ABŞ prezidenti C.Baydenin​ “soyqırımı” ifadəsi işlətməsi Türk Dünyasına qarşı yönələn ən böyük xəyanətdir

          Tarixə nəzər salsaq görərik ki, I Dünya Müharibəsi ərəfəsində Rusiya yenidən “Erməni məsələsini” irəli sürmüşdür. Bütün ermənilərin katalikosu​ 1912-ci ilin payızında II Nikolaya müraciət edərək Osmanlı imperiyasında yaşayan erməniləri “müdafiə etməyi xahiş etmişdir”. Rusiya höküməti Osmanlı imperiyasında yaşayan ermənilərdən bir alət kimi istifadə etmək üçün onları müdafiə edəcəyinə söz vermişdir. Ermənilər Osmanlı imperiyasının və Azərbaycanın torpaqlarına yiyələnmək məqsədilə müharibənin onlar üçün əlverişli məqam olduğunu düşündülər və vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət etdilər. Ermənilər ruslarla ittifaqa girərək dinc əhaliyə qarşı qanlı divan tutdular. Erməni cəlladları qocaları, hamilə qadınları, körpələri misli görülməmiş amansızlıqla qətlə yetirdilər. Ona görə də, Osmanlı höküməti erməniləri müəyyən hissəsini Suriya və Livana köçürmək haqqında qərar verdi. İndiyədək 24 aprel tarixini ermənilər guya türklər tərəfindən soyqırımına məruz qaldıqlarını bütün dünya ölkələrinə bəyan etmişdilər. ABŞ-ın prezidenti C.Baydenin erməni lobbiçilərinin təsiri altında soyqırımı ifadəsi işlətməsi böyük tarixi yalnışlıqdır. Çünki bunun heç bir tarixi və hüquqi əsası yoxdur. I Dünya Müharibəsi ərəfəsində Türkiyə ərazisində heç bir soyqrımı həyata keçirilməmişdir. Türkiyənin regionda artan nüfuzu, 44 günlük aparılan Vətən Müharibəsində Azərbaycana mənəvi dəstək olması və aparılan hərbi əməliyyat nəticəsində Azərbaycan öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etməsi bəzi dairələri, o cümlədən Amerikanı ciddi narahat etməyə başlamışdır. Əslində soyqırımına həmişə türklər məruz qalmışdır. 30 il ərzində erməni işğalçıları Azərbaycana qarşı genosid siyasət həyata keçirərək torpaqlarımızı işğal etməklə yanaşı, təbiətimizi viran qoyaraq maddi mədəniyyət abidələrimizi də məhv etmişdilər. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqrımını törətmişdilər. Əslində ABŞ prezidenti Baydenin belə bir ifadə işlətməsi ABŞ-Türkiyə əməkdaşlığına vurulan ən böyük zərbədir. Ölkə prezidenti Cənab İlham Əliyev də C.Baydenin soyqırımı ifadəsini işlətməsini şərh edərək bunun böyük tarixi səhv olduğunu​ dilə gətirərək, qardaş Türkiyənin haqq işində həmişə onun yanında olacağını bəyan etmişdir.

​Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski