Birləşmiş Krallıqda yaşayan həmyerlilərimizlə onlayn videoformatda tədbir keçirilmişdir

      23.02.2021-ci il tarixdə London vaxtı ilə saat 17:00, Bakı vaxtı ilə 21:00-da Birləşmiş Krallıqda yaşayan həmyerlilərimizlə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı "26 Fevral Xocalı Soyqırımını Unutma" başlığı ilə videoformatda onlayn tədbir keçirilmişdir.

     Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Respublikasının Böyük Britanya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Hüquq elmləri doktoru Samir Vəliyev, Xocalı sakini Dürdanə Ağayeva, Publisist Kifayət Əhmədqızı, Moderator Shafiga Roberts, həmçinin Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak etmişlər.

     Tədbirdə çıxış edən Şahmar Usubov Xocalı həqiqətlərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. 29 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırım vəhşətini bəşər tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulamışdır. Rayonumuzun icra başçısı bildirmişdir ki, mənfur qonşularımızın məqsədi yalnız torpaqlarımızı işğal etmək deyil, həmçinin azərbaycanlılara qarşı genosid törətmək olmuşdur.




Yorum Gönder

Daha yeni Daha eski