Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Gündən-günə inkişaf edən Azərbaycan


Azərbaycan - Mənim Ana yurdum, Ana məskənim!

Biz səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan, əzizsən. Bizi dünyaya gətirən doğma anamız kimi.
Vətənin suverənliyi, müstəqilliyi öz xalqılnı sevən, qoruyan hər bir insan üçün çox önəmlidir. Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin əsasıdır. O, nə satılmır, nə də verilmir. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına əldə edir və qoruyur.
Azərbaycan ilk yarandığı gündən daima göz altına alınması və ona olan düşmən nəzərlərini artması hər zaman onu qorumağı tələb edir. Bizim olan bir yurd üçün bu qədər mücadilə aparmağımız haqqsızlıqdır. Axı o bizimdir. Tarixi də, bu günü də, sabahı da bizə məxsusdur. O, qəhrəmanlar yurdu, igidlər məskənidir. Bu torpağın Babək, Cavanşir kimi qəhrəmanları, Gəray Əsədov, Həzi Aslanov kimi, igid oğulları var. Bu igid cəngavərlər vətənin azadlığı, xalqın işıqlı gələcəyi naminə mücadilə aparmış,öz canlarını belə qurban verməkdən çəkinməmişlər. Onlar vətənin dünəni, bu günün gənc nəslinin fərəh yeridirlər. Bu gün igid oğullarımız onların döyüşündən, qeyrətindən bəhrələnir. Ruhları hər zaman yüksək, içləri vətən sevgisi ilə doludur.
Vətənim uzun müddət, düz 28 il mənfur erməni tapdağında qaldı. Cənnətimiz cəhənnəmə çevrildi. Gözəl yurdumuz yerlə yeksan oldu. Millətimizin yarısından çoxu qaçqın düşdü, respublikanın müxtəlif istiqamətlərinə səpələndilər. Hərə bir yerdə özünə yurd qurdu. Dövlətin dəstəyi ilə zaman-zaman şəraitləri bərpa olunmağa başladı. Nəhayətində yeni evlərlə təmin olunmaq azacıq da olsa yaralarına su səpdi. Hər zaman dövlətin dəstəyi onların üzərində oldu. Amma eyni zamanda da dövlət öz siyasətini davam etdirərək, mənfur düşmənin işğal etdiyi yurdu qaytarmaq üçün işlər gördü.Yenidən qurulan ordu, yeni təminatlı silahlar və illərlə davam edən hazırlıqlar. Bunun heç biri boş yerə deyildi. Bu gün yaşadığımız sevincin təməli idi. O, təməl ki, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən töküldü, İlham Əliyev tərəfindən inşa olundu. Həm də elə gözəl inşa olunduki, artıq biz orada məskunlaşmağa başlayırıq.
Azərbaycan uzun müddətli istiladan sonra artıq azaddır. Bu, Azərbaycanın Ali Baş komandanı İlham Əliyev, onun şücayətli və qorxmaz ordusu tərəfindən öz müstəqilliyini, bütövlüyünü bərpa etdi. Özü də cəmi 44 gün ərzində. Bu tarix təkcə Azərbaycanın deyil ümum dünya tarixinin səhvələrinə yazıldı.
Qarabağ bizimdi, Qarabağ Azərbaycandır!
Cənab Prezident işğaldan azad olunan o yerlərə gedəndə, oraları ziyarət etdikdə, sanki, ürəyim köksündən çıxacaq. Artıq o yurd, o yuva anasına, atasına qovuşdu-deyə hayqırmaq istəyirəm.
Prezidentimiz ölkəmizin hər bir qarışına xüsusi diqqətlə yanaşır və onun inkişafı üçün əlindən gələni əsirgəmir. Bütün rayonlarda yeni infrastrukturlar tikilir, köhnə tikililər yeniləri ilə əvəz olunur. Hətta Cənab Prezident aprelin 15-də Hacıqabul rayonuna səfər etmişdir. Orada rayonun inkişafı üçün yeni lahiyələr hazırlanıb təqdim edildi. Belə ki,artıq Respublikanın digər rayonlarında olduğu kimi Hacıqabuldada yeni inkişaf mərhələlərinə qədəm qoyuldu. Beləliklə, qısa zaman çərçivəsində insanların ən çox istifadə etdiyi yol problemləri və eləcə də su ilə bağlı olan məsələlər öz həllini tapacaq. Rayona ilk səfər zamanı Cənab Prezident ilk öncə yenidən qurulan Heydər Əliyev mərkəzini ziyarət etdi. Orada olan yeniliklərlə tanış oldu. Mərkəzdən Heydər Əliyevin Hacqabula olan səfərlərini əks elətdirən fotolar öz əksini tapmışdır. Həmçinin Cənab Prezidentə bildirildi ki, yaxın zamanlarda mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Daha sonra dövlət başçısı parkı gəzərək orada yaradılan yeni şəraitlə tanış oldu. Eləcə də Hacıqabul – Paşalı –Tağılı avtomobil yolu üzərində aparılan işləri xüsusi diqqətlə izlədi.
Sakinlərlə çox səmimi görü keçirdi. Görülən yeni işlərlə bağlı əhalini məlumatlandırdı. Onların əsas ehtiyacı olan su qayğısını aradan qaldırmaq üçün Şirvan –Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Əhalinin rəğbətini qazanan Cənab İlham Əliyev həmçinin onların iş yerləri ilə daha yaxşı təmin olunmaları üçün yeni müəssisələrin tikintisinə start verdi. Belə ki, Hacıqabulda Gilan Seramik parkında inşa olunacaq daha bir istehsal sahəsi – yəni keramaqranit zavodunun tikintisinə başlanıldı.
Bu bir daha xalqa olan qayğını, sevgini göz önünə çıxarır. Xalq onun üçün dəyərlidir, o da xalqı üçün. Bunun ən gözəl bariz nümunəsi son vaxtlar respublikada yaşanan ağır günlər idi. Belə ki, ağır pandemiya dövründə eləcədə 44 günlük müharibə dövründə “Dəmir Yumruq” adı altında birləşdiyimiz o an.
Yaşasın Azərbaycan xalqı, Yaşasın Cənab Prezident İlham Əliyev!
Ülviyyə Əhmədova,
Xocalı şəhər 4 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi