiçik

Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklon tikililərinin heç dә hamısı eyni mәqsәd güdməmişdir vә başlıca ola­raq üç mәqsәd daşımışdır: 1) iri ticarət yolları üzәrindә bu yolları müdafiә etmәk mәqsәdilә; 2) düşmәn hücumları zamanı әhalini mü­vәq­qәti mühafizә etmәk mәqsәdilә; 3) müqәddәs yerlәri әbәdi­lәş­dirmәk məqsәdilә bina edilmişlәr. Onların bir çoxu sonralar yaşayış mәskәni kimi vә yaxud da köçәrilәrin öz mal-qarasını saxlamaq üçün istifadə edilmişdir.

Onu da qeyd edək ki, Xocalı-Gәdәbәy mәdәniyyәti – Azərbay­canda Qafqa­zın dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında, Şərqi Gürcüstanda son Tunc və ilk Dəmir dövrlərinə (e.ə. XIII-VII əsrlər) aid arxeoloji mədəniyyət nümu­nəsidir. Xocalı-Gәdә­bәy mәdәniyyәti Xocalı yaxınlığında Gədə­bəy rayonun­da ilk dəfə tədqiq olunmuş abidələrin adı ilə adlan­dırılmışdır. Xocalı-Gәdәbәy mәdәniyyәtinin abidələri yaşayış yerləri, emalatxanalar, qəbirlər, ibadətgahlardan ibarətdir.

Xocalı-Gәdәbәy mәdәniyyәti sakinlәrinin hәyat tәrzini vә mә­dәni inkişaf sәviyyәsini öyrәnmәk üçün həmin mәdәniyyәtә mәxsus qәbir abddәlәri vә qәbirlәrdәn toplanmış maddi mәdә­niyyət qalıqları böyük әhәmiyyәt kəsb edir. Arxeoloji tədqiqat­lardan aydın olmuşdur ki, bu mәdәniyyәt sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qәbirlәri təşkil edir.

Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu vә müxtəlif tərkibli hündür tәpәlәrdәn ibarət olub, vaxtilə süni surətdə qәbirlәrin üstünə tökülmüşdür. Kurqanlar bәzәn sadәcә olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür.

Kurqanların özlәri müxtәlif olduğu kimi, onların altındakı qәbirlәr dә müxtəlif olmuşdur. Ölünü dәfn etmәk üçün bәzәn kur­qanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bәzәn isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qa­zın­tılar nә­ti­cәsindә müәyyәn edilmişdir ki 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kur­qanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən 50-dən çox skelet aşkara çıxarılmışdır.

Xocalı-Gәdәbәy mәdәniyyәtinin yayıldığı ərazidə misәrit­mә kürәlәri (Mingəçevir), mis və tunc məmulatları hazırlayan emalat­xana (Topal Hәsәnli) qalıqları, çaxmaqdaşıdan alәt və silahların istehsal tullantıları (Gillikdağ) aşkar edilmişdir. Yaşayış yerləri hasarlı (Xaçbulaq) vә hasarsız (Mingəçevir) bina və tikililəri әsasәn, dördkünc yarımqazmadan (yerüstü divarlar, daş, qamış, gildən) iba­rәtdir. Torpaq, daş qutu qәbirlәr vә kurqanlarda ölülər bükülü, uza­dılmış, oturdulmuş (bәzәn yan­dırılmış) vәziyyәtdә dəfn edilmişdir. Yoxsul vә varlı qәbirlәrin keramikası eynidir. Varlıların qәbirinә qiymətli silahlar, bəzək əşyaları qoyulmuş, öküz, qoyun, zəngin bəzə­dilmiş at, dəvə, qadın, döyüşçü, qul da basdırılmışdır (Goran­boy, Qarabağ, Füzu­li, Mingəçevir). Qəbirlərdən tunc qılınc, təbərzin, xəncər, toppuz, ox, yaba, nizə ucluğu, qazan, bardaq, cilov, kəmər dəsti, ov və mifoloji səhnə bəzəkləri, bilərzik, üzük, əqiq vә sü­mükdən bәzәk əşyaları (muncuq, asma, sırğa vә s.), dulus çarxında gildən (piyalə, bardaq, sərnic, nehrə, süzgəc vә s.), daşdan (vaza, qulplu bardaq, qapaqlı daş qab) müxtəlif məmulatlar aşkar edil­mişdir. Şirəli qara qablar, ov sәhnәsi, heyvan vә səma cisim­lərinin tәsvirlәri vә s. ilә bәzәdilmişdir. Maddi-mədəniyyət nü­mu­nələri sübut edir ki, Xocalı-Gədəbəy mədəniyyətinin son dövründə dəmir alət vә silahlar (nizə, bıçaq, xәncәr vә s.), möhkәmlәndirilmiş yaşa­yış yerlәri meydana gәlmişdir. Әhali әkinçilik, maldarlıq, həmçinin bağçılıq, üzümçülük, ovçuluq, balıq ovu, sәnәtkarlıq vә s. ilə məşğul olurdu. Metallurgiya da inkişaf etmişdi. Təsviri sәnәt materialları (gil vә tunc fiqurlar, qab, kәmәrlәr üzərində cızılmış təsvirlər və s.) əhalinin dini və estetik görüşlərini əks etdirir. Yerli əhali qonşu tay­falarla әlaqә saxlamışdır. Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin Qafqazın müasir xalqlarının uzaq əcdadları olmasını güman etmәyә əsas var.

Onu da qeyd edək ki, ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürmәmişdir vә alimlәrin ehtimalına görə bu adət, qalıqları indi dә dünyanın bir çox xalqları arasında mövcud olan müqәddәs od ayini ilə әlaqәdar idi. Lakin istər ölü yandırmaq, istәrsә də ölünü olduğu kimi dəfn etmə adәtindә kurqan qәbirlәri üçün xarakterik olan ümumi bir әlamәt vardır. Bu әlamәt həmin qәbirlәrdә dəfn olu­nan adamın axirət dünyaya böyük var-dövlәtlә yola salınması idi. Azərbaycanın hər yerində olduğu kimi Qarabağ sakinlərinin dә qәdim dini әqidәsinә görə guya ölən adam ölmür, o, yalnız dünyasını dәyişir. Daha doğrusu müvәqqәti olaraq bu dünyanı tərk edib, әbәdi axirət dünyasına gedir. Ona görə də ölən şəxsi axirət dünya üçün hər şeylə: mal-qara, ev avadanlığı, bәzәk şeylәri, şәxsi geyim, silah vә başqa qiymətli әşyalarla tәmin edib, bu şeylәri onun qәbrinә qoyurdular, hәtta bәzәn elә olurdu ki, ölən adamın әzizlәrindәn birini dә öldürüb onun yanında dəfn edirdilər. Sinifli tәbә­qәlәşmә dövründə isə iri qәbilә başçıları öldükdə onun xid­mәtçilәrindәn bir-iki nәfәrini ölən adamla birlikdә dәfn edirdilәr ki, axirәt dünyasında da ona xidmәt etsinlәr. Belәliklә, hәr bir kurqan özü ayrılıqda bir xәzinәni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mәdәniyyәt qalıqları yerli әhalinin ibtidai dini ideologiyasını, onun tәsәrrüfat hәyatını, hәrbi lәvazimatını, incәsәnәtini, mәişәtini vә bir sıra başqa sahәlәrini öyrәnmәk üçün böyük әhəmiyyәt kәsb edir.

Xocalı kurqanlarının tədqiqi nәticәsindә məlum olmuşdur ki, bəhs etdiyimiz dövrdə Qarabağın sakinlərinin həyatında sənətkar­lığın iki böyük sahəsi mühüm yer tutmuşdur. Onlardan biri dulus­çuluq, digəri isə metal işlәmә sәnәtidir.

Ümumiyyәtlә, bәşәr tarixinin Tunc dövründə demək olar ki, mәişәtin bütün sahәlәrindә, әsasәn, gil qablardan istifadә edilirdi. Gildən tәsәrrüfat qabları, bәzәk əşyaları, uşaq oyun­caqları vә digər sahәlәrdә istifadә etmәk üçün olduqca müxtәlif әşyalar hazırlanırdı. Xocalıdan toplanmış, külli miqdarda gil qablar kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sәnәt sahәsindә çox yüksәk inkişaf pillәsinә qalxmışdılar. Onlar hazırlayacaqları qablar üçün xüsusi, yararlı gil mәdәnlәri aşkar etmiş vә bәşәr tarixindә ilk texniki tәrәqqi üsullarından biri olan ayaq çarxının sirlәrinә dәrindәn bәlәd olmuş­lar. Qarabağın dulusçu ustaları böyük mәharәtlә hazırladıqları gil qabları bişirmәk üçün dairәvi dulus kürәlәrindәn istifadә etmişlәr. Bir qayda olaraq dulusçular Tunc dövründә hazırladıqları gil qab­ların hamısının üzәrini cilalamış və onları qara rәngdә bişirmişlәr. Qabların bәdii tәrtibatına da ciddi fikir verilmişdir. Belə ki, әksәr qabların üzәrindә müxtәlif hәndәsi fiqurlar, nәbati tәsvirlәr cızıl­mışdır. Әn maraqlısı isә odur ki, qablar üzәrindәki xәtlәrin içәrisini xüsusi ağ maddә ilә doldurmuşlar. Bu da Qarabağ qablarının ən mü­hüm xüsusiyyətlәrindәn biridir.

Xocalı-Gәdәbәy mәdәniyyәtinә məxsus gil qabların xüsusiyyәt­lәrindәn biri dә odur ki, dulusçu ustalar hazırladıqları әksәr qabların çiyni üzәrindә xüsusi göbәlәkvarı çıxıqlar düzәltmişlәr. Bu çıxıqlar hәmin qablara xüsusi gözәllik verir.

Xocalıdakı kurqandan aşkar edilmiş bir әdәd gil qabın qulpu üzәrindә isә buğda dәnәlәri tәsvir edilmişdir. Alimlərin tədqiqatı nәticәsindә məlum olmuşdur ki, 3-4 min il bundan әvvәl Qarabağın sakinləri mәdәni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Yeri gәlmişkәn qeyd edək ki, Xocalıda qәdim bağçılığın inkişafını da sübut edәcәk xeyli maddi mәdәniyyәt qalıqları aşkar edilmişdir ki, bunların içәrisindә şaftalı, üzüm tumları vә s. әsas yer tutur.

Xocalının qədim yeraltı mədəniyyət nümunələrinə əsasla­naraq düyə bilərik ki, Tunc dövründә Qarabağda inkişaf etmiş mühüm sәnәtkarlıq sahəlәrindәn biri dә metalişlәmә olmuşdur. Bütün Qaf­qazda mis ilə talayın qarışdırılmasından tunc metalın alınması sir­rlәrinә ilk dәfә bәlәd olanlardan biri dә Qarabağın qәdim sakin­lə­ridir. Bu möhkəm metaldan yerli əhali, әsasәn silahlar hazırlamışdır. Bәzәn isə ondan bәzәk əşyaları hazır­lanmasında da istifadə edil­mişdir. Tuncdan hazırlanmış qılınc­lar, xәncərlәr vә çoxlu ox ucları demək olar ki, Qarabağ abi­dәlәrindәn tapılan әn çox silah növlәridir.

Qarabağ qılınclarının dәstəlәrinin baş hissәsi formasına görə digәrlәrindәn fәrqlәnir. Belə ki, Qarabağın qәdim qılınc­larının dәstә hissəsinin başında iki tәrәfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissәsinә doğru maili düzəldilir. Bu çıxıq­lar bәzәn zoomorf formada, bәzәn isə müxtəlif hәndәsi cizgilәrlә bәzәdilirdi.

Xocalıda aşkar edilmiş maddi mədəniyyət nümunələrinə əsasən deyə bilərik ki, eramızdan әvvәl birinci minilliyin başlanğıcında Qara­bağın qәdim sakinlәri artıq dәmir istehsalının sirrlərinә bәlәd ol­muşdular.

Xocalı abidәlәrinin öyrәnilmәsi nәticәsindә burada bütün Azər­baycan üçün yeganə olan iki mühüm tip abidə dә aşkar edilmişdir. Onlardan biri menhirlәrdir. Menhir ingilis sözü olub “uzun daş” deməkdir. Bu abidәlәrin əsas vәtәni Böyük Britani­yadır. Orada elә menhirlәr vardır ki, ağırlığı 50-60 tona yaxın olur. Xocalı menhirlәri isә nisbәtәn kiçikdirlәr. Menhir qәbilә quruluşu dövrünün məhsulu olub, ölәn adamın qәbiri üzәrindә dik basdırılmış bir növ heykәlә oxşar daşdır. Adәtәn belә daşları qәbilә başçılarının qәbirlәrinin üzәrindә qoyurdular. Qәdim dini әqidәyә görә, guya ölәn adamın ruhu bәdәni tәrk edir vә hәmin ruh daşa keçirdi. Daşa keçmiş ruh isә orada әbәdi yaşayırdı. Hәtta qәbilә başçısı ölәrkәn uzun müddәt qәbilə üzvlәri onun əvәzinә qәbilәyә başçı seçmirdilәr. Qәbilә başçılığını mәrhumun daşa keçmiş ruhu әvәz edәrdi. Hәtta, qәbilә üçün müәyyәn tәhlükәlәr baş verdikdә üzvlәr yığışıb menhirin (yәni qәbilә başçısının ruhu yaşayan daşın) yanına gәlәr vә orada müxtəlif dini ayinlər icra etmәklә guya qәbilәni yaranmış tәhlükәdәn xilas edәrmişlәr. Maraqlı burasıdır ki, ibtidai dini tәsәvvürlәrin qalığı olan həmin daşlardan biri son zamanlara kimi, dindarların ibadәt yerinә çevrilmişdir. Onlar, havalar quraqlıq vә ya hәd­dindәn artıq yağışlı keçdikdə hәmin daşın yanına gәlib ona ibadət edir, daşdan mәrhәmәt dilәyirdilәr. Bu ayinlәrin icrası zamanı həmin daşı yerә yıxıb yenidәn basdırır vә digәr әmәliyyatlar aparırmışlar.

Xocalı abidәlәri içәrisindә nadir yadigarlardan biri də krom­lexlәrdir. Kromlex dairәvi düzülmüş bir neçə dik vә onların üzәrinә qoyulmuş bir әdәd köndәlәn daşdan ibarətdir. Yenә dә, ibtidai dini әqidәnin mәhdud olan bu abidә dindarlar arasında “axirәt evi” adlanır. Guya bu cür abidәlәr düzәltmәklә mәrhum üçün ev tikmiş olurdular. Bütün bu abidәlәr yerli əhalinin mәnәvi mәdәniyyәt tarixini öyrәnmәk üçün son dərəcə böyük elmi әhәmiyyәt kəsb edir.

Nәhayәt, göstәrmәliyik ki, Azərbaycanda әn qәdim yazı da, məhz Qara­bağda aşkar edilmişdir. Belә ki, Xocalıda tədqiq olunan Kurqandan, üzәrindә mixi yazısı olan bir әdәd kiçik muncuq tapıl­mışdır. Akademik İ.İ.Meşşaninov müәyyәn etmiş­dir ki, bu mun­cuğun üzәrindә eramızdan әvvәl VIII әsrdә yaşamış Assuriya çarı Adadnirarinin adı yazılmışdır. Bu yazı tәkcә Qarabağın deyil, elәcә dә bütün Azәrbaycanın siyasi tarixinin öyrәnilmәsindә böyük әhә­miy­yәtә malikdir.

Xocalı-Gәdәbәy arxeoloji mәdәniyyәtinә mәxsus abidələrә yekun vurarkәn qeyd etmәliyik ki, bu mәdәniyyәtin izi ilә mәşğul olan bir çox Qafqazşünas alimlər tәkcә Azərbaycanın deyil, ümu­miy­yәtlә Yaxın Şәrq ölkәlәrinin maddi mәdәniyyәt tarixi ilə әlaqәdar bir sıra problemlərin həlli üçün ondan geniş istifadә edirlәr. Bu problemlərdən biri, 3-4 min il bundan әvvәl Yaxın Şərq ölkәlәrinin bir-biri ilə mәdәni vә iqtisadi əlaqələrinin sәviyyәsini öyrәnmәkdir. Xocalı abidәlәri sübut edir ki, belə әlaqәlәr geniş olmuş vә müxtәlif etnik qruplar mehriban iqtisadi vә siyasi təmasda yaşamışlar.

Xocalının gözəl təbiətə, əsrarəngiz gözəlliyə malik olan yer­lərindən biri də Kosalar kəndinin yerləşdiyi ərazidir. Bu ərazi soyuq bulaqları, zəngin meşələri, bol sulu çayları, başı qarlı dağları ilə məşhurdur. Kənd, Kiçik Qafqaz dağ silsiləsində yerləşir. Kəndin Qırxqız, Dəvəboynu, Ya Əli kimi adları ilə məşhur olan dağları vardır. Kosalar kəndi 700 illik tarixə malik olan qədim türk kəndidir. Ərazidəki “Balaqan” adlanan kurqanda qazıntılar zamanı gildən ha­zır­lanmış müxtəlif formalı küplər, misdən, gümüşdən hazırlanmış bəzək, zinət və məişət əşyaları, əmək alətləri, qəbir abidələri və s. aşkar edilmişdir. Bu ərazidə qədimdən yerli tayfalar (türklər) yaşa­mışlar. Kəndin adının onun ilk sakinlərindən biri Hacı Avazın – Kosa Avazın adı ilə bağlı olduğu söylənilir. Kənd Xankəndidən 8, Şuşadan 10 km. şimal-qərbdə, Xocalıdan isə 14 km. cənub-qərbdə Qarabağ silsiləsindədir.

Xocalının qədim tarixə malik olan Cəmilli kəndi Xankəndi şəhərinin 3 kilometrliyində, Qarabağ dağ silsiləsində yerləşir. Kən­din adı vaxtilə bu ərazinin sahibi olmuş Cəmil bəyin adından gö­türlüb. Cəmilli kəndi bir tərəfdən Xankəndi ilə, digər tərəflərdən isə Xənəzək, Ballıca və Kosalar kəndləri ilə həmsərhəd idi. Əhalisi əsasən heyvandarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, yaxın ol­duğundan Xankəndidə yerləşən sənaye obyektlərində də çalışır­dılar. Cəmilli kəndində “Darlı”, “Kürən”, “Zərgər tala”, “Qənşər daş”, “Xoruz təpə” və digər adlı yurd yerləri, “Keçiqalan qaya”, “Tu­maş daş”, “Ayrana qonan” adlı quş qonmaz böyük qayalıqlar olmuşdur.

Kərkicahan Xocalının qədim kəndlərindəndir. Ərazidən top­lamış maddi-mədəniyyət nümunələri bunu sübut edir. Kərkicahanın üç böyük qəbiristanlığı olmuşdur. Qəsəbənin aşağı hissəsində yer­ləşən qəbiristanlıqda 1400-cü ildən bu günümüzə qədər qalan qə­birlər vardı. Tarixi araşdırmalar göstərir ki, Kərkicahan 1000 ildən artıq tarixə malikdir. Kərkicahan sözü əksər mənbələrdə “Dünyanın burnu” kimi izah edilir. Bu qəsəbənin Qırxqız yaylağında geniş otlaq sahələri, Xocavənd rayonunun ərazisində isə qış yataqları və əkin sahələri olmuşdur.

Tәәssüf hissi ilә qeyd edilməlidir ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mәrhəlәsi olan “izi məhv etmək” kimi mənfur bir әmәlә əl atmış və bəşəriyyət üçün nadir abidәlәr toplusu olan Xocalı abidәlәrini dağıt­mışlar.

"Müqəddəs  Yurd: Xocalı" kitabından


Paylaşın:

XOCALI RAYONU ƏRAZİSİNDƏ DÖVLƏT QEYDİYYATINDA OLAN TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN ADLI SİYAHISI

1.      İNV №1119. Daş qutu nekropolu – tunc dövrü (Xocalı şəhəri, Əsgəran dağı)

2.      İNV №1120. Nekropol ilk tunc və orta tunc dövrü (Xankəndi şəhərinin cənubunda)

3.      İNV № – Xocalı kurqanları – ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

4.      İNV №1121. Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndi şəhəri ərazisində)

5.      İNV №1122. Kurqan – dəmir dövrü (Xankəndi şəhərinin yaxın­lığında)

6.      İNV №1123. Xankəndi kurqanları – tunc dövrü (Xankəndi şəhərindən şimalda)

7.      İNV №1124. Xaçınçay nekropolu – ilk tunc və orta tunc dövrü (Seyidkənd kəndindən şimal-şərqdə)

8.      İNV №1125. Küp qəbirləri nekropolu – tunc dövrü (Armudlu kəndi, qəbiris­tanlığın yaxınlığında)

9.      İNV №1126. Kurqan – tunc dövrü (Armudlu kəndindən 15 kilo­metr aralıda, İlis çayının sahilində)

10. İNV №1127. Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbiris­tanlığın yaxınlığında)

11. İNV №1128. Köhnə qəbiristanlıq – tunc dövrü (Çanaqçı kəndi)

12. İNV №1129. Daş qutu nekropolu – dəmir dövrü (Sarıkənd kəndi)

13. İNV №1130. Daş qutu nekropolu – dəmir dövrü (Sarıkənd kəndi, dağın ətəyində)

14. İNV №251. Dairəvi məbəd – 1336-1357-ci illər (Xocalı şəhəri)

15. İNV №252. Türbə – XIV əsr (Xocalı şəhəri)

16. İNV №253. Alban məbədi – 1100-cü il (Çanaqçı kəndi)

17.  İNV № 254. Alban məbədi – 1065-ci il (Çanaqçı kəndi)

18. İNV № 255. Alban məbədi – 905-ci il (Şuşakənd)

19. İNV № 256. Alban məbədi – 1122-ci il (Xanbağı kəndi)

20. İNV № 257. Alban məbədi – 1100-cü il (Xaçmaz kəndi)

21. İNV № 258. Alban məbədi – 1202-ci il (Armudlu kəndi)

22. İNV № 259. Qala – X əsr (Maşmxat kəndi)

23. İNV № 260. Qırxlar qalası – orta əsrlər (Badara kəndi)

24. İNV № 261. Məbəd kompleksi – XVII əsr (Badara kəndi)

25. İNV №262. Qala – IX əsr (Daşbaşı kəndi)

26. İNV №263. Əsgəran qalası – XVIII əsr (Əsgəran qəsəbəsi)

27. İNV № 264. Aslan qalası – IX əsr (Xanabad kəndi)

28 İNV № 265. Məbəd – XIII əsr (Xanabad kəndi)


Paylaşın:

MƏMMƏD HƏKİM 20 YANVAR FACİƏSİNƏ ETİRAZINA GÖRƏ ƏSGƏRANDA 3 GÜN KAMERADA SAXLANILIB

        Xocalılar hər zaman dövlət maraqlarını müdafiə edirlər, ictimai hadisələrə yaxından münasibət bildirirlər. Buna misal sadalamaq üçün saysız - hesabsız nümunələr gətirmək olar. Xocalı rayon sakinlərinin torpaq uğrunda yüzlərlə şəhid verməsi, neçə-neçə qəhrəman oğul və qızları bu nümunələr arasındadır. 
        Qanlı 20 Yanvar faciəsinə xocalılar da münasibət bildirərək çətin vaxtlarda öz xalqına bağlılığını, dövlətçilik iradəsini sübuta yetirmişlər. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Xocalıda ucaldılmış abidə ilk abidələrdən biri idi. Komendant saatının davam etdiyi bir vaxtda xocalıların belə cəsarət göstərməsi düşmənlərə qorxmazlıq, vətənpərvərlik dərsi idi.
        Xocalı rayon sakini “Azərbaycan Bayrağı” ordenli, “Azərbaycan Respublikasının Əməkdar həkim” fəxri adına layiq görülmüş, sabiq Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyev Ağalar oğlu 20 Yanvar faciəsindən sonra qarşısına çıxan maneələrə baxmayaraq, komendant vaxtı körpə uşağın müalicəsini etmiş, öz həkimlik peşəsini şərəflə, vicdanla yerinə yetirmişdir.
        Məmməd Nağıyevin dediklərindən: 
        - Volski hakimiyyəti dövründə mənim də başıma çox müsibətlər gəlib. Rusların tətbiq etdiyi “Komendant saatı” rejimi bizim xəstələrə baxmağımıza çox maneə olurdu. Belə ki, 1990 - cı il 20 yanvarda rus vəhşilərinin Bakıda törətdikləri o qanlı faciədən az sonra, fevral ayının 13-də gecə saat 24 radələrində fin evlərində yaşayan Hüsü kişinin 2 yaşlı ağır xəstə olan oğlu Əlzaminin müalicəsi üçün çağırılmışdım. (Əlzamin Əzimov hal-hazırda Xocalı rayon kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir). Mən balaca Əlzaminin müalicəsini apardırqdan sonra evə qayıdarkən yolda rus komendantı mənim maşınımı saxlatdı və yoxlamağa başladı, bildikdən sonra həkiməm, xəstəyə baxmaqdan gəlirəm, əsəblə mənə dedi ki, gedək görüm sən komendant saatı dövründə xəstəyə baxmısan, ya yox və ümumiyyətlə komendant saatı dövründə xəstəyə niyə baxırsan. Biz geri qayıtdıq, rus komendantı xəstəyə baxdığım evdə stolun üstündəki ampulaları və xəstə uşağı gördükdən sonra mənə evə getməyimə razı oldu, ancaq sonra dedi ki, bir də komendant saatı vaxtında xəstələrə baxma. Bu an mənim gözlərim qarşısına Bakı faciəsi, yüzlərlə oğul - qızlarımızın bu vəhşilər tərəfindən qətlə yetirilməsi gəldi və ona belə dedim: - Yox, cənab komendant, sabah da, o birisi gün də, sizin komendant saatının vaxtında məni xəstəyə baxmağa çağırsalar, mən yenə də gedəcəm, xəstəyə də baxacam, ona görə ki, mənim canım siz rus və erməni hərbiçilərinin Bakıda öldürdüyü yüzlərlə oğul - qızlarımızından, o cümlədən o həkimlərdən artıq deyil. Əlbəttə, bu söz mənə baha başa gəldi və Əsgəranda 3 gün müddətinə kamerada saxlanmağıma və cəzalar almağıma səbəb oldu. Ancaq mən əqidəmdən dönən deyildim. 
       Xocalı soyqırımının bütün dəhşətlərinin canlı şahidi olan, öz doğma torpaqlarına, xalqına bu qədər bağlı olan, doğma torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan, xalqımızın o ağır günlərində: istər Xocalı faciəsinə qədərki dövrdə, istər soyqırım günlərində, hətta əsirlik günlərində, istərsə də Milli ordudakı xidməti dövründə tibbi xidmətin təşkil edilməsində və göstərilməsində xüsusi xidmətləri olmuş, yüzdən artıq yaralıya yerindəcə tibbi yardım göstərib, onları yenidən həyata qaytarmış Məmməd həkim bu gün də xocalıların dəyərli ağsaqqalı kimi daim el içində ictimai işlərdə iştirak edir, ümumrayon tədbirlərində onun fikirləri, tövsiyələri eşidilir. 
        Məmməd həkimin keçdiyi şərəfli həyat yolu, halal ruzisi ilə ailəsini dolandırması, torpağına, elinə bağlı Xocalı oğullarından biri  olması onun ürəyini daim qürurlandırır, nurlu çöhrəsini, qəlbinin mənəvi paklığını daha da artırır. 
Qalib BƏYMƏMMƏDOĞLU

Paylaşın:

ƏZİZ ŞUŞA, SƏN AZADSAN


14 yanvar 2021-ci ildə Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etdilər.
Səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava limanının təməli qoyuldu. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması strateji əhəmiyyətlidir. Artıq inşasına başlanılan hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi bu ilə planlaşdırılır. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Prezident qeyd etdi ki, böyük qayıdış başlayır, bütün işlərə start verilib. “Əminəm ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan necə qovduqsa-cəmi 44 gün ərzində, -biz tarixi dədə-baba torpaqlarımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
Şuşaya səfəri zamanı hərbiçilər qarşısında çıxış edən Ali Baş Komandan qeyd edib ki, Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşmən işğalından azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbiçiləri yol boyunca kəndləri,qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı azad edib”.
Şuşanın azad edilməsi həmdə müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər il Noyabrın 8-i Azərbaycan Respublikasında zəfər günü kimi təsis edilib.
Səfər zamanı diqqət çəkən məqamlardan biri də Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi, əvvəlki yerlərinə qoyulması oldu. Şuşa hər zaman tanınmış şəxsiyyətləri ilə seçilib. Bu Şuşanın tanrının sevimli şəhəri olması kimidə dəyərləndirilə bilər. Şuşa Azərbaycanın bir çox ziyalılarının, o cümlədən yazıçıların, şairlərin vətəni olub. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində digər ərazilərdə olduğu kimi Şuşada da tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı büstləri, Vaqifin məqbərəsi, şəhərdə yerləşən qədim məscidlər və s. mədəni, tarixi-dini tikililər var.
Prezident İlham Əliyev erməni vandalizmi tərəfindən dağıdılmış tarixi, mədəni abidələrimizin tezliklə bərpa olunacağını bildirdi.
Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar bir daha dəmir yumruqla üzləşəcəklər. Ermənistan ordusunun texnikası və canlı qüvvəsi tamamilə məhv olub. Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunması barədə danışırlar. Biz bu kimi çıxış və bəyanatları son 30 ildə dəfələrlə erməni siyasətçilər və hərbiçilər tərəfindən eşitmişik. Nəticə isə hər kəsə bəllidir. Faktiki olaraq suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və diasporu. Ona görə də yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında xüsusilə Azərbancanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni reallıq yaranmışdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! ”.
Ümumiyyətlə Prezidentimizin Şuşa səfəri hər birimizdə qürur hissi yaradır. Doğma Qarabağımıza qayıdışımız tez bir zamanda başlayacaq. İşğaldan azad edilən ərazilərimiz minalardan və partlamamış sursatlardan təmizləndikdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurduna qayıdacaqlar.
Əbədi qayıdışa görə Ali Baş Komandana öz minnətdarlığımı bildirirəm.
Kazım Məmmədov,
Xocalı rayon Əli Kərim adına Başkənd kənd
tam orta məktəbin Uşaq Birliyi rəhbəri
Paylaşın:

Moskva görüşü: Azərbaycanın növbəti uğuru


 

        Ermənistan dövləti, ümumdünya erməni diasporu və erməni kilsəsi ardıcıl strateji hədəflərinə əsasən havadarlarının birbaşa köməyi ilə 200 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının işğalı ilə məşqul idilər. Hətta iş o yerə çatmışdı kı, ermənilər İrəvanın, Göyçənin, Zəngəzurun və ən son Qarabağın işğalını yetər saymayaraq, bunlarla kifayətlənmək istəmir, 2018-ci ildən başlayaraq “yeni müharibə - yeni ərazilər” iddiasını irəli sürmüşdülər. Təbii ki, bütün bunlar beynəlxalq ictimaiyyətin Ermənistanı cəzalandırmaması, onu himayə etməsi nəticəsində baş verirdi.

        Lakin bu ilin sentyabrın 27-də başlayan hərbi əməliyyatlar ermənilərin və onun havadarlarının iddiasına həmişəlik zərbə vuraraq regionda yeni reallığın başlanğıcını qoydu. 10 (9) noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu.

       Bu Bəyanatın imzalanmasından 2 ay sonra yanvarın 11-də Moskvada üç ölkənin başçısının görüşü - 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi. Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi.

        Yanvarın 11-də bütün dünyanın, ələlxüsus Avrasiyanın gözü Moskva şəhərində idi. Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşma imzalanıb, bunu Prezident Putin görüşdən sonra keçirilmiş mətbuat konfransında bildirib. Bugünkü görüşü xüsusi önəmli və faydalı hesab edirəm, çünki regionda vəziyyətin inkişafı üçün danışa və birgə razılaşma imzalaya bildik", Vladimir Putin elan edib. Onun sözlərinə görə, tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılması üçün işçi qrup təşkil olunacaq və ona üç ölkənin hökumət rəhbərləri başçılıq edəcək.

        Prezident İlham Əliyev də görüşü "önəmli" hesab etdiyini deyib. "Bugün imzalanan bəyanat bizim niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat kommunikasiya xətlərinin blokdan çıxarılması idi. Bu o sahədir ki, regionun inkişafına dinamizm qata bilər və təhlükəsizliyi gücləndirə bilər, çünki nəqliyyat kommunikasiya xətlərinin açılması Azərbaycan, Ermənistan və Rusiya xalqlarının, bizim qonşularımızın maraqlarına cavab verir", o qeyd edib.

       Ölkə başçısı qonşu ölkələrin də nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyaları şəbəkələrinin yaradılmasına aktiv şəkildə qoşulacağını güman etdiyini deyib.

        Rusiya Prezidenti Dağlıq Qarabağda iqtisadiyyat, ticarət və nəqliyyat əlaqələrinin, eləcə də sərhədlərin açılması məsələləri ilə Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərliyi ilə xüsusi üçtərəfli komissiyanın məşğul olacağını bildirib.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.

Eyni zamanda 10 noyabr bəyanatının "uğurla" yerinə yetirildiyini deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışıb.

        "Bütün bunlar onu göstərir ki, Vladimir Vladimiroviçin bir dəfə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik."

        Bəli, əldə edilmiş razılıq və birgə Bəyanat, artıq Qarabağ münaqişəsinin arxada qaldığının bariz nümunəsidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur. Bu ilin martın 1-dək Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazir müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli

İşçi Qrup Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini təqdim edəcəklər.

Akif Rüstəmov,

Xocalı rayon sakini 


Paylaşın:

Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır

 


        Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına dair müşavirədən məruzə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Cənab Prezidentimizin çıxışlarından hamımıza məlumdur ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır və bugün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi idi və Biz, buna nail olduq. Prezident İlham Əliyev kadr islahatlarından da danışarkən bildirmişdir ki, сəmiyyətdə kadr islahatları müsbət qarşılanır. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. 2020-ci ilin iqtisadi yekunlarında bildirildiyi kimi Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb. Kənd təsərrüfatı, Neft Fondunun vəsaiti azalmayıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir. Bütün dünya ölkələrində olduğu kimi biz də COVID-19 virusu ilə mübarizədəyik. Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır. Görülən işlər, operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb, həkimlər səfərbər olunub,sosial paketlərlə koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardımlar göstərilir. Bununla yanaşı, Cənab Prezidentimizin göstərişi ilə ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək. Azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı – Kəlbəcər yoludur. İki beynəlxalq aeroport tikilməsi Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə böyük kömək göstərəcək. Azad olunmuş bütün şəhərlərdə abadlıq-quruculuq işləri aparılacaq, Zəfərimizi əks etdirən komplekslər tikiləcək, qədimi tarixi abidələrimiz yenidən bərpa ediləcəkdir.

Əminə Əliyeva,

Xocalı rayon ziyalısı

Ok

Paylaşın:

2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır

 


        Yanvar ayının 6-da Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirə Şanlı Zəfər tariximizin yekunlarına həsr olunmuş müşavirə kimi yadda qaldı. Müşavirədə Böyük Qələbə qazanmış ölkəmizdə 2021-ci ildə görüləcək işlər haqqında danışılıb. Prezident giriş nitqində bildirib ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq.

        Prezident İlham Əliyev ötən ildə korrupsiya və rüşvətxorluğa qarşı aparılmış mübarizə tərbirlərindən də söz açıb. Ölkə başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir.

        Prezident İlham Əliyev nitqində onu da vurğulayıb ki, koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq. 

        Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

        Ölkə başçısı azad olunmuş torpaqlarda ilkin infrastruktur layihələrinin icrasından danışıb. Məlumat verib ki, Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Prezident İlham Əliyevin sözlərinə görə, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Xarici investorlar azad olunmuş torpaqlara cəlb edilməlidir. Bu torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək.Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir.Beləliklə, həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır.Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Horadiz-Ağbənd(Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək.Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Biz bu məsələni Rusiya ilə müzakirə edirik.

        Ən mühüm məsələlərdən biri isə Vətən Müharibəsinin birinci qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. “Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır.” Doğrudan da belə bir qərarın qəbul edilməsi öz canlarını Vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün fəda edən müqəddəs şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qimətləndirilməlidir.

        İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.

Seymur İsgəndərov,

Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi