Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Müstəqil dövlətçiliyimizin qarantı sayılan Ümummilli Lider Heydər Əliyev

        1993-cü il oktyabrın üçündə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bundan sonra dövlət müstəqilliyimizi möhkəmləndirmək və inkişafı naminə çox böyük işlər həyata keçirildi. Əvvəlki iqtidarın ordu quruculuğu ilə demək olar ki, məğul olmaması nəticəsində hərbi hissələr siyasiləşmiş müxtəlif qüvvələrin təsiri altına düşmüşdür. Ölkədə olan ictimai-siyasi sabitliyi pozmaq, xalq iqtidar birliyinin qarşısını almaq, hakimimiyyətə silah-güc yolu ilə gəlməyə çalışan bəzi pozucu qüvvələr 1995-ci ilin Martında yenidən dövlət çevrilişi etməyə cəhd göstərdilər. Mart ayının 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakı da isə Rpvşən Cavadov prezidentin və Ali Sovet sədrinin istefası tələbi ilə  çıxış etdi. 8-ci kilometr qəsəbəsində məskən salan qiyamçılar iqtidarın silahları könüllü təhvil vermək tələbinə məhəl qoymayıb hökümət idarələrini və Prezident Sarayını ələ keçirmək üçün şəhər istiqamətində hücuma cəhd etdilər. Hökümət qüvvələrinin çevik əməliyyatları nəticəsində onların qarşısı alındı. Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev idi. Xalqımızın Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləməsi, inam və etimad göstərməsi işıqlı gələcəyin yalnız onunla mümkünlüyünün mövcudluğu öz növbəsində dövlət çevrilişinə yönələn cəhdin  qarşısının alınmasında mühüm rol oynadı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ali Baş Komandan İlham Əliyev komandanlığı altında aparılan 44 günlük əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin edildi. Artıq dünyada yeni bir reallıq yarandı. Ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail oldu. Xalqın inam və etimadını doğrultdu.

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi