Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi

      
 
        1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım aktı törədilmişdir. Bu faciənin üstündən əsrlər keçsə də, xalqımızın qan yaddaşından erməni vəhşilikləri, günahsız soydaşlarımızın başına gətirilən müsibətlər heç bir zaman unudulmayacaqdır. 

         Xocalı soyqrımının 29-cu ildönümü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ağacəkmə aksiyası keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində 613 ağac əkildi.  Aksiyada rayonumuzun rəhbəri Şahmar Usubov, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak etdilər.













Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi