Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təyziq və təpkisi dünyada insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək

         Aprelin 26 -da​ Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial komissiyasının 77-ci sessiyasındakı çıxışında ilk öncə dünyada yayılmış Covid-19​ ​ pandemiyasının dünya ölkələri üçün yaratdığı təhlükə və zərərlərini vurğulayaraq​, koronavirusun təkcə insan sağlamlığına deyil, o cümlədən də dünya iqtisadiyyatına güclü təsiri haqqında öz fikirlərini nəzərə çatdırmışdır. Cənab prezident qeyd etmişdir ki, Covid -19 pandemiyası Azərbaycanda da bir sıra çətinliklər meydana çıxartmışdır. Azərbaycan höküməti ilk günlərdən pandemiya ilə mübarizədə böyük işlər həyata keçirmişdir, zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirini nəzərə alaqraq özəl sektorlara maliyyə dəstəyinin ayrılmış və sosial -iqtisadi paket hazırlanmışdır.​

Həmçinin, Prezident İlham Əliyev yanvar aylndan etibarən Azərbaycanda vaksinasiya işlərinə başlandığını, əhalinin 14%-nin vaksin olunduğunu​ ​ qeyd etmişdir.​

Öz çıxışında Azərbaycan hökumətinin Qoşulmama Hərəkatının 2020-ci zirvə toplantısında sədrlik etdiyini və koronavirusla bağlı görülən tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. “Vaksin millətçiliyinin “dünyada ədalətsiz bölgüsündən narahat olduğunu söyləyərək, zəngin dövlətlərin vaksin sifariş edərək öz ölkələrində təhlükəsizliyi təmin edə bildiklərini vurğulamışdır. Digər dövlətlərin isə bu vaksinlərin əldə olunmaslnda qarşılaşdığı çətinliklərdən​ ​ və bu çətinliklərin aradan qaldırılması istiqamətində aparılan mübarizədə​ ​ köməyini əsirgəməyəcəyini bildirmişdir. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkıyə humanitar yardım etdiyini də nəzərə çatdırmışdır.​

Cənab Prezident Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20% torpaqlarımızın işğal olunması, dinc əhalinin doğma yurd-yuvalarından qovulması, Xocalı faciəsinin törədilməsini və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunmuşdur. Lakin Ermənistan bu qətnamələri qəbul etməmiş və onun icra olunmasında heç bir addım atmamışdır. BMT tərəfindən qəbul edilən şərtlər əsasında digər qərarların bir neçə gün ərzində qəbul olunması lakin Azərbaycana gəldikdə 27 il icra olunmamasını diqqətə çəkmişdir. Daha sonra ölkə prezidenti ikinci Qarabağ savaşından söhbət açaraq sentyabrın 27 də Ermənistan ordusunun Azərbaycan ərazisində atəşkəs rejimini pozaraq dinc əhaliyə qarşı silahlı hücuma keçərək qətlə yetirmişdir. Azərbaycan tərəfi isə buna cavab olaraq 29 il Ermənistanın işğalında olan torpaqlarını geri alınmasında hərbi əməliyyatlara başladı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan 44 günlük müharibə ərzində işğalda olan torpaqlarını azad etməyə nail oldu.​

Azərbaycan regionda və dünyada sülhün bərqərar olunmasında həyata keçirtdiyi tədbirlər həm bölgənin həm də ümumilikdə dünyada insanların rifahının yaxşılaşdırılmasına yeni nəqliyyat dəhlizlərinin yaradılmasına, bununla da qarşıya çıxacaq problemlərin həllinə xidmət etməkdədir. Ümumiyyətlə Azərbaycanın dünyada nüfuzunun qalxması ona olan, inamın artması, bütün ölkələrlə, istər dost, istərsə də digərləri ilə düzgün və ədalətli siyasət yürütməsidir. Elə məhz buna görə də Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların əsas sessiya və toplantılarının keçirildiyi məkana çevrilib. Bunu​ ​ da qeyd etmək lazımdır ki, Ermənistanın həm də siyasi iflası Azərbaycanın nüfuzunun qarşısında duruş gətirə bilməməsilə bağlıdır. Gələcəkdə beynəlxalq tranzit yol statusu qazanacaq Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın təyziq və təpkisi də dünyada insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Nəzakət Hüseynova,

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi

Paylaşın:

Prezident İlham Əliyev BMT-nin sessiyasında Azərbaycanın vaksinlərin ədalətli bölgüsü istiqamətində mübarizəsini davam etdirəcəyini diqqətə çatdırıb


Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
Cənab Prezidentimiz bu sessiyada da qlobal problemlərin həllinə öz töhfəsini verən dövlətin başçısı kimi çıxış edərək dünyanı bürüyən koronavirus pandemiyası haqqında danışıb. Ölkə başçısı bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.
“Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.
Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir.
Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Dövlətimizin başçısı torpaqlarımızın azadlığı uğrunda xalqımızın verdiyi haqq savaşımızdan da məlumat verdi. Qeyd etdi ki, Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin işğalçı dövlət tərəfindən ica edilmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.
Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.
Münaqişənin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Cənab Prezident çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən də bəhs edib. Belə ki, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Raqif Həsənov,
Xocalı rayon ziyalısı

Paylaşın:

ABŞ prezidenti C.Baydenin​ “soyqırımı” ifadəsi işlətməsi Türk Dünyasına qarşı yönələn ən böyük xəyanətdir

          Tarixə nəzər salsaq görərik ki, I Dünya Müharibəsi ərəfəsində Rusiya yenidən “Erməni məsələsini” irəli sürmüşdür. Bütün ermənilərin katalikosu​ 1912-ci ilin payızında II Nikolaya müraciət edərək Osmanlı imperiyasında yaşayan erməniləri “müdafiə etməyi xahiş etmişdir”. Rusiya höküməti Osmanlı imperiyasında yaşayan ermənilərdən bir alət kimi istifadə etmək üçün onları müdafiə edəcəyinə söz vermişdir. Ermənilər Osmanlı imperiyasının və Azərbaycanın torpaqlarına yiyələnmək məqsədilə müharibənin onlar üçün əlverişli məqam olduğunu düşündülər və vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət etdilər. Ermənilər ruslarla ittifaqa girərək dinc əhaliyə qarşı qanlı divan tutdular. Erməni cəlladları qocaları, hamilə qadınları, körpələri misli görülməmiş amansızlıqla qətlə yetirdilər. Ona görə də, Osmanlı höküməti erməniləri müəyyən hissəsini Suriya və Livana köçürmək haqqında qərar verdi. İndiyədək 24 aprel tarixini ermənilər guya türklər tərəfindən soyqırımına məruz qaldıqlarını bütün dünya ölkələrinə bəyan etmişdilər. ABŞ-ın prezidenti C.Baydenin erməni lobbiçilərinin təsiri altında soyqırımı ifadəsi işlətməsi böyük tarixi yalnışlıqdır. Çünki bunun heç bir tarixi və hüquqi əsası yoxdur. I Dünya Müharibəsi ərəfəsində Türkiyə ərazisində heç bir soyqrımı həyata keçirilməmişdir. Türkiyənin regionda artan nüfuzu, 44 günlük aparılan Vətən Müharibəsində Azərbaycana mənəvi dəstək olması və aparılan hərbi əməliyyat nəticəsində Azərbaycan öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etməsi bəzi dairələri, o cümlədən Amerikanı ciddi narahat etməyə başlamışdır. Əslində soyqırımına həmişə türklər məruz qalmışdır. 30 il ərzində erməni işğalçıları Azərbaycana qarşı genosid siyasət həyata keçirərək torpaqlarımızı işğal etməklə yanaşı, təbiətimizi viran qoyaraq maddi mədəniyyət abidələrimizi də məhv etmişdilər. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqrımını törətmişdilər. Əslində ABŞ prezidenti Baydenin belə bir ifadə işlətməsi ABŞ-Türkiyə əməkdaşlığına vurulan ən böyük zərbədir. Ölkə prezidenti Cənab İlham Əliyev də C.Baydenin soyqırımı ifadəsini işlətməsini şərh edərək bunun böyük tarixi səhv olduğunu​ dilə gətirərək, qardaş Türkiyənin haqq işində həmişə onun yanında olacağını bəyan etmişdir.

​Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Türkiyəyə qarşı haqsızlıqda Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirdilər

         Mənfur ermənilər bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışdırlar. I Dünya Müharibəsi ərəfəsində ermənilərə qarşı  heç bir soyqırım həyata keçirilmədiyi halda Türkiyə dövlətinə qarşı öz məkrli siyasətlərini sübut etməyə çalışmışdılar. Tarixi faktlar araşdırılsa, əksinə həmişə türklərin soyqırıma məruz qaldıqları açıq-aydın görünəcək. Ermənilər tarixi faktları saxtalaşdıraraq “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olmuşdular. Həmişə ermənilər türklərə qarşı genosid siyasət həyata keçirmişdilər. Onların fikri Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi və onlara təzminat ödənilməsi idi. Ermənilərin saxtakarlıqları tarix boyu  təkcə Türkiyəyə qarşı deyil eləcə də, Azərbaycana qarşı da yönəlmişdi. Ermənilər 1918-ci il  mart ayında 12 mindən çox türk-müsəlman əhalisini öldürmüş, 1992-ci ilin fevralında isə XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını törətmişdilər.

        Təəssüf ki, ermənilərin bu qədər soyqırım törətməsinə baxmayaraq ABŞ Prezidenti erməni lobbilərinin təsiri altına düşərək aprel ayının 24-də “erməni soyqırımı” ifadəsini işlətmişdir.

        Belə bir  vəziyyətdə sözsüz ki, Azərbaycan dövləti qardaş Türkiyəyə qarşı biganə qala bilməzdi. Azərbaycanın bütün siyasi partiyaları birlik nümayiş etdirərək hər zaman Türkiyə dövlətinin yanında olduqlarını bildirdilər. Mənfi xislətli ABŞ prezidentinin qondarma “erməni soyqırımı” mövqeyini qətiyyətlə pislədilər. Siyasi partiyaların birliyi  bir daha Türkiyə -Azərbaycan qardaşlığının yenilməz olduğunu sübut etdi.

 Vəsilə Quliyeva,

                                                                                        Xocalı rayonundan məcburi köçkün 

Paylaşın:

ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırım”nı tanımasına qarşı Azərbaycanın 48 partiyasının etirazı

             ABŞ Prezidentinin 2021-ci il aprel ayındakı çıxışlarının birində qondarma “erməni soyqırımı”nı tanıyacağını qeyd edib. Bu isə haqlı olaraq həm Türkiyənin, eləcə də Azərbaycanın siyasi qurumlarının və partiyalarının etirazına səbəb olmuşdur. Məlumdur ki, Birinci Dünya müharibəsi illərində yaranmış döyüş şəraiti, aclıq və xəstəlikdən çox sayda erməni həlak olmuşdur. Bu hadisəni məqsədyönlü şəkildə unutduran erməni lobbisi sonradan bu hadisənin səbəbkarı kimi türkləri günahlandırmağa çalışmışdır. İllərdir bu hadisəni qondarma “erməni soyqırımı” kimi dünyaya tanıtdırmağa çalışan erməni cəlladları və şərəfsizləri çox təəssüflər olsun ki, Amerika kimi dövlətdə belə özlərinə tay olan və dəstək verən kimsələri tapa bilirlər. Amerika Prezidentinin  heç bir sübutu və əsası olmayan “erməni soyqırımı”nı tanıması və onu dünya qarşısında dilə gətirməsi ədalətsizlikdən və riyakarlıqdan başqa bir şey deyildir. Əgər real tarixi hadisələrə nəzər salsaq o zaman Co Bayden kimi ədalət tərəzisini pozmağa çalışan dövlət başçıları və siyasətçilər görərlər ki, ermənilərin biz türk dünyasına qarşı törətdikləri terror hadisələrinin və soyqırımlarının sayı-hesabı yoxdur. Buna misal olaraq Avropa dövlətlərində türk diplomatlarının qətlə yetirilməsi, o cümlədən, 1918-ci il Mart soyqırımı, 1992-ci il Xocalı soqırımı və yüzlərlə, minlərlə erməni vəhşiliklərini əks etdirən tarixi hadisələr zamanı on minlərlə azəri türklərinin qətlə yetirilməsi bunu bir daha sübut edir. Əlbəttə ki, hansı tarixi dövrü vərəqləsək, ermənilərin insanlığa sığmayan bu kimi  soyqırım hadisələrini görəcəyik. Yerlərin, göylərin və tarixin şahid olduğu bütün bu hadisələr isə ermənilərin necə bir terror dövləti olduğunu bir daha sübut edir. Həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin, siyasi partiya və qurumlarının Co Baydenin etdiyi ədalətsiz çıxışa etirazları əlbəttə ki, haqq işidir. Tarixi saxtalaşdıran, ikiüzlü siyasət yeridən, amma dünyaya özünü “ədalət mücəssiməsi”, “haqqın qoruyucusu” kimi göstərən dövlətlərə və “dövlət başçılarına” hər birimiz yerini və ədaləti mütləq göstərməliyik ! İnanırıq ki, həmişə olduğu kimi haqq, dürüstlük və tarixi reallıq qalib gələcək və erməni saxtakarlığı, riyakarlığı və ermənipərəst siyasətçilər ifşa olunacaq və öz layiqli tarixi cəzalarını alacaqlar!

  Elsevər Hümbətov,

Xocalı rayonundan məcburi köçkün


Paylaşın:

Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil

          Amerika Birləşmiş Ştatlarında dövlətə və dövlətin siyasətinə erməni lobbilərinin təsiri nəhayət özünü tam qabarıq şəkildə göstərdi.  Hər dəfə Amerikada prezident seçkiləri öncəsi  namizədlər prezident seçiləcəyi təqdirdə  qondarma erməni soyqırımını dilinə gətirəcəyini vədd edərək lobbilərin səsini və dəstəyini qazanmaq üçün bundan siyasi məqsəd üçün istifadə etmişlər. Lakin Cozef Baydenə qədər heç kəs soyqırım ifadəsini dilinə gətirməmişdir, bu yalana ortaq olmaq istəməmişdir. Baydenin ifadəsinin Tükriyəyə heç bir xələl gətirməyəcəyinə əminəm , ancaq Amerikanın , özünü dünyaya demokratik, ədalət carçısı kimi tanıdan dövlətin daxildəki təzyiqlərini və demokratik fikirdən kənar olduğunu, tarixi həqiqətləri yalanla ört bast etdiyini aydın şəkildə göstərdiyini görürük.

    24 aprel tarixində Baydenin  erməni soyqırımı kəlməsini işlətməsi həm verdiyi vədi yerinə yetirmək, həm də bir növü Türkiyəyə təzyiq kimi qiymətləndirilə bilər.  Ancaq Amerika Prezidenti deyəsən türkün məşhur deyimini unudub: Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Ermənilər də anlamalıdır ki, yalan iftiralar ancaq onların əleyhinə ola bilər. Baydenin "soyqırım" məsələsinə xüsusi önəm verməsindən irəli gələrək ermənilərin Şərqi Anadoluda və Qafqazda törətdikləri genosidlərə də münasibət bildirsəydi onda bu, demokratik dəyərlərə bir nümunə olardı.

    Qondarma erməni soyqırımı Birinci dünya müharibəsi ərəfəsində  Anadoluda yaşayan ermənilərin məhv edildiyi irəli sürülən yalançı iddiadır.  Türkiyə Cümhuriyyəti bu məsələni erməni - türk qarşıdurması kimi dəyərləndirir. Bir neçə  dövlət bu hadisəni tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul ediblər. Tarixi həqiqətləri araşdırdıqda isə başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı.  Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir . Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran canilər, qaniçənlər idi. Köç karvanı Anadoluda yaşayan erməniləri  Osmanlı Dövlətinin başqa ərazilərinə köçürməyi nəzərdə tutmuşdu.

    Göründüyü kimi Amerika prezidenti  ya tarixi bilmir , ya da qəsdən tarixi saxtalaşdırmaq istəyir. Əgər həqiqətlər Amerika üçün maraqlı olsa idi , Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ gəlin arxivlərimizi açaq və həqiqətləri araşdırmaq üçün dünya tarixçilərinə müraciət edək”  təklifini qəbul edərdi. Ancaq nədənsə nə Amerika , nə də qondarma erməni soyqırımını tanıyan bəzi dövlətlər  Ərdoğanın bu sözünə cavabsız qalırlar. Görünür yalanlarının üstü açılacağını yaxşı bilirlər. Özünü dünya lideri sayan, haqq ədalət carçısı kimi qələmə verən Amerika nəyə görə tarixi araşdırmaq yerinə yalan fikirlər söyləməyi üstün tutdu? Həmin dövrdə türklərin ermənilər tərəfindən qətlini bilə - bilə , üstəgəl erməni soyqırımı ifadəsini seçdi. Əgər ədalət axtarırsansa bəs 1918-ci ildə qətl edilən azərbaycanlılar?  Çox uzağa getməyək, 1992-ci il Xocalı soyqırımını nəyə görə dilinə gətirmirlər?  Qocaları, qadınları, körpələri qətl edən məhz ermənilər deyilmi?  Bunlardamı araşdırıla bilməyəcək hadisədir? Qarabağda törətdiyi cinayətlər, dağıntılar, daş üstə-daş qoymamaları aşkar vəhşiliyin nümünələridir.  Ancaq saxta  tarixə əsaslanan  Baydendən bunları dilinə gətirməsini gözləmək yersizdir. Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil.

Bəxtiyar Əhmədov, 

Xocalı rayon Yaloba kənd tam orta məktəbin ingilis dili müəllimi 

 

Paylaşın:

Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı...

        Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davamedən Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək, dəmir yumruqla erməni işğalçılarının başını əzərək, düşməni diz çökdürən hərbi qulluqçularımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.

        Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də gizir Abdullayev Sərxan Elxan oğludur.

        Gizir Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində hərbçi ailəsində anadan olub. Elxan Abdullayevin və Surayə ananın böyüdüb tərbiyə etdiyi üç oğul övladından (Sərxan, Elman və Murtuzəli) biri, həmçinin, ailənin ilki idi Sərxan... 

        Orta təhsilini Qazax şəhərindəki Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə alıb. Müddətli həqiqi hərbi xidmətini 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayınadək Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib. Qısa fasilədən sonra, yəni 2008-ci ilin noyabr ayından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. Hərbçi kimi atasının yolunu davam etdirmək arzusunda olan silahdaşımız xidmət etdiyi dövrdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan 6 aylıq “Gizir hazırlığı kursu”nu bitirməyə müvəffəq olub. “Gizir” hərbi rütbəsində yenidən qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsində xidmətini davam etdirən S.Abdullayev 2013-cü ilin fevral ayından etibarən xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Bununla yanaşı, Sərxan əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.  

        Sərxan Abdullayev 2014-cü ilin sentyabr ayından dekabr ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında “Gizir komando təməl kursu”nu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. 

        Nümunəvi yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin, xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və qüsursuz xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.  

        Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Qartal” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş mayor Sahib İbrahimov (Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də böyük qürur hissi ilə qeyd edir: “Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dəstəmizin 5 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də öz igidliyi və vətənpərvərliyi, eləcə də Vətən müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını hərb tariximizə qızıl hərflərlə yazan yarımqrup komandiri gizir Sərxan Abdullayevdir. 


 
        Bir komandir kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, ən bacarıqlı yarımqrup komandirlərindən biri olub Sərxan. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirib. Daxili Qoşunlar üzrə xüsusi təyinatlılar arasında keçirilən yarışlarda dəfələrlə dəstəmizi birinci yerə çıxarıb. Olduqca vətənpərvər, cəsur yarımqrup komandiri kimi şəxsi heyət üçün də hər zaman nümunə olub. Tabeliyindəki hərbi qulluqçulara qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Hər zaman şəxsi heyətin yanında olub. Elə döyüşdə də onları tək qoymadı.  

        İndiki kimi yadımdadır, sentyabrın 27-dən 28-ə keçən gecə, döyüşöncəsi Camışdağ silsiləsindən Ömər yüksəkliyi istiqamətinə keçid vaxtı 39 dərəcə hərarətinin olması ilə əlaqədar bizim təkidimizə baxmayaraq, Sərxan qəti şəkildə şəxsi heyətlə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini bildirdi və hərəkətə başladı. Bu vaxt mən onu yanıma çağırıb: “Sənin qızdırman var, xəstəsən, hərarətin yüksəkdir. Burda bizi gözlə, hələlik irəliyə getmə” – dedim. Sərxan narazı halda: “Cənab mayor, dəstəmiz döyüşə gedir. Siz mənim yerimdə olsaydınız getməzdiniz?” – deyə sual verdi. Mən cavabımda: “Əlbəttə, mən getməliyəm” dedim. O da qəti şəkildə: “Mən də getməliyəm. Mən də komandirəm. Mənim də şəxsi heyətim var” - deyə fikrini bitirdi və birinci qrupla birgə hərəkətini davam etdirdi. Bu vaxt hər birimiz onun necə vətənpərvər döyüşçü olduğunun bir daha şahidi olduq...”.         

        28 sentyabr 2020-ci il... Kəlbəcər istiqamətində gedən döyüş Sərxanın son döyüşü oldu. Gizir Sərxan Abdullayevlə eyni qrupun tərkibində bu hərbi əməliyyatlarda yaxından iştirak etmiş “Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi qulluqçuları - baş çavuşlar Əlvan Hüseynov, Samir Yusibov, Rasim Tahirov və çavuş Şıxəli Məmmədovun qeyd etdikləri kimi, tabeliyində olan şəxsi heyətlə birgə döyüşə qatılan igid komandir ermənilərin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil edib. Lakin döyüşün gedişində yaxınlıqlarında düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində aldıqları çoxsaylı qəlpə yarasından gizir Sərxan Abdullayev və onunla birgə vuruşan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hakim Baxışov qəhrəmancasına şəhid olublar. 

        Gizir Sərxan Abdullayev 2020-ci il sentyabrın 28-də Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Orxan və Turan adlı iki oğul əmanəti yadigar qalıb.  

        Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Abdullayev Sərxan Elxan oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

        Qazaxlı şair Cavanşir Rüstəmin qələmə aldığı və şəhid silahdaşımızın qəhrəmanlığını tərənnüm edən şeirin iki bəndini sizlərə təqdim edirəm: 

Vətənin qoynunda göz açan insan,

Hər zaman borcludur Vətənə bir can.

Sən də tarix yazdın qanınla, Sərxan!

Ucaldın şəhidlik zirvəsinə sən,

Səninlə fəxr edir bu Ana Vətən!


Olsa da yağılar hər sağın-solun,

Qəhrəmanı olmusan sən Murovdağın.

Başını dik tutsun qoy övladların,

Ucaldın şəhidlik zirvəsinə sən,

Səninlə fəxr edir bu Ana Vətən!

          Bundan əlavə, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılın 2021-ci ildə işıq üzü görən “Qanları ilə dastan yazanlar” adlı kitabında yer alan “Biz qisası övladlarımıza qoymamalıyıq” başlıqlı məqaləsində şəhid Sərxan Abdullayevin həyat və döyüş yolu geniş işıqlandırılıb.

         Şəhid gizirimizin atası Elxan Abdullayev Birinci Qarabağ müharibəsi veteranı, eyni zamanda ehtiyatda olan gizirdir. Telefon vasitəsilə əlaqə saxlayıb, vətənpərvər ruhda böyüdüb tərbiyə etdiyi qəhrəman övladı barədə xatirələrini qələmə almaq istədiyimi biləndə, bir ata kimi övladları ilə hər zaman qürur duyduğunu dedi: “Sərxan hərbi formanı səliqəli şəkildə elə geyinərdi ki, üzərində bir dənə də ləkə və qırışıq olmazdı. Hərbi formanı daşımaq onun üçün sanki toy-bayram idi. O dərəcədə hərbçi peşəsini sevərdi. Axı başqa cür də ola bilməzdi. Çünki gözünü açıb hərbi formanı görmüşdü. Hərbçi peşəsinə bağlılıq onda uşaq yaşlarından yaranmışdı.

        Hələ kiçik yaşlarında olanda onu tez-tez özümlə hərbi hissəyə aparırdım. Qərargahda döyüş bayrağının yanında silahla dayanan əsgərə, şəxsi heyətə, silah və texnikalara elə diqqətlə baxardı ki...”.

         Bu arada qəhərdən bir az söhbətə ara verən Elxan dayı tez də özünü toparlayaraq, Sərxanla bağlı xatirələrini yenidən dilə gətirir: “Olduqca vətənpərvər oğul idi. 

        Özünə yeni mobil telefon almışdı. Telefonunda ermənilərin Cıdır düzündə qol açıb rəqs etmələrinin videosunu izləməsi ona çox pis təsir etmişdi. Düşmənin bu mənfur hərəkətinə necə əsəbləşmişdisə, təzə aldığı telefonu divara çırpıb qırıq-qırıq etmişdi.

        Nə deyim? Bir ata kimi övlad itkisi mənim üçün nə qədər ağır olsa da, şəhid atası adını daşımaq bir o qədər qürurvericidir. Digər oğlum Elman da Vətən müharibəsi iştirakçısıdır. Övladlarımın vətənpərvərliyi ilə fəxr edirəm”. 

        Onu da qeyd edim ki, Sərxanın qardaşı Elman da hərbçidir. “Kapitan” hərbi rütbəsində olan Sərxan Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi 44 gün davam edən Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni,  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan əlavə, şəhidimizin bibisi oğlu, Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən əsgər Arif Tağıyev də Vətən müharibəsi qazisidir. 

        Sonda Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının birində şəhidlər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək istəyirəm: “Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır”. 

        Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sərxan kimi oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

        Allah rəhmət eləsin!

mayor Anar Əhmədov,

DİN-in Daxili Qoşunlarının

 “Əsgər” qəzetinin redaktoru


Paylaşın:

“TORPAQLARIMIZI İŞĞALDAN AZAD EDƏNLƏRİN SIRASINDA OLMAQ QÜRURLUDUR”

Vətən müharibəsi zamanı məcburi köçkün ailələrindən olan, doğulduqları torpaqların həsrəti ilə yaşayan hərbi qulluqçular da döyüş əməliyyatlarında fəal iştirak etmiş və üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər. Füzuli rayonundan məcburi köçkün gizir Şiraz Həsənov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərib. Birinci Qarabağ müharibəsi zamanı ailəsini doğma torpaqdan didərgin salan düşməndən intiqamın alınacağı günü Şiraz səbrsizliklə gözləyib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Elburus Həsənov, dayısı İsmayıl Həsənovun döyüş yolunu Şiraz şərəflə və ləyaqətlə davam etdirib.

1983-cü il aprelin 26-da Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olan hərbi qulluqçumuzun xidmət yolu zəngin və çoxşaxəlidir. O, 2001-ci ilin oktyabr ayından 2003-cü ilin aprel ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 5 ilə yaxın daxili işlər orqanlarında polis serjantı kimi xidmət edib. Daxili Qoşunlarda hərbi xidmətə 2008-ci ilin aprel ayından Bakıda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində başlayıb. 2012-ci ilin avqust ayında müqaviləsinin vaxtı bitən qazimiz bir il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mühafizəçi vəzifəsində işləyib.

Xüsusi təyinatlıların sıralarında xidmət etmək onun uşaqlıq arzusu olduğuna görə yenidən, 2013-cü ilin noyabr ayında qoşunların Bakıdakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində yarımqrup komandiri vəzifəsində xidmətə qəbul olunub. 2016-cı ilin noyabr ayında isə Daxili Qoşunların hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində eyni vəzifəyə keçirilib.

Vətən müharibəsinədək olan dövrdə gizirimiz 3-cü və 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif olunub.

Bir çox tədris kursunda təhsil alan qazimiz vaxt keçdikcə peşəkarlıq baxımından daha da püxtələşib. “N” saylı hərbi hissədə “Yarasa” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Anar Rizvanov dəstədə yarımqrup komandiri kimi xidmət etmiş gizir Ş.Həsənovun qardaş Türkiyə Respublikasında keçdiyi kurslarda qazandığı təcrübə, habelə yiyələndiyi biliklərdən müharibədə məharətlə bəhrələndiyini, düşmənə qarşı cəsurcasına vuruşduğunu, ümumilikdə, onun öz hərbçi bacarığı, müsbət şəxsi keyfiyyətlərinə görə silahdaşları arasında hörmət qazandığını vurğuladı.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində qazimizin anadan olduğu Füzuli rayonunun Qaraxanbəyli kəndinin azad edilməsi döyüşlərə qatılan gizirimizdə ruh yüksəkliyi yaradıb. Döyüş yolunun sonu qələbə ilə yekunlaşsa da, həmin yolun çətinliklərini, ağrı-acılarını o heç vaxt unutmayacaq. Əvvəlcə Cəbrayıl, Füzuli rayonlarında mövqelərimizin müdafiəsi və ermənilərin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə tapşırıqları yerinə yetirən qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət alıb.

Döyüşçülərimiz Şuşaya meşə və dağlıq ərazidən keçərək həmlə etmişlər. Onlar Hadrutdan Şuşa istiqamətində hərəkət edərkən meşədə düşmənin minaatanlardan atəşinə məruz qalıblar. Burada bir neçə nəfər hərbi qulluqçumuz şəhid olub və yaralanıb. Şiraz yaralanmış hərbi qulluqçularımıza ilkin tibbi yardım göstərib, onlara ağrıkəsici iynə vurub, sarğı və jqutla qanaxmalarını kəsməyə çalışıb.

Şiraz bildirdi ki, xidmət etdiyi hərbi hissənin bu müharibədə ilk şəhidi əsgər Nəzir Osmanovdur, ona ilk tibbi yardım göstərilməsinə baxmayaraq, başından aldığı qəlpə yarasından dünyasını dəyişib.

Mübarizə əzmi qırılmayan hərbi qulluqçularımız yaralı və şəhidlərin olmasına baxmayaraq, “irəli” əmri ilə düşmənin üstünə şığıyıblar. 2020-ci il noyabr ayının 4-də Şirazın daxil olduğu və digər qruplar Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postlarını alaraq, Şuşaya gedən yolu nəzarətə götürüblər. Tapşırığa əsasən, Şuşa-Laçın yolunun müdafiəsini digər qruplara verib, Şuşa-Xankəndi yolu istiqamətində irəliləyiblər. Onlara Şuşadan Xankəndiyə gedən yolu nəzarətə götürmək və Pənahəli xan qalası tərəfdən Şuşaya daxil olmaq tapşırığı verilib.

Qazimiz noyabrın 5-dən 8-nə kimi Şuşa ətrafında meşə və dərələrdə, Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin getdiyini bildirdi. Burada düşmənin çoxlu sayda texnikası və şəxsi heyəti məhv edilib. O, döyüşçü yoldaşını ölümdən qurtardığı məqam barədə də danışdı. Tapşırığa əsasən, pusqu qrupuna verilən gizir Ş.Həsənov və Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı, pulemyotçu baş çavuş Cavid Mahmudov qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birlikdə Xankəndidən Şuşaya gələn yolu bağlamalı idilər. Şiraz söylədi ki, Xankəndi istiqamətindən düşmən tanklardan və müxtəlif növ artilleriya ilə bizim qüvvələri atəşə tuturdu. Düşmən hiylə işlədərək, tankın içinə 2 nəfər diversant yerləşdirməklə bizim pulemyotçunun olduğu atəş nöqtəsini susdurmaq istəyirdi. Tankdan düşən diversantlardan birinin baş çavuş C.Mahmudova yaxınlaşdığını görür. Onu zərərsizləşdirmək üçün Şiraz düşməni dəqiq nişan alıb avtomatı ilə atəş açaraq məhv edir. Beləliklə, baş çavuş C.Mahmudovu düşmən gülləsinə tuş gəlməkdən qurtarır.

Daxili Qoşunların Hərbi Qospitalında müalicə olunan yaralı hərbi qulluqçularımızla görüş zamanı qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı çavuş Nicat Əlizadə (hazırda polis orqanında xidmətini davam etdirir) mənimlə söhbətində Şirazın qorxmazlığı ilə bərabər, həmçinin, döyüşçü yoldaşlarına münasibətdə yardımsevərliyini vurğuladı: “Noyabr ayının 6-sı Şuşa-Xankəndi yolunda düşmənin tankdan atəşi nəticəsində mərmi yanımıza düşmüşdü. Mən özümü qorumaq üçün səngərə tullanarkən qəlpə mənim sol əlimin 2 barmağını apardı, əlimdəki silahı isə 2 yerə böldü. Mənə dərhal Şiraz ürək-dirək verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla möhkəm bağladı, sonra barmaqlarımın parçalanmasını görməyim deyə əlimi tənziflə sarıdı”.

Qazimiz noyabr ayının 7-si Pənahəli xan qalasında 120 mm-lik minaatan mərmisinin partlaması nəticəsində əlindən və qolundan çoxlu sayda qəlpə yarası alıb. Lakin buna baxmayaraq, yaralı halda həmin gün axşama qədər döyüşçü yoldaşları ilə birlikdə döyüşü davam etdirib. Şiraz Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları kapitan Ramin Rəhimov və çavuş Elvin Məmmədovun ona zəruri ilkin tibbi yardım göstərdiklərini minnətdarlıqla söylədi. 

Hərbi qulluqçumuz noyabrın 8-i sanitar maşını ilə Hadruta, sonra Füzuli Rayon Xəstəxanasına aparılıb. Daha sonra, noyabrın 9-u müalicəsini davam etdirmək üçün Daxili Qoşunların Hərbi Qospitalına gətirilib.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə gizir Şiraz Həsənov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

İki övlad atası olan Şirazın müharibənin od-alovundan keçərək ailəsinin başına dönməsi doğmaları üçün böyük sevincdir.

                                                                                                      kapitan Sadıq Rəfiyev, 

DİN-in Daxili Qoşunlarının zabiti

Paylaşın:

Zəngəzur​ dəhlizinin​ açılışı​ regionun​ inkişafında​ mühüm​ əhəmiyyət​ kəsb​ edəcəkdir

 

​         Azərbaycanın​ Cənubi​ Qafqazda​ yaratdığı​ yeni​ reallıqlarla​ həm​ də​ regionun​ tarixində​ mühüm​ səhifə​ açdı. Artıq​ region​ ölkələrinin​ və​ qonşu​ ​ dövlətlərin​ qarşısında​ tamamilə​ yeni, prespektivli​ inkişaf​ istiqamətləri​ açaçılıb. Il Qarabağ​ müharibəsində​ əldə​ olunmuş​ qələbəmiz​ belə​ desək​ regionda​ Azərbaycan​ dövlətinin​ gələcək​ inkişafı​ üçün​ böyük​ iqtisadi​ əməkdaşlıq​ sahəsində​ qonşu​ dövlətlərlə​ ticarət​ və​ nəqliyyat​ əlaqələrinin​ qurulması​ üçün​ böyük​ imkanlar​ ​ yaratmışdır.

        Azərbaycanın​ qələbəsi​ həm​ ölkəmizin, həm​ də​ regionun​ inkişafında​ yeni​ bir​ mərhələ​ açıb. 44​ günlük ​ Vətən​ müharibəsi​ ​ ​ böyük ​ ​bir​ ərazinin​ geri​ qaytarılması​ ilə​ yanaşı​ ​ Ermənistanın​ ​ biyabırçı​ məğlubiyyəti,​ Azərbaycan​ dövlətinin​ gələcəyinə​ ​ uğurlu​ iqtisadi​ töhfə​ ​ verə​ biləcək​ yaranmış​ məqamlardan​ biridə,​ ​ 2020-ci​ ilin​ Noyabr​ ayının​ 20-də​ ​ ​ Rusiya​ ​ Federasiyası, Azərbaycan​ dövləti​ və​ Ermənistanın​ ​ ​ hərbi ​ ​ mümünaqişəni dayandırılmasına​ dair​ ​ imzalanmış​ 3​ ​ tərəfli​ ​ bəyanata​ ​ əsasən​ Azərbaycan​ dövləti​ ​ Naxçıvanla​ nəqliyyat​ əlaqələrinin ​ açılması​ üçün, ​ Ermənistan​ tərəfin​ ​ Zəngəzur​ ​ dəhlizinin​ açılması ​ üçün​ razılığın​ verilməsi,​ ​ həmin​ imzalanmış​ bəyanatda​ ​ qeyd​ olunmuşdur. Uzaqgörən​ və​ qətiyyətli​ siyasətçi​ ​ Prezident​ Cənab​ İlham​ Əliyev​ həm​ 44​ günlük​ Vətən​ müharibəsində​ həmdə​ müharibədən​ sonrakı​ dövrdə​ daim​ Azərbaycan​ dövlətinin​ Qafqazda​ güclənməsi​ ​ üçün​ iştirak​ etdiyi​ hər​ bir​ ​ ​ möhtəşəm​ Beynəlxalq​ əhəmiyyyətli​ ​ iclaslarda​ regionda​ yeni​ əməkdaşlığın​ qurulmasının​ vacib​ olduğunu​ qeyd​ edərək​ Prezident ​ ​ İlham​ ​ Əliyev​ Aprelin​ 13 - də​ ADA​ ​ Univeersitetində​ ​ keçirilmiş “Cənubi​ Qafqaza​ yeni​ baxış: münaqişədən​ sonra​ ​ inkişaf​ və​ əməməkdaşlı" adlı​ beynəlxalq​ ​ konfransda​ səslənən​ fikirlər də​ bunu​ bir​ daha​ təsdiq​ etmiş​ oldu. Prezident​ Cənab​ İlham​ Əliyevin​ dediyi​ kimi​ “​ İnkişafın​ əsası​ sabitlikdir. İnkişaf​ üçün​ Azərbaycan​ daxilində,​ eləcədə​ sərhədlərdən​ kənarda​ stabilliyə​ ehtiyac​ var. Təbii​ ki,​ Azərbaycan​ riskləri ​ ​ minimumlaşdırmaq​ üçün​ müvafiq​ addımlar​ atacaq​".​ ​Bu​ ilin mart​ ayının​ 31-də​ Türk​ dövlətlərinin​ Prezidentlərinin​ videoformatda​ keçirilən​ iclasında​ Prezident​ Cənab​ İlham​ Əliyev​ çıxışı​ zamanı​ qeyd​ etmişdir​ ki,​ Zəngəzur​ dəhlizinin​ bərpası​ bir​ çox​ Türk​ dövlətləri​ ilədə​ bir​ çox​ sahələrdə​ xüsusilə​ turizm,ticarət, iqtisadi​ sahələrdə​ əməkdaşlığın​ əlaqələrin​ qurulması​ çox​ böyük​ strateji​ əhəmiyyətə​ ​Aprel​ ayının​ 20-də​ Azərbaycan​ Respublikasının​ Prezidenti​ ​ Cənab​ İlham​ Əliyev​ Hacıqabul​ rayonuna​ səfəri​ zamanı​ Azərbaycan​ televiziyasına​ müsahibə​ verərkən​ müharibədən​ sonrakı​ mərhələdə​ işğaldan​ azad​ olunmuş​ torpaqlarmızda​ görülən​ və​ gələcəkdə​ görüləcək​ işlərdən​ söz​ açmışdır. Dövlət​ televiziyasına​ müsahibəsi​ zamanı​ Prezident​ ​ İlham​ Əliyev​ qeyd​ etmişdir​ “​Azərbaycan​ ​ xalqı​ 101​ il​ bundan​ əvvəl​ bizim​ əlimizdən​ alınmış​ Zəngəzura​ qayıdacağıq​'. Həmçinin​ Müzəffər​ Ordumuzun​ Ali​ Baş​ Komandan qeyd etmişdir ki,​ biz​ regionda​ inkişafı, sabitliyi​ qoruyub​ saxlamaq​ üçün​ əlimizdən​ gələni​ əsirgəmirik,​ hər​ bir​ əməkdaşlığa​ hazırıq. Biz​ imkan​ verə​ bilmərik, Ermənistan​ yenə​ də​ öz​ ordusunu​ o​ vəziyyətə​ gətirib​ çatdırsın​ ki,bizə​ hansısa​ təhdid​ olsun. Çünki​ bu​ milli​ ​ müdafiədir, milli​ təhlükəsizlik​ məsələsidir. Bununla​ parallel​ olaraq​ ​ biz​ əməkldaşlığa​ da​ hazırıq -​ baxmayaraq​ ki, Ermənistan​ azərbaycanlılara​ qarşı​ dövlət​ səviyyəsində​ soyqırımı​ törətmişdir. Baxmayaraq​ ki,​ bizim​ bütün​ tarixi, dini​ abidələrimiz​ dağıdılıb,​ biz​ gələcəyə​ baxmalıyıq. Biz​ əlbəttə​ erməni​ vəhşiliyini​ heç​ vaxt​ unutmayacağıq. Hacıqabul​ rayonuna​ səfərdə​ olarkən​ ​ Aztv-yə​ müsahibəsində​ qətiyyətlə​ Cənab​ Prezident​ öz​ çıxışı​ zamanı​ onu​ da​ ​qeyd​ etmişdir​ ki, “Biz​ öz​ maraqlarmızı​ ​ təmin​ etmək​ üçün​ lazımi​ addımları​ atmalıyıq. Zəngəzur​ dəhlizinin​ yaradılması​ bizim​ milli,​ tarixi​ ​ və​ gələcək​ maraqlarmıza​ tam​ cavab​ verir .Biz​ Zəngəzur​ dəhlizini​ ​ icra​ edəcəyik, Ermənistan​ bunu​ istəsə​ də, istəməsə​ də. İstəsə,​ daha​ ​ asan​ həll​ edəcəyik.​ Necə​ ki,​ mən​ müharibədən​ əvvəl​ ​ və​ ​müharibə​ dövründə​ demişdim​ ki, bizim​ torpağımızdan​ öz​ xoşunuzla​ rədd​ olun,​ yoxsa​ sizi​ zorla​ çıxaracağıq. Belə​ də​ oldu. Zəngəzur​ ​ dəhlizinin​ taleyi​ də​ eyni​ olacaq​ “. Əllbəttə​ Prezident​ İlham​ Əliyevin​ qeyd​ etdiyi​ kimi​ bizim​ bu​ gün​ Qarabağın​ dirçəldilməsində​ yol​ çəklişlərinin​ salınmasında​ ümumiyyətlə​ bölgənin​ gələcəkdə​ normal​ infrastrukturunun​ qurulmasında​ bizim​ əsas​ rəqibimiz​ zamandır. Daha​ dərindən​ düşünsək​ ​ Ermənistanın​ müharibədən​ sonrkı​ ​ gələcək​ ​ ​ ​ taleyi​ Azərbaycan​ dövləti​ ilə​ əməkdaşlığın​ yaradılmasında​ asılı​ olacaqdır​ desək​ heç​ yanılmarıq. Daim​ iqtisadi​ böhran​ içərisində​ ​ əhalisinin​ isə​ yoxsulluq​ içərisində​ yaşadığı​ Ermənistan​ bundan​ sonra​ revanşist​ şüarlar​ səsləndirməyə ​ qalxarlarsa, bu, erməni​ ​ xalqına​ daha​ böyük​ bədbəxtlikdən​ başqa​ heç​ nə​ gətirməz. Azərbaycanın​ tarixi​ torpağı​ olan​ Zəngəzur​ mahalı​ erməni​ havadarlarının​ köməyi​ ilə​ Ermənistana​ ​ verilməsindən​ bir​ əsr​ keçməsinə​ ​ baxmayaraq​ indi​ bu​ doğma​ yerlərə​ qaydacağımız​ günə​ çox​ az​ qaldığı​ mesajını​ qətiyyətlə​ səsləndirən​ Prezident​ İlham​ Əliyevin​ bu​ fikirləri​ düşmənlərmizi​ narahat​ etsədə​ Azərbaycan​ xalqının​ qəlbində​ qürur​ hissi​ yaratmış, xalqımız Prezidentin​ bu​ fikirlərini​ yüksək​ qiymətləndirmişdir. Cənab​ Prezidentimizin də​ ​ dediyi​ kimi,​ münaqişənin​ tarixi​ təhrif​ ​ olunmadan​ xalqın​ yaddaşında​ ​ qalmalıdır. Xüsusilə​ gənc​ nəsil​ tarixi​ həqiqətləri​ olduğu​ kimi​ bilməlidir. Gənc​ nəsil​ Zəngəzurun,​ tarixi​ Azərbaycan​ ərazisi​ olmasını​ ​ bilməlidir.

Bahar Əliyeva,

​Xocalı​ rayon​ ziyalısı

Paylaşın:

Zəngəzur dəhlizinin açılması böyük tarixi əhəmiyyətə malikdir

        Ötən 2020-ci il dünyada pandemiya ilə əlaqədar bir çox problemlər yaransa da, ümumilikdə Azərbaycan xalqı üçün uğurlu il olmuşdur. Bu ildə 30 ilə yaxın düşmən tapdağında inildəyən torpaqlarımız düşmən tapdağından azad olundu. 44 gün ərzində baş verənlərin dəyəri heç bir ölçüyə gəlməz. Üstündən əsrlər keçəcək, bu şanlı tarix Azərbaycan adlı məmləkət durduqca daim yaşayacaq, var olacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​          

        Vətən müharibəsi, məlum olduğu kimi erməni tərəfinin tam məğlubiyyəti ilə başa çatdı. O da məlum həqiqətdir ki, hazırkı zamanda Ermənistan deyilən ölkə qədim Azərbaycan ərazisində formalaşdırılmışdır. İndi Ermənistanın paytaxtı hesab edilən İrəvan, hal-hazırda erməni ərazisi hesab edilən Zəngəzur da bütövlükdə tarixi Azərbaycan torpaqlarıdır. Hətta ermənilərin məskunlaşdığı Qarabağın dağlıq hissəsinə də 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin nəticəsində köçürülmələri tarixi həqiqətdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

         Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə elan edilmiş bəyanatın əsas bəndlərindən biri də Ermənistan ərazisindən Azərbaycanı​ Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Məhz bu bəndin həmin bəyanatın mətninə salınması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsidir. Artıq geriyə yol yoxdur. Ermənistan bəyanatın şərtlərinə qeyd-şərtsiz əməl etməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin açılması böyük tarixi əhəmiyyətə malikdir. Bu yolun açılması təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün mühüm əhəmiyyət kəsb eləmir. Eyni zamanda bu dəhlizin açılması Avropanı Asiya ilə birləşdirən kommunikasiya xəttinin açılması deməkdir. Dünyanın əksər ölkələri də bu dəhlizin açılmasının tərəfdarıdır. Çünki bu dəhlizin açılması iqtisadi nöqteyi-nəzərdən dünya ölkələri üçün olduqca sərfəlidir.​ ​ ​ ​ 

         Ölkə rəhbəri cənab İlham Əliyev yüksək kürsülərdən Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatın bütün maddələrinin heç bir əlavə şərt irəli sürülmədən yerinə yetirilməsinin vacibliyini vurğulamışdır. O çıxışlarında Zəngəzur dəhlizinin açılmasının bütün dünya, Azərbaycan və​ Türkiyə dövlətlərindən çox Ermənistan üçün daha böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bu dəhlizin açılması iqtisadiyyatı çökmüş Ermənistanın dirçəlməsi üçün zəmin yaradacaqdır. Eyni zamanda ölkə prezidenti qeyd etmişdir ki, bu dəhliz mütləq açılacaqdır. Əgər yenə də Ermənistan bu məsələni uzatmağa çalışsa biz onu dəhlizi açmağa məcbur edəcəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Biz xoşbəxt xalqıq. Ona görə xoşbəxtik ki, tarixdə ilk dəfə itirilmiş torpaqlarımızı geri qaytarmışıq. Ona görə xoşbəxtik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız və qətiyyətli bir dövlət başçımız var. Məhz onun rəhbərliyi sayəsində biz daha böyük uğurlara imza atacağıq.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Mehman İbişov,

Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Regionların inkişafında Hacıqabul nümunəsi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 aprel 2021-ci il tarixdə Hacıqabul rayonuna səfər etdi. Səfər çərçivəsində ölkə başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi. Ölkə başçısı iqtisadiyyatın yüksəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi üçün təkcə iri şəhərlər deyil, həm də regionların inkişafına xüsusi diqqət ayırmışdır. Elə bu səfəri ərəfəsində də Cənab Prezident bir sıra yol infrastrukturunun yenilənmədən sonrakı vəziyyətinin, yeni aqroparkların yaradılmasının açılışını etmişdir. Cənab Prezident Hacıqabul rayonunun qazla təminatını yüz faiz yerinə yetirildiyini qeyd etdi. Su və elektrik təminatının da qənaətbəxş olduğunu vurğuladı. Rayonun torpaq sahəsinin əkinə yararlılığı başqa rayonlara nisbətən aşağı səviyədədir. Lakin buna baxmayaraq. məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu rayon ərazisinində də məhsuldarlıq yüksək səviyədədir.
Cənab Prezident işğaladan azad edilmiş ərazilərdə də aqroparkların yaradılmasının günün vacib tələbi olduğunu qeyd etdi. O, qeyd etdi ki, əvvəlcə həmin ərazilər minalardan təmizlənməlidir. Artıq Şuşa şəhəri elektrik enerjisi ilə təhciz edilmişdir. Füzuli hava limanı hazırda tikilməkdədir. Bu ilin sonuna qədər ora istifadəyə veriləcək. Növbəti mərhələdə Zəngilan və Laçın ərazisində də hava limanının tikilməsi planlaşdırılıb. Laçın ərazisində hələ qar olduğu üçün bu bir az ləngiyir. May-aprel aylarında bu işlərə başlanacaq. Zəngilanda üç kənddə “ağıllı kənd” layihəsi pilot kimi tədbiq ediləcək. Azad edilmiş ərazilər dörd Lüksenburqa bərabərdir “ deyən dövlət başçısı qeyd etdi ki, bu əraziləri biz sıfırdan bərpa edəcəyik. Biz bəşəriyyət qarşısında erməni faşizmini məhv edərək dünyaya azadlıq gətirdik.
Tamella Bilalova,
Xocalı rayonundan məcburi köçkün,
şəhid ailəsi
Paylaşın:

Gündən-günə inkişaf edən Azərbaycan


Azərbaycan - Mənim Ana yurdum, Ana məskənim!

Biz səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan, əzizsən. Bizi dünyaya gətirən doğma anamız kimi.
Vətənin suverənliyi, müstəqilliyi öz xalqılnı sevən, qoruyan hər bir insan üçün çox önəmlidir. Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin əsasıdır. O, nə satılmır, nə də verilmir. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına əldə edir və qoruyur.
Azərbaycan ilk yarandığı gündən daima göz altına alınması və ona olan düşmən nəzərlərini artması hər zaman onu qorumağı tələb edir. Bizim olan bir yurd üçün bu qədər mücadilə aparmağımız haqqsızlıqdır. Axı o bizimdir. Tarixi də, bu günü də, sabahı da bizə məxsusdur. O, qəhrəmanlar yurdu, igidlər məskənidir. Bu torpağın Babək, Cavanşir kimi qəhrəmanları, Gəray Əsədov, Həzi Aslanov kimi, igid oğulları var. Bu igid cəngavərlər vətənin azadlığı, xalqın işıqlı gələcəyi naminə mücadilə aparmış,öz canlarını belə qurban verməkdən çəkinməmişlər. Onlar vətənin dünəni, bu günün gənc nəslinin fərəh yeridirlər. Bu gün igid oğullarımız onların döyüşündən, qeyrətindən bəhrələnir. Ruhları hər zaman yüksək, içləri vətən sevgisi ilə doludur.
Vətənim uzun müddət, düz 28 il mənfur erməni tapdağında qaldı. Cənnətimiz cəhənnəmə çevrildi. Gözəl yurdumuz yerlə yeksan oldu. Millətimizin yarısından çoxu qaçqın düşdü, respublikanın müxtəlif istiqamətlərinə səpələndilər. Hərə bir yerdə özünə yurd qurdu. Dövlətin dəstəyi ilə zaman-zaman şəraitləri bərpa olunmağa başladı. Nəhayətində yeni evlərlə təmin olunmaq azacıq da olsa yaralarına su səpdi. Hər zaman dövlətin dəstəyi onların üzərində oldu. Amma eyni zamanda da dövlət öz siyasətini davam etdirərək, mənfur düşmənin işğal etdiyi yurdu qaytarmaq üçün işlər gördü.Yenidən qurulan ordu, yeni təminatlı silahlar və illərlə davam edən hazırlıqlar. Bunun heç biri boş yerə deyildi. Bu gün yaşadığımız sevincin təməli idi. O, təməl ki, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən töküldü, İlham Əliyev tərəfindən inşa olundu. Həm də elə gözəl inşa olunduki, artıq biz orada məskunlaşmağa başlayırıq.
Azərbaycan uzun müddətli istiladan sonra artıq azaddır. Bu, Azərbaycanın Ali Baş komandanı İlham Əliyev, onun şücayətli və qorxmaz ordusu tərəfindən öz müstəqilliyini, bütövlüyünü bərpa etdi. Özü də cəmi 44 gün ərzində. Bu tarix təkcə Azərbaycanın deyil ümum dünya tarixinin səhvələrinə yazıldı.
Qarabağ bizimdi, Qarabağ Azərbaycandır!
Cənab Prezident işğaldan azad olunan o yerlərə gedəndə, oraları ziyarət etdikdə, sanki, ürəyim köksündən çıxacaq. Artıq o yurd, o yuva anasına, atasına qovuşdu-deyə hayqırmaq istəyirəm.
Prezidentimiz ölkəmizin hər bir qarışına xüsusi diqqətlə yanaşır və onun inkişafı üçün əlindən gələni əsirgəmir. Bütün rayonlarda yeni infrastrukturlar tikilir, köhnə tikililər yeniləri ilə əvəz olunur. Hətta Cənab Prezident aprelin 15-də Hacıqabul rayonuna səfər etmişdir. Orada rayonun inkişafı üçün yeni lahiyələr hazırlanıb təqdim edildi. Belə ki,artıq Respublikanın digər rayonlarında olduğu kimi Hacıqabuldada yeni inkişaf mərhələlərinə qədəm qoyuldu. Beləliklə, qısa zaman çərçivəsində insanların ən çox istifadə etdiyi yol problemləri və eləcə də su ilə bağlı olan məsələlər öz həllini tapacaq. Rayona ilk səfər zamanı Cənab Prezident ilk öncə yenidən qurulan Heydər Əliyev mərkəzini ziyarət etdi. Orada olan yeniliklərlə tanış oldu. Mərkəzdən Heydər Əliyevin Hacqabula olan səfərlərini əks elətdirən fotolar öz əksini tapmışdır. Həmçinin Cənab Prezidentə bildirildi ki, yaxın zamanlarda mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Daha sonra dövlət başçısı parkı gəzərək orada yaradılan yeni şəraitlə tanış oldu. Eləcə də Hacıqabul – Paşalı –Tağılı avtomobil yolu üzərində aparılan işləri xüsusi diqqətlə izlədi.
Sakinlərlə çox səmimi görü keçirdi. Görülən yeni işlərlə bağlı əhalini məlumatlandırdı. Onların əsas ehtiyacı olan su qayğısını aradan qaldırmaq üçün Şirvan –Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Əhalinin rəğbətini qazanan Cənab İlham Əliyev həmçinin onların iş yerləri ilə daha yaxşı təmin olunmaları üçün yeni müəssisələrin tikintisinə start verdi. Belə ki, Hacıqabulda Gilan Seramik parkında inşa olunacaq daha bir istehsal sahəsi – yəni keramaqranit zavodunun tikintisinə başlanıldı.
Bu bir daha xalqa olan qayğını, sevgini göz önünə çıxarır. Xalq onun üçün dəyərlidir, o da xalqı üçün. Bunun ən gözəl bariz nümunəsi son vaxtlar respublikada yaşanan ağır günlər idi. Belə ki, ağır pandemiya dövründə eləcədə 44 günlük müharibə dövründə “Dəmir Yumruq” adı altında birləşdiyimiz o an.
Yaşasın Azərbaycan xalqı, Yaşasın Cənab Prezident İlham Əliyev!
Ülviyyə Əhmədova,
Xocalı şəhər 4 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Paylaşın:

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirildi

        Aprelin 20-də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin online formatda iclası keçirildi. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Qalib Quliyev gündəliyə salınan məsələləri diqqətə çatdırdı. Sonra iclasın gündəliyində olan şəhid və qazi ailələrinə maddi və mənəvi dəstək göstərilməsinə töhfə vermək; mina təhlükəsinə görə vətəndaşların həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməsi barədə təbliğat işləri aparmaq; rayon sakinlərinin Covid-19 əleyhinə vaksinləşmə prosesində mütəşəkkil iştirakının təmin edilməsinə dəstək olmaq haqqında məsələlər ilə bağlı fikir bildirmək üçün Şura üzvlərinə söz verildi. Şura üzvləri hər bir məsələ haqqında öz münasibətlərini bildirdilər, təkliflərini səsləndirdilər. 

        Qaldırılan təkliflər arasında xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin girişində işğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsi ilə bağlı məlumatverici lövhənin qoyulması və qəsəbədə şəhidlərimizin xatirəsinə abidə-bulaq kompleksinin inşası təklifləri şura üzvləri tərəfindən yekdilliklə qəbul edildi.

Paylaşın:

Cənab Prezident ADA Universitetində təşkil olunan konfransda çıxış edib

        Cənab Prezidentimiz İlham Əliyev aprelin 13-də "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı ADA Universitetində təşkil olunan konfransda iştirak edib. Həmin konfransda bu universitetin Prezidentimiz tərəfindən təsis edildiyi və təhsilə necə önəm verdiyi nəzərə çatdırılıb.

          İlham Əliyev öz çıxışında müharibədən sonrakı vəziyətin həssas olduğunu, atəşkəsə əməl olunsa da, sonrakı vəziyyətin inkişafı ilə bağlı suallar olduğunu deyib. Bildirib ki, Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri, Xocalı soyqrımını​ və günahsız qurbanların xatirəsini unuda bilmərik heç vaxt, bu bizim yaddaşımızda yaşayacaq. Ama biz artıq gələcəyə baxmalıyıq. Ermənilərin bizim kənd və şəhərləri necə viran qoyduqlarını gözlərimizlə gördük, onlar istəyirdilər ki, Azərbaycan mədəniyətinin izini itirsinlər, ancaq alınmadı. Biz münaqişədən sonrakı dövrdə inkişafımız barədə planlaşdırmalar aparırıq və yerinə yetirməyə başlamışıq da. Cənab Prezident bununla çıxışını sona çatdırır.

        Biz Prezidentimizə Azərbaycanın inkişafı ilə bağlı apardığı işlərə görə minnətdarıq. İnanırıq ki, tez bir zamanda Qarabağ abadlaşacaq və keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərində firavan həyat yaşayacaqlar. 

                                                                  Məqaləni hazırladı: Xəzər Mirzəyev,

ADAU-nun I kurs tələbəsi

Paylaşın:

Qalib Ali Baş Komandan Bakıda Hərbi Qənimətlər Parkının açılışında

 

          Şanlı Ordumuz, Dövlətimiz Dünya hərb tarixinə yazılan 44 günlük müharibəni qələbə ilə başa vurdu. Sözsüz ki, bu qələbənin, qalib ordumuzun layiqli qiymətinin verilməsi bizim haqqımız idi. Noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb. Bu park Azərbaycanın, Azərbaycan ordusunun gücünü dünyaya nümayiş etdirəcək. Torpaqlarımıza göz dikən yağı düşmən bir daha sonunun nə olacağını bilərəkdən bizimlə ehtiyatlı olmağı öyrənələr gərək.

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Prezidentə Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edilib.

          Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

          Lövhənin qarşısında çıxış edən Prezident İlham Əliyev deyib: -Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. 

        Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.

       “İsgəndər M” raketinin qalıqlarına baxan Prezident İlham Əliyev deyib:

-Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? 

         Qeyd edək ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

         Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdü. Öz qalib ordusunu yüksək tutan, daim onun qayğısına qalan Ali Baş Komandan dünyaya bir örnək oldu. O, bu qələbə ilə adını Türk fatehləri sırasına yazdırdı. Artıq bütün Türk dünyasının fəxr edəcəyi bir Türk lideri vardır, elə bir lider ki, onun adı əbədi olaraq Dünya hərb tarixinə yazılmışdır. Biz də hər zaman Ali Baş Komandanımızın müfəssəl əsgərləriyik! 

          Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!

         Məqaləni hazırladı Tahir Həsənov, 

Yalobakənd tam orta məktəbin

 təşkilati işlər üzrə direktor müavini

Paylaşın:

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir

 

      Bildiyimiz kimi 2021-ci il  aprelin  13-də  Müzəffər  Ali  Baş Komandanımız Cənab İlham Əliyev ADA Universitetində  keçirilən “Cənubi  Qafqaza  yeni  baxış,  münaqişədən  sonra  inkişaf və əməkdaşlıq” adlı beynəlxalq  konfransda iştirak  edib. Möhtərəm  Prezidentimiz  konfrans  iştirakçılarını  salamladıqdan sonra ölkəmizdə  baş  verən  proseslərdə  öz  münasibətini  bildirdi. Cənab  İlham Əliyev dünyaya  səs  salan  44  günlük  ikinci  Qarabağ  müharibəsi  barədə  də  danışdı. Dedi ki, 30 ilə yaxın idi ki, doğma  torpaqlarımız  Ermənistanın  işğalı  altında  inləyirdi. Mənfur  qonşularımız  şəhər  və kəndlərimizi dağıtmış  el-obalarımızı  viran  qoymuşdu.  Uzun əsrlərdən qalan mədəni  abidələrimizi  sökmüş,  özlərinin çirkin abidələrini qondarmışdılar. Nə qədər soydaşımızı məhv etmiş,  köçkün  vəziyyətinə  salmışdılar. Tariximizi  təhrif  edərək hər yerdə söyləyirdilər ki,  Qarabağ erməni dövlətidir.  Qafqazda ermənilərdən başqa  xalq yaşamayıb. Xocalı qatilləri  Sarkisyan,  Koçaryan yaratdıqları  “Arsak” dövləti ilə fəxr edirdilər.  Qarabağın başının zümrüd tacı  olan Şuşada ziyafət təşkil edir,  yallı oynayırdılar.

      Dünyanın müxtəlif ölkələrində  ağalıq edən erməni vandalları  hər yerdə Arsakın Ermənistan  dövləti olduğunu sübut edirdilər.  ancaq səbr kasamız daşdı, biz  bunları özümüz mühakimə etdik. 44  günlük müharibə  ilə  torpaqlarımızı  erməni  vandalizmindən  təmizlədik.  “Dəmir  yumruğumuz” düşmənə  dərs verdi.  Müzəffər ordumuz  düşməni itiqovan kimi qovdu.  Ermənilər heç  də  bizim  belə bir  rəşadətli  ordumuzun olmasına  inanmırdılar. Ancaq  biz  onlara  xalqımızın  sarsılmaz  birliyini  nümayiş etdirdik. İgid  oğullarımızın  vətənpərvərliyini  bir daha göstərdik, qələbə  qazandıq. Beynəlxalq ictimaiyyət  ermənilərin iç üzünü gördü.  Onların dırnaqarası ordusu hər  şeyini döyüş meydanında qoyub  qaçdı. Ancaq onları yenə dünya  ictimaiyyətinə yalan ifadələr  verirlər. Gəncəyə, Bərdəyə,  Mingəçevirə, Şuşaya atılan  bombaları bir daha erməni  barbarlığının iç üzünü  açdı.  10 noyabrda bağlanan müqavilədə  onların  kapitulayasiya  sənədinə  imza atması sübut etdi ki,  ermənilər, doğrudan  da,  terroçudur, qaniçəndir,  cinayətkardır. Qələbədən  neçə  ay keçib. Yenə də ermənilər  yalan ümidlərlə yaşayır,  Qarabağın ancaq onların olması  fikrinə  inanırlar. Artıq Şuşamız,  bütün Qarabağımız azaddır.  Biz  bütün işğaldan azad  olunan  torpaqlarda üçrəngli  bayraqlarımızı dalğalandırırıq.  Xarıbülbülümüz buna çox sevinir. Azad olunan torpaqlarımızda  yenidənqurma işlərinə  başlamışıq. Su kəmərləri, elektrik xətləri yenidən qurulur. Güləbürd Su Elektrik Stansiyası işə düşüb. Şuşaya yeni yollar çəkirik. Ermənilərin basdırdığı minaları təmizləyirik. Tezliklə  torpaqlarımızda əkin işləri  başlayacaq. Şəhər və kəndlərimiz bərpa olunacaq. Zəngilan çinar meşəsini yenidən bərpa edirik.  Həkəri, Bərgüşad çaylarna körpə  balıqlar buraxmışıq. Artıq  qaçqınlarımız özlərini qaçqın  saymır. Çoxları ata-baba  yurdlarını ziyarət edirlər.  Qarabağda həyat yenidən  qaynayır. Bu zəfəri bizə müzəffər ordumuz qazandırdı. Allah  şəhidlərimizə rəhmət eləsin, qazilərimizə  cansağlığı versin. Düşmən elə bilməsin ki,  biz  bununla  bitirdik. Bizim  Dəmir yumruğumuzun  zərbəsi  hələ də yerindədir. Başqa  xəyala  düşən  düşmənə bundan da artıq dərs  verməyə  hazırıq.  

       Yaşasın  Azərbaycan!  Eşq  olsun Azərbaycan Ordusuna !

       Qarabağ  Azərbaycandır!

Natalia Yusifova,

Meşəli  kənd  tam tam orta məktəbin müəllimi

Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi