Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Milli birliyin, həmrəyliyin artması YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edir

        05 Mart 2021-ci ildə hakim Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirildi. Ən yadda qalan siyasi hadisəsi olan qurultayda diqqət çəkən məqamlardan biri bəzi partiyaların YAP-la birləşmək istəyi oldu. 

        Azərbaycanda fəalityyət göstərən 8 siyası partiyanın hakim Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Bunlar Azərbaycan Xalq Demokratik Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Kəndli Partiyası,Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyasıdır. Azərbaycanda ilk dəfədir ki, bu sayda siyasi partiya həmrəylik nümayiş etdirərək digər güclə  birləşir. Bundan əvvəlki dövrdə bu cür hadisə baş verməyib. Əksinə bir az güclü sayan siyasi partiyalarda parçalanmalarla yadda qalıb.

        Ümumilli lider Heydər Əliyevin yaratdığı hakim partiya tariximizin son dərəcə ağır və keçməkeşli günlərində ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaradılıb.

       Azərbaycan cəmiyyətində hakim partiya olan müsbət münasibət dəyişməz olaraq qalır. Partiyaya digər təşkilatların qoşulması isə siyasi həmrəyliyin, həmçinin YAP-ın barışıq nümunəsinə çevrilməsinin göstəricisidir.

        Vurğulayım ki, 44 günlük Vətən Müharibəsi dönəmində milli birlik modeli uğurla həyata keçirildi. Hakim partiyanın Baş toplantısı demokratik ənənələrin inkişafına yönəlmişdir.

Leyli Yusifova,

Xocalı şəhər sakini 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi