XOCALI FACİƏSİ GƏLƏCƏK NƏSİLLƏRƏ QALMADI...

        

          Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Mətbuat konfransında 43 ölkənin jurnalistləri iştirak etdi. Konfransda 50-yə yaxın müxtəlif səpkidə Cənab Prezidentə suallar verildi. Azərbaycan vətəndaşı olaraq Cənab Prezidentin keçirdiyi mətbuat konfransını böyük maraqla izlədim. Media jurnalistlərinin verdiyi suallara Cənab Prezident çox əhatəli, məzmunlu cavab verdi. Dörd dildə 4 saat danışaraq səlist fikirləri çatdırmaq insanı heyrətə gətirdi. Verilən sualların hər biri məzmunlu və maraqlı idi. Ancaq verilən suallar içərisində "Xocalı soyqırımı" xüsusi vurğulandı. Cənab Prezident konfransın açılışını "Xocalı soyqırımı" ilə başlayaraq Xocalı faciəsi haqqında dolğun məlumat verdi. Məhz ilk sualda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Rüfət Mirzəyev bildirdi ki, Cənab Prezident siz artıq söylədiniz ki, ötən 29 il ərzində bir çox ölkə parlamentləri və bir çox ölkədə soyqırım kimi qəbul olunub. Hal-hazırda  beynəlxalq ictimaiyyət tərəfindən onların münasibətini necə qiymətləndirmək olar?

        Cənab Prezident suala cavab olaraq bildirdi ki, bu qanlı hadisəyə bir sıra ölkələr öz münasibətini bildirmişlər. Bu istiqamətdə işlər davam etdiriləcək. Soyqırım törədiləndə Azərbaycan informasiya blokadasında idi. Ona görə bir çoxları üçün bu məsələ aydın deyildi. Bildirmək lazımdır ki, Azərbaycanın o dönəmdə beynəlxalq aləmdə imkanları da yox idi. Bunun müqabilində erməni lobbisi müharibə ilə bağlı yalan məlumatlar ötürürdü. Ermənistan dövləti bu qanlı cinayəti Azərbaycan xalqının üzərinə atmaq istədilər,sanki Azərbaycan özü soyqırımı törətmişdi. Bu faciənin təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni,Tərtəri, Ağdamı bombalayanda Ermənistan rəhbəri deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballestik raketlərlə açılan atəş dinc insanların ölümünə səbəb oldu. İllər keçdikcə Xocalı soyqırımı haqqında dünya ölkələri əsl həqiqəti görəcək. Ermənistan dövlətini iqtisadi cəhətdən sarsıtmaq, zəiflətmək mənim siyasətim idi. Mən həmişə qeyd edirdim ki, bu siyasəti torpaqlarımız işğaldan azad olana kimi aparacam. Cənab Prezident onu da bildirdi ki, biz "Xocalı faciəsi"nin qisasını İkinci Qarabağ müharibəsində, döyüş meydanında artıqlamasıyla aldıq. Xocalı qisası gələcək nəsillərə qalmadı. İgid oğullarımızın canı-qanı bahasına, əsgərlərimizin rəşadəti, xalqımızın birliyi və dövlət başçımızın zəka və qətiyyəti sahəsində Qarabağımız işğaldan azad olundu. Axır ki öz doğma yurdumuza  qovuşacağıq, əl-ələ verib Qarabağı insanların firavan yaşayacağı gözəl bir məkana çevirəcəyik.

       Yaşasın Azərbaycan prezidenti cənab İlham Əliyev!

       Yaşasın Azərbaycanın igid, qəhrəman əsgərləri!

       QARABAĞ AZƏRBAYCANDIR!

Tamilla Quliyeva,

Xocalı  rayon  ziyalısı 

Yorum Gönder

Daha yeni Daha eski