ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırım”nı tanımasına qarşı Azərbaycanın 48 partiyasının etirazı

             ABŞ Prezidentinin 2021-ci il aprel ayındakı çıxışlarının birində qondarma “erməni soyqırımı”nı tanıyacağını qeyd edib. Bu isə haqlı olaraq həm Türkiyənin, eləcə də Azərbaycanın siyasi qurumlarının və partiyalarının etirazına səbəb olmuşdur. Məlumdur ki, Birinci Dünya müharibəsi illərində yaranmış döyüş şəraiti, aclıq və xəstəlikdən çox sayda erməni həlak olmuşdur. Bu hadisəni məqsədyönlü şəkildə unutduran erməni lobbisi sonradan bu hadisənin səbəbkarı kimi türkləri günahlandırmağa çalışmışdır. İllərdir bu hadisəni qondarma “erməni soyqırımı” kimi dünyaya tanıtdırmağa çalışan erməni cəlladları və şərəfsizləri çox təəssüflər olsun ki, Amerika kimi dövlətdə belə özlərinə tay olan və dəstək verən kimsələri tapa bilirlər. Amerika Prezidentinin  heç bir sübutu və əsası olmayan “erməni soyqırımı”nı tanıması və onu dünya qarşısında dilə gətirməsi ədalətsizlikdən və riyakarlıqdan başqa bir şey deyildir. Əgər real tarixi hadisələrə nəzər salsaq o zaman Co Bayden kimi ədalət tərəzisini pozmağa çalışan dövlət başçıları və siyasətçilər görərlər ki, ermənilərin biz türk dünyasına qarşı törətdikləri terror hadisələrinin və soyqırımlarının sayı-hesabı yoxdur. Buna misal olaraq Avropa dövlətlərində türk diplomatlarının qətlə yetirilməsi, o cümlədən, 1918-ci il Mart soyqırımı, 1992-ci il Xocalı soqırımı və yüzlərlə, minlərlə erməni vəhşiliklərini əks etdirən tarixi hadisələr zamanı on minlərlə azəri türklərinin qətlə yetirilməsi bunu bir daha sübut edir. Əlbəttə ki, hansı tarixi dövrü vərəqləsək, ermənilərin insanlığa sığmayan bu kimi  soyqırım hadisələrini görəcəyik. Yerlərin, göylərin və tarixin şahid olduğu bütün bu hadisələr isə ermənilərin necə bir terror dövləti olduğunu bir daha sübut edir. Həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin, siyasi partiya və qurumlarının Co Baydenin etdiyi ədalətsiz çıxışa etirazları əlbəttə ki, haqq işidir. Tarixi saxtalaşdıran, ikiüzlü siyasət yeridən, amma dünyaya özünü “ədalət mücəssiməsi”, “haqqın qoruyucusu” kimi göstərən dövlətlərə və “dövlət başçılarına” hər birimiz yerini və ədaləti mütləq göstərməliyik ! İnanırıq ki, həmişə olduğu kimi haqq, dürüstlük və tarixi reallıq qalib gələcək və erməni saxtakarlığı, riyakarlığı və ermənipərəst siyasətçilər ifşa olunacaq və öz layiqli tarixi cəzalarını alacaqlar!

  Elsevər Hümbətov,

Xocalı rayonundan məcburi köçkün


Yorum Gönder

Daha yeni Daha eski