Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Mədəni irsimiz-Mirasımız" adlı layihə həyata keçirilmişdir

 


        Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin nəticələrinə əsasən, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hümbətov Şahsuvar Əhməd oğlunun "Mədəni irsimiz-Mirasımız" adlı layihəsi fərdi kateqoriya üzrə qalib gəlmişdir. Mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin şagirdlərimiz tərəfindən öyrənilməsi məqsədilə həyata keçirilən layihədə Gəncə şəhər, Samux, Göygöl və Xocalı rayonlarından 30-a qədər şagird iştirak etmiş və maarifləndirilmişdir. 

        Qeyd edək ki, Şahsuvar Hümbətov 15 ildir pedaqoji fəaliyyətlə məşğuldur. O, bacarıqlı və yenilikçi gənc müəllim kimi şagirdlərə öz fənnini yüksək səviyyədə tədris edir. Dərsdənkənar vaxtlarda bir çox şagirdi təmənnasız ali məktəbə hazırlaşdırır.

        Şahsuvar Hümbətovu təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. 















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi