Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Müzəffər Ali Baş Komandan bayrağımızı Qarabağın qəlbi Şuşada ucaltdı

        Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan və Qubadlıdan sonra, Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti səfərini Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərinə etdi. Bu həm də Cənab Prezidentimizin regionlara ilk səfəri idi. Şuşanın azad edilməsi böyük hərbi-siyasi hadisə idi, ilk daxili səfərin Şuşaya edilməsi özlüyündə rəmzi əhəmiyyət daşıyırdı. Prezidentin bu səfərinin yanvarın 14-də gerçəkləşməsininin ayrı rəmzi mənasıda var. Düz 39 il əvvəl 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş, və həmin tədbirdə İlham Əliyevdə iştirak etmişdir. İlham Əliyev son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidenti kimi tarixə düşmüşdür. Cənab Preziden Şuşaya bu dəfə qalib sərkərdə kimi gəlmişdir. İlham Əliyevin dediyi kimi: Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib!
Prezident Şuşada hərbiçilər qarşısında çıxış edərkən, o vaxt ki, AXC, Müsavat Cütlüyünün xəyanəti nəticəsində Şuşanın və Qarabağımızın işğal olunduğunu bildirmişdir. Ermənilər 1992-ci ilin mayında Şuşanı işğal edəndən sonra, dırnaqarası əməliyyatı "dağlarda toy" adı qoyaraq təbliğ edirdilər. Lakin ötən il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu işğalçının cavabını verdi. Cənab Prezidentin dediyi kimi: Onlara elə bir toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar. Ali Baş Komandan Şuşaya gələrək, Azərbaycan bayrağını Qarabağın qəlbində ucaltdı. Bundan sonra qarşıda duran əsas vəzifə Şuşanın və digər işğaldan azad olunmuş ərazilərimizin tez bir zamanda müasir standartlara uyğun şəkildə bərpa olunmasıdır. Prezidentimizin diqqəti və qayğısı sayəsində tezliklə Qarabağımız yenidən dirçəlib, əvvəlki şöhrətini bərpa edəcəkdir. Biz Azərbaycan Xalqı olaraq bütün qəlbimiz və ruhumuzla buna inanırıq.
   Anar Əbdülov,
​ ​ ​ Xocalı Şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi