26 fevral tarixində Cənab Prezident ona verilən hər bir suala aydın və lokanik cavab verirdi. Mənim diqqətimi İranın “Mehr” xəbər agentliyindən jurnalist xanımın sualına verdiyi cavab cəlb etdi.
Sual Cənab Prezident Vətən müharibəsində terrorçu qrupların iştirak etdiyini deyirlər. Sizcə bölgədə terrorun qarşısını almaq üçün nə edilməlidir?
Prezident jurnalist xanımdan bu məlumatın haradan, hansı mənbədən aldığını soruşur. Xanım isə heç bir mənbə göstərmir. Cənab Prezident bildirir ki, siz bizi ittiham edirsiniz, bunu isə dost-qardaş dövlətdən gözləmək olmaz. Bu ittihamları ermənilər səsləndirə bilər. Bu isə ermənilərin öz çirkin əməllərini ört-basdır etmək üçündür. Siz xanımsınız və İrandan bura gəlmisiniz. Verdiyiniz sualların dəqiqliyinə əmin olmalısınız.
Cənab Prezident İlham Əliyevin mükəmməl cavabından sonra xanım sanki səhvini başa düşür, sözünü geri götürür. “Mən sizi deyil ermənilər tərəfindən vuruşan “İşid” terror qrupunu soruşurdum” deyir.
Mən isə bir Xocalı sakini kimi həmin xanıma məsləhət verərdim ki, bu sualı elə terrorçuların özünə və ya ermənilərə ünvanlasın.
Günəş ÇOBANOVA,
Xocalı rayon sakini