Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşü keçirilib

 


Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Tədbirdə, həmçinin, Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verərək bikdirmişdir ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır.

Beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləməsinə baxmayaraq​ bu dəstəyin praktiki əhəmiyyəti yox idi.

Eyni zamanda 1992-ci ildə ​ məsələnin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun yaradılması lakin ​ 28 il ərzində göstərdiyi fəaliyyətin nəticəsiz qalmasını diqqətə çatdımışdır.

Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Ondan bir ay keçəndən sonra – avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi.

Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır.

Ölkə Prezidenti​ eyni zamanda bildirdi ki, Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi.

Müstəqil Azərbaycan dövləti və Türkiyə Cümhuriyyəti milli və dövlətçilik maraqları qədər regionda və ümumən dünyada sülhün, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsini gerçək şəkildə öz ölkəsinin dövlət strategiyasının ana maddələrinə çevirmişdir. Bu yalnız iki xalqın yox, bütövlükdə bəşəriyyətin xeyrinədir. Azərbaycan və Türkiyə həmrəyliyi və əməkdaşlığı bizim ölkələrimiz qədər də dünya birliyinin şansıdır.

Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi ədalətin qələbə çalmasına dəstək verməyin əsl ifadəsidir.

Dağlıq Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin ürəkdən gələn etibarlı qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür. Döyüş meydanlarında işğalçı Ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir.

Bununla fəxr etmək olar ki, dünyada Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı ədalətli mübarizəni dönmədən müdafiə edən, xalqımız və dövlətimizlə təbii bir həyəcanı yaşayıb, məsuliyyət duyğularını bölüşən Türkiyə Cümhuriyyəti və səksən iki milyonluq türk xalqı vardır.

Akif Rüstəmov,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi