Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Aprel döyüşləri bizim tarixi şanlı qələbəmizdir

        4 il  bundan öncə  Azərbaycan  xalqı cəbhədən çoxdan gözlədiyi xəbərləri eşitdi.1994-cü ildən başlanan və arabir pozulan sükut yerini şiddətli  döyüşlərlə əvəz  etdi. Elə ilk gündən şad xəbərlər bizi sevindirdi. Cəbhəboyu bütün əməliyyatlar Azərbaycan əsgərinin uğurları ilə yadda qaldı. Bu gün Azərbaycan müstəqilliyi tarixinə şanlı səhifə kimi yazılan 4 günlük müharibədən danışacağıq. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artileriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si şəhid oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri  aldı. Hücumun qarşısını alınması məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrin komandlığı  tərəfindən  Ağdərə -Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri  keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank,15-dək  artileriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən 100-dən çox hərbi qulluqçusu məhv edildi. Azərbaycan  Silahlı Qüvvələrin isə 12 Hərbi qulluqçusu Şəhid oldu. Döyüş nəticəsində Goranboy rayonu  və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi  ətrafındakı yüksəkliklər, eləcə də Selsulan məntəqəsi  erməni qüvvələrindən tam təmizləndi. Füzuli rayonu istiqamətində yerləşən geniş ərazini nəzarətdə saxlamaq imkanı verən  stratejli əhəmiyyətli Lələtəpə adlandırırlan yüksəklikdə  Azərbaycan Qüvvələrinin nəzarəti altına keçdi. 2 Aprel  2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatına və cavab tədbirlərini saat 15-dən başlayaraq birtərəfli qayda dayandırmaq barədə  qərar qəbul etdi. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən  qarşı tərəf Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad  edilən mövqelərin geri qaytarılmasına cəhd göstərdi. Nəticədə 10-a yaxın tank həmçinin  canlı qüvvə sarıdan xeyli itki verdi. Aprelin  3-dən  başlıyaraq  Azərbaycan  Silahlı  Qüvvələri cəbhə xəttində birtərəfli qaydada əks həmlə və cavab  tədbirlərini dayandırdığını elan etsə də düşmən tərəfin buna məhəl qoymaması döyüşlərin davam etməsinə gətirib çıxardı. Nəticədə erməni tərəfi yenə çoxsaylı itkilər verdi və Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Aprelin 4-də axşam saatlarında  və  aprelin 5-nə keçən gecə  bütün cəbhəboyu vəziyyət gərgin olaraq qaldı.Cəbhə xəttinin Xocavənd-Füzuli  və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi  qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Bu istiqamətdə düşmənin strateji baxımından əhəmiyyətli Madagiz məntəqəsindəki  hərbi  bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü  vasitəsilə məhv edilib cəbhənin Xocavənd-Füzuli  istiqamətində isə Ermənistanın 2 ədəd tankını heyətlə birlikdə və hərbi  əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar. Ümumillikdə aprelin 4-ü gün ərzində  və aprelin 5-i  səhər saatlarınadək keçirilən əməliyyat  tədbirləri və cavab atəş zərbələri  nəticəsində  ermənilər daha 70 nəfərədək  canlı qüvvə sarıdan itkiyə məruz qalıb. Düşmənin 20-dək hərbi texnikası tam sıradan çıxarıldı. Aprelin 5-də  saat 12-dən etibarən  Azərbaycan Ermənistan  qoşunlarının təmas xəttində tərəflərin razılığı  ilə əməliyyatlar dayandırıldı. Razılaşma  Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında əldə edildi. Aprelin 5-də saat 12:10 dan başlayaraq aprelin 6-sı saat 12:56-dək sutka ərzində  Azərbaycan  - Ermənistan  dövlət sərhəddində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respubilkasının Ordubad, Şahbuz  və Babək rayonlarında yerləşən mövqelərin Ermənistan Respubilkasının Cermux, Mehri və Sisyan rayonlarındakı mövqelərindən  iriçaplı  silahlardan və qumbaratanlardan  atəşə məruz qaldı. Azərbaycanın Əlahiddə Ümumiqoşun ordusunun həmin istiqamətlərdə  yerləşən  bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susduruldu. Ordubad rayonu istiqamətində yerləşən  Azərbaycan Ordusunun bölmələri cavab  tədbirləri   nəticəsində düşmənin qarşı  tərəfdəki atəş nöqtəsi  və mühəndis istehkam qurğusunu dağıtdı. Aprelin  29-da  Ermənistandan da 3 yüksək rütbəli hərbi və müdafiə rəsmləri  4 günlük müharibədə  uğursuzluğa görə işdən qovuldular. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı  Qüvvələrinin 88 Hərbi qulluqçusu şəhid oldu, 1 MİQ  helikopteri vuruldu və bir tank  mina partlayışı zamanı sıradan çıxdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank  15-dək artileriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. 320 döyüşçü öldürüldü və 500- dən artıq döyüşçü yaralandı. 

        Aprel döyüşlərində şəhid olmuş bütün hərbi qulluqçularımızı dərin hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Aprel  döyüşləri  Azərbaycan xalqı  üçün böyük  zəfərin başlanğıcı idi. Aprel döyüşlərindən 4 il sonra 2020-cil 27 sentyabr tarixində  Azərbaycan Respubilkasının Prezidenti Cənab Ali Baş Komandanın başlatmış olduğu Dəmir Yumruq  əməliyyatı nəticəsində Şanlı Azərbaycan ordusu  44 gün ərzində  işğal olunmuş  bütün torpaqlarımızı  azad  etdilər. Sentyabrın 27-də başlayan müharibə sadəcə  44 gün sonra noyabrn 10-da məğlubiyyətə uğramış Ermənistan dövlətinin  geri çəkilməsi ilə sonlandı. 

         Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizə Allahdan Rəhmət ailələrinə və yaxınlarına səbr diləyirik.

         Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağ Azərbaycandır!

Şeyda Əzizova, 

"Aran Media" qəzetinin baş redaktoru




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi