Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan qədim tarixə malik bir dövlətdir

        Vətən insanın amalı, onun doğmasıdır. Hər kəs öz doğulduğu yurda vətən deyir. Orada boyüyür, boya başa çatır. Öz canı-qanı bahasına onu qoruyur, gözəl bir vətənpərvərə çevrilir. Qanına-canına​ hopur​ bu sevgi. Vətənpərvərlik mahiyyəti​ vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yoluna qurban verməyə əsaslanan emosianal bağlılıqdır. Bu bağlılıq həm də özündə, mənsub olduğu millətin etnik, mədəni siyasi və tarixi xüsusiyyətlərinə​ arxalanan milli hissiyyat, milli qürur kimi hallanır. Burada vətənin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanınmaq,vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.

         İnsan kiçik yaşda olanda vətənin və ailənin mahiyyətini tam​ anlamır.Axı o düşünmür ki,onu dünyaya gətirən bir insan canını onun doğulması üçün necə fəda edir. Ana olur və onu ömrünün sonuna kimi qoruyur. Daha sonar yaşa dolanda​ ​ yavaş-yavaş hər şeyi dərk edib, anlamağa başlayır. Bunu ona ailə, məktəb aşılayır. Sevgisi elə bir məhəbbətə çevrilir ki, bu gün 18, 19 yaşında gedib vətən uğrunda şəhid olur.

        Belə bir söz var, el arasında, bir xalqı məhv etməyin yolu onun dilindən və vətənindən keçir. Mənfurlar bunu əllərində silah etmişdilər. Ən çarəsiz vaxtda o silaha əl atıb xalqın savunmasızlığından istifadə edib yurdunu talan etdilər. Hər bir vətənpərvər insan öz yurdunda qaçqına çevrildi.O artıq yurduna yalnız çəpər arxasından baxırdı. Müddət get-gedə uzanırdı. Üstündən 30 il ötdü. Bir igidin ömrü qədər. Yurd yuva talan oldu.Onların həyatı məcradan çıxdı. Nə qədər gözəl şərait qurulmuş olsa belə, öz torpağında bitən gülü üçün darıxırdı insan. Bu müddət ərzində o qədər gözəl bir hazırlıq getdi ki, Azərbaycan ordusu birlik göstərərək​ düşmənin gözləmədiyi anda, gözləmədiyi həmlə ilə darmadağın etdi. Onlar dağı əlləri ilə yara-yara Şuşa dağlarına zəfər bayrağı çəkdilər. Şuşa ilə yanaşı Ağdamımız, canlı muzeyimiz geri döndü. O qədər insanlıqdan uzaq bir məxluqdur ki, ermənilər Ağdamı tamam xaraba ediblər.Daş üsdə daş belə qalmayıb. Cənab Prezidentimiz yaxın vaxtlarda Ağdama səfər etdi. Oralardakı o vəziyyəti gördükdə gözləri doldu. İlahi, bunlar necə insandır. Bu qədər​ qansız, ruhsuz olasan ki, Allahın evinə əl uzadasan. İlham Əliyev və Mehriban xanım Ağdam məscidinə daxil olduqda gözlərinə inanmadılar. Belə ki, məscidin içərisində heyvan saxlanıldığına görə çox pis vəziyyətdə idi. Hələ əsgərlərin təmizləməsinə baxmayaraq. Ağdamda minalanmış yerlər çoxdur. Hər qarış mina və partlayıcılardan ibarətdir. Artıq iki ay olar ki, təmizlənmə işləri sürətləndirilib. İnşallah az müddətdə oraları görəcəyik.

        Hətta Cənab Prezident 28 may 2021-ci il tarixində bird aha Ağdama səfər etdi. O, Bərdə-Ağdam avtomobil yolunun​ təməl qoyma mərasimində iştirak edib. Ağacəkmə aksiyası keçirildi. İlk ağac məhz​ cənab prezident tərəfindən əkildi. Eləcə də prezidentin qeyd etdiyi kimi, bu təməlqoyma mərasimləri tezliklə işğaldan azad olunan torpaqlarımızda icra olunacaq.Ağdam musiqi ocağıdır. Tezliklə oradan​ muğam səsi göylərə ucalacaq. Bütün söylənilən, görülən​ işlər tək Ağdamda, Şuşada​ deyil,bütün Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçiriləcək. Bunların hər biri xalqın birliyindən, inamından irəli gəldi. Biz prezizentimizə güvənirik, bir yumruq altında daima birləşəcəyik.

​ ​ ​ ​ ​ Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Gülnaz Mustafayeva,

Xocalı rayon ziyalısı 

Paylaşın:

Bir ölkənin gələcəyi o gənclərin alacağı təhsilə bağlıdır

        Son dövrlər, iki qardaş ölkə arasında bir çox sahələrdə olduğu kimi uğurlu layihələrin həyata keçirildiyi təhsil sahəsində əməkdaşlıqda da yeni səhifə açılır. 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva etməklə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsi və bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisaslarının veriləcəyi nəzərdə tutur. Nəticədə ölkənin peşə ixtisası üzrə ehtiyaclarına uyğun müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında Türkiyə təcrübəsindən yararlanmaqla bu sahədə elmi-texnoloji yeniliklərin tətbiqi sürətlənəcək. Protokol çərçivəsində təsis olunacaq müəssisələrin xüsusiyyətləri, sənədə görə tərəflərin öhdəlikləri, müəllim, işçi heyətinin, maddi-texniki bazanın təşkili prinsiplərinə önəm veriləcək. Sənədə əsasən tələbələrin ikili diplomlarının tanınması hökumətlər arasında bir ilk təcrübə kimi yüksək dəyərləndirilir. 

        Azərbaycan hər zaman Türkiyəni öz yanında hiss edib. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.

        Gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu addımlar çox uğurla və qətiyyətlə atılır. Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Ümid edirəm ki, təhsil sahəsində aparılacaq islahatlar, görüşlər Qarabağımızda təhsilin daha möhkəm təməl üzərində qurulacağından xəbər verir.

Ziya ƏLİYEV,

Xocalı rayon ziyalısı 

Paylaşın:

Ağdam yenidən bərpa ediləcək, Qarabağın sənaye mərkəzinə çevriləcək

        2021-ci il mayın 28-də dövlətimizin başçısı Ağdama səfər etmişdir. Bu Prezidentimizin işğaldan azad edilmiş torpaqlarımıza 9-cu səfəri idi. Hər səfər öz fərqliliyi ilə seçilib. Bu dəfəki səfər təsadüfən 28 may Respublika Günündə baş tutmamışdır. Bu səfərdə Cənab Ali Baş Komandanımız müstəqilliyimizin nə qədər mühüm olduğunu göstərdi. Bu səfərdə Ağdamın baş planının təsdiqi rəmzi məna daşıyırdı. İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regionda mərkəzin yaradılması nəzərdə tutulub. Ağdam sənaye mərkəzi kimi fəaliyyət göstərəcək. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə  Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanını genişləndirir. Dövlətimizin başçısı Ağdam sənaye planının təməlini, ilk yaşayış binasının təməlini qoydu, Azərbaycanın simvolik ağacı olan Dağdağan ağacının birini əkdi və s.

        Möhtərəm Cənab Prezident Qarabağımızın döyünən ürəyi olan Ağdamda Respublika Gününü qeyd etməyiniz Azərbaycan xalqının böyük qürurudur. Siz Azərbaycan xalqını xoşbəxt günlərə gətirmisiniz. V əsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytaran qüdrətli sərkərdəsiniz. ll əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandanımız. Azərbaycan xalqını ən ülvi   arzusuna çatdıran xilaskarımız, Sizinlə fəxr edirik, Siz bütün türk xalqının oğlu oldunuz. 

Eşq olsun Sizə!

Xalidə Əmiraslanova,

Xocalı rayon ziyalısı

Paylaşın:

Mütərəqqi inkişaf edən dövlətimizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır

         Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan səmaları üzərindən qara buludlar götürülməyə başladı. Gündən-günə ölkəmiz inkişaf yolunu tutdu. Bununla bərabər, xalqımızın rifahı, uğurlu gələcəyə olan inamı da artdı. Ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf yoluna qədəm qoydu. Ölkəmizin nüfuzu, iqtisadi-siyasi gücü artdıqca dünya arenasında mövqeyimiz də gücləndi. Bütün bu uğurlarla yanaşı, xalqımız Qarabağ intizarı çəkirdi. Qarabağın mənfur düşmənlər tərəfindən işğal edilməsi dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə bir maneə idi. 44 gün davam edən haqq savaşımızda Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu Qarabağı azad edərək düşmənə sarsıdıcı zərbələr vurdu və torpaqlarımız azadlığa qovuşdu. İndi yerlə-yeksan edilmiş, dağıdılmış yurd yerlərimiz azad nəfəs alır və hər bir guşəsi ölkə başçısının göstərişi ilə abadlaşır. Beləliklə, Xilaskar Ordumuz tarixi Azərbaycan torpaqlarını işğaldan azad etməklə dövlətçiliyimizi daha da möhkəmləndirdi. Qarabağda icra edilən infrastruktur layihələri Azərbaycanın regionda strateji əhəmiyyətini artırır, o cümlədən iqtisadi potensialını da güclənir. Zəngəzur dəhlizinin açılması isə dövlətçiliyimiz tarixində ən parlaq uğurlardan biri olacaq.

II Qarabağ müharibəsindən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələr bir-biri ilə yarışa keçib. Bu dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisilərindən biri də Respublika Günü münasibətilə ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktublarıdır.

ABŞ Prezidentinin  Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verildiyi vurğulanır. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışdığı qeyd edilir. Təbrik məktubunda həmçinin bildirilir ki, Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

Eyni zamanda dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur.

Gələcəkdə ölkələr arasında münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açıldığı diqqətə çatdırılır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır.   

Azərbaycanla əməkdaşlıq etmək istəyən, yeni iqtisadi əlaqələr qurmaq istəyən digər ölkələr də ölkəmizi strateji tərəfdaş kimi dəyərləndirir və dostluq münasibətlərini möhkəmləndirməyə çalışırlar.

Göründüyü kimi Azərbaycan dünyada etibarlı ölkə və iqtisadi əlaqələr qurmaq üçün tərəfdaş dövlət kimi tanınır. Bütün bu uğurların əldə edilməsində ölkə başçısının apardığı uzaqgörən və müdrik siyasət başlıca rol oynayır.

 Qalib Quliyev,

Xocalı rayon gənci

 

 

 

Paylaşın:

Respublika Günündə şəhidlərimizin məzarları ziyarət edildi

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun sərəncamına əsasən, rayonumuzda olan şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır. Müvafiq sərəncama uyğun olaraq, 28 May - Respublika Günündə torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ilə birlikdə şəhidlərimizin məzarları ziyarət edildi. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayonun bir qrup ictimaiyyət nümayəndələri tərəfindən Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun məzarları önünə Xocalı rayon İcra Hakimiyyəti Aparatı adından hazırlanmış əklil qoyuldu. Şəhidlərimizin ruhuna dualar oxundu.

         Çıxış edən natiqlərdən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov 44 günlük haqq savaşımızda qəhrəman Vətən oğullarının hünərlərindən danışdılar. Qeyd edildi ki, xalqımız müstəqilliyini əldə etsə də, mənfur qonşularımızın Qarabağı işğala məruz qoyması həmişə bizim sevincimizə kölgə salırdı. Ali Baş Komandan xalqımızın həyəcanla gözlədiyi Vətən müharibəsini başlatmaqla məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı. Bu gün bizim qürur yerimiz olan şəhidlərimizin qanı və canı hesabına 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız azadlığa qovuşdu. Vətən Müharibəsində qazanılan zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi oldu.









Paylaşın:

Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq

        Mayın 20 -də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq mərkəzinin "Cənubi  Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri " adlı müzakirələri kecirilib.Prezident İlham Əliyev öz çıxışında bildirib ki,Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”, fikrimcə, qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.

        Lakin, əvvəlcə, mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir.

        Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

        “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.

        Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.

        Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.

Seymur İSGƏNDƏROV, 

Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi


Paylaşın:

Dağlıq Qarabağ problemi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir

        May ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq mərkəzinin "Cənubi Qafqaz - regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr keçirilmişdir. Tədbirdə dünyanın bir çox dövlətlərinin eks prezidentləri və siyasətçilər iştirak etmişlər. Müzakirələr zamanı çıxış edən prezident İlham Əliyev iştirakçıları və dünya ictimaiyyətini maraqlandıran bir çox məsələlərə aydınlıq gətirmişdir.​ ​Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ problemi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. 30 ilə yaxın bir müddətdə torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan bütün Beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdir ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı əzəli və əbədi torpaqlarını boşaltmayıb, onlarla Azərbaycan arasında heç bir Beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Hadisələrin sonrakı gedişi də göstərdi ki, Ermənistanın yanlış mövqeyi bu ölkənin iqtisadiyyatına nə qədər böyük zərbə vurmuşdur. Zəngin karbohidrogen ehtiyatlarına malik, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın iştirakı olmadan bu regionda heç bir Beynəlxalq Layihələrin reallaşması mümkün deyildir. Məhz Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyin nəticəsində onlar Azərbaycanın regionda həyata keçirdiyi bütün Beynəlxalq Layihələrdən kənarda qalmışdır. Hansı ki, həmin layihələrdə iştirak etməsi Ermənistan iqtisadiyyatına böyük töhfələr verə bilərdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti vurğuladı ki, Ermənistan başa düşməlidir ki, 30 il bundan əvvəl Azərbaycan ərazilərini işğal etməklə böyük səhvə yol vermişlər. Onlar işğal etdikləri ərazilərdə nəinki hər hansı bir tikinti-abadlıq, quruculuq işləri həyata keçirmiş, əksinə bütün yaşayış məntəqələrini-şəhərləri, kəndləri vəhşicəsinə darmadağın etmişlər. Bütün kommunikasiyaları, infrastrukturu məhv etmişlər. Əslində zəif iqtisadiyyata malik, heç bir yeraltı və yerüstü sərvəti olmayan Ermənistannın hər hansı bir quruculuq işləri görməyə iqtisadi gücü də yoxdur. Amma barbarlıq onların xislətində vardır ki, onu da işğal etdikləri Azərbaycan torpaqlarında bir daha nümayiş etdirmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan bizimlə qonşu olduğunu da xatırlamalıdır. Onlar başa düşməlidirlər ki, biz daim yan-yana yaşamalıyıq. Bunun heç bir alternativi yoxdur. Onlar kini, küdurəti, düşmənçiliyi kənara qoyub bizimlə dinc-yanaşı yaşamağı öyrənməlidirlər. Ermənistan nə qədər bu məsələlərə diqqətlə yanaşarsa, alınmış dərslərdən nə qədər tez nəticə çıxararsa, bu onların özü üçün daha faydalı olar.​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Eyni zamanda ölkə prezidenti Beynəlxalq İctimaiyyət qarşısında bir daha nümayiş etdirdi ki, işğaldan azad olunmuş ərazilərdə, Ermənistanın kapitulyasiya aktına imza atdığı gündən, quruculuq işlərinə başlanılmışdır. Artıq cari ilin büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması üçün bir milyard üç yüz min dollar vəsait ayrılmışdır və quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, burada görülən işlər üçün heç bir Beynəlxalq Mailiyyə qurumundan, heç bir bankdan kredit götürmək niyyətində deyildir. Çünki bizim kifayət qədər valyuta ehtiyatımız vardır. Digər tərəfdən də işğaldan azad edilmiş ərazilərdə investisiyaların qoyuluşu üçün çox böyük imkanlar mövcuddur və bu imkanlardan istifadə etmək üçün Beynəlxalq investorları da bu işlərə cəlb edəcəyik.​ ​ ​ ​ ​ ​ ​ 

        Prezidentin son çıxışı bir daha sübut etdi ki, ölkəmiz artıq dünya ölkələri arasında özünün layiqli yerində möhkəmlənməkdədir və dünya dövlətləri bir çox məqamlarda bizim güclü mövqeyimizlə hesablaşırlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

​ ​Ələddin Əhmədov, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

​ Xocalı rayon ziyalısı

Paylaşın:

“Çox şükürlər olsun ki, bizə Qələbə sevinci yaşamaq nəsib oldu”

     44 gün davam edən Vətən müharibəsində ölkəmizdə yaşayan, Azərbaycan vətəndaşı olan bütün xalqların nümayəndələrinin yaxından iştirak etdiyi və düşmən üzərində qazanılan Qələbəyə öz töhfəsini verdiyi hər birimizə məlumdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi: “Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər”.

“Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı milliyyətcə ləzgi olan və Vətən müharibəsində ağır yaralanaraq sol qolunu itirən cəsur silahdaşımız çavuş Abuyev İlkin Elxan oğludur.

Çavuş İ.Abuyev 1998-ci il avqustun 29-da Qusar rayonunun Atluxan kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Atluxan kənd tam orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2016-2018-ci illərdə Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib. Hələ uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, Daxili Qoşunların Hacıqabul rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında olan şərəfli borcunu yerinə yetirməkdə davam edib.

2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilən “Gizir komando təməl kursu”nda təhsil alıb.

2020-ci ilin fevral ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam etdirən çavuş İ.Abuyev yaralandığı günədək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və müsbət fərdi keyfiyyətləri ilə fərqlənən hərbi qulluqçu kimi hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb.

Bir xüsusi təyinatlı kimi müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başlayacaq döyüşlərdə fəal iştirak etmək İlkinin də ən böyük arzularından biri olub. Vətən uğrunda bu gün də canından keçməyə hazır olduğunu deyən silahdaşımız Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. İlk döyüşü isə 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub: “Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri istiqamətində baş vermiş şiddətli döyüşdə dəstəmizin cəsur hərbi qulluqçularından kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu, digər silahdaşımız çavuş Elvin Abbasov isə ağır yaralandı. Lakin buna baxmayaraq, düşməni məhv edərək strateji əhəmiyyətli mövqelərini tutmağa müvəffəq olduq. Bundan sonrakı döyüş tapşırığımız isə Şuşanın azad olunması oldu.

Şuşa istiqamətində təxminən 4-5 gün piyada, düşmənin xəbəri belə olmadan, çətin keçilə bilən dağlıq-meşəlik, sıldırım qayalıq yollarla irəliləməli olduq. Nəhayət, çətinliklə da olsa, qrup komandirimiz kapitan Taleh Rüstəmlinin rəhbərliyi altında təyin olunmuş vaxtda, qarşımıza qoyulan tapşırığa uyğun olaraq, şəhər ətrafındakı yüksəklikdə mövqe tutduq və növbəti əmri gözləməli olduq. Dəhşətli dərəcədə yorulmuşduq. Səhər alaqaranlıqda düşmən üzərinə hücuma keçməli idik. Lakin gecə saatlarında olduğumuz mövqelər və ətraf ərazilər ermənilər tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən tank və minaatanlardan güclü atəşə məruz qaldı. Bu vaxt yerimi dəyişmək istəyirdim ki, yanıma düşən tank mərmisinin qəlpəsi sol qolumu ağır yaraladı. Şiddətli ağrıdan sanki bir anlıq başıma mismar batırdılar. Əvvəl nə baş verdiyini bilmədim. Sonra baxıb gördüm ki, sol qolum yoxdur. Bir tərəfdən zülmət qaranlıq, digər tərəfdən də yağış leysan kimi tökürdü. Göz-gözü görmürdü. Atıcı-sanitarlardan çavuş Famil Məmmədov (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb), çavuş Zeymud Mustafayev və qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissənin hərbi qulluqçusu çavuş Tahir Babayev mənə ilkin tibbi yardım göstərərək, ağrıkəsici iynə vurub, jqutla qanaxmamı dayandırıb, yaramı tənziflə sarıdılar.

Sonra döyüşçü yoldaşlarımın köməyi ilə məni yaralılarımızın saxlanıldığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, burada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər”.

İlkini üzən ən ağrılı hadisə isə yaralandığı zaman birgə xidmət etdiyi iki döyüşçü yoldaşının onun yanında eyni anda həlak olmasıdır: “Çox təəssüflər olsun ki, mən yaralandığım vaxt dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Allahyarov Vüsal Şakir oğlu və çavuş Orucov Afər Yafət oğlu düşmənin atdığı tank mərmisinin partlaması nəticəsində eyni anda şəhid oldular. Bundan əlavə, bu döyüşdə dəstəmizin digər cəsur hərbi qulluqçusu, mənim də ən yaxın dostum olan əsgər* Məmmədov İsmayıl Fərhad oğlu gözlərini əbədi yumaraq şəhidlik zirvəzinə yüksəldi”.

Vətən uğrunda sol qolunu itirən cəsur qazimizin təsəllisi isə dəmir yumruqtək birləşərək,

düşməni məğlubiyyətə uğradaraq müqəddəs torpaqlarımızı azad etməyimizdir: “Çox şükürlər olsun ki, bizə Qələbə sevinci yaşamaq nəsib oldu. Qalib ölkənin vətəndaşı olmağımla yalnız qürur duyuram”. 

Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Abuyev İlkin Elxan oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daxili Qoşunların “N” saylı hərbi hissəsinin “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunun komandiri, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş kapitan Taleh Rüstəmli (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) çavuş İ.Abuyevin qrupun nümunəvi xidmət edən fəal atıcısı olması ilə yanaşı, həm də döyüş meydanında əsl vətənpərvər hərbi qulluqçusu kimi özünü təsdiq etdiyini bildirdi: “Dəstəmizin Vətən müharibəsində öz qorxmazlığı və mərdliyi ilə əsl qəhrəmanlıq nümunəsi göstərən qazi hərbi qulluqçularından biri də çavuş İlkin Abuyevdir.    

Dəstəmizdə xidmətə başladığı qısa bir müddətdə vətənpərvərliyi, yüksək döyüş hazırlığı, peşəkarlığı, nümunəvi intizamı ilə bütün kollektivin hörmətini qazanıb. Çavuş İ.Abuyevin Vətən müharibəsi zamanı göstərdiyi şücaət nəinki xüsusi təyinatlılar, eləcə də bütün hərbi qulluqçular üçün örnəkdir. İlkin kimi cəsur qazi hərbi qulluqçularımızla qürur duyur, tezliklə hər birinin sağlamlıqlarına qovuşmalarını arzulayırıq”. 

Məlumat üçün bildirək ki, “APA” TV saytının “YouTube” internet portalı vasitəsilə yayımlanan xəbər proqramında, jurnalist Sevinc Vaqifqızının təqdimatında “Qolunu itirən xüsusi təyinatlı: Şuşaya doğru 4-5 gün piyada yol getdik” adlı süjetdə çavuş İ.Abuyevin döyüş yolu barədə izləyicilərə məlumat verilib.

Sonda Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının birində qazilər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək istəyirəm: “Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır”.

Adını şanlı hərb tariximizə öz fədakarlığı ilə yazan cəsur qazimizə bundan sonrakı həyatında uğurlar diləyirik.

mayor Anar Əhmədov,

Daxili Qoşunların Mətbuat xidmətinin rəisi

 

Paylaşın:

Ramazan bayramında 30 ildən sonra "Xarıbülbül" festifalının keçirilməsi tarixi hadisəyə çevrildi

 


        2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük II Qarabağ savaşı - Vətən müharibəsi Azərbaycan xalqının birliyi, həmhəmrəyli, Ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörən strategiyaı nəticəsində qalibiyyətlə tamamlandı. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Bu tarixi qələbə bir daha haqqın və ədalətin təntənəsi oldu.

2020-ci ilin 8 Noyabr tarixi, Ali Baş Komandanımızın "Əziz Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik! Nidası hələ uzun illər qələbə müjdəli ən gözəl sözlər olacaqdır. Torpaqlarımızın hər qarışı bizim üçün dəyərli və əzizdir. Lakin Şuşa bu xalqın şah damarı, ürək çırpıntısı, məğlubedilməzlik simvolu idi və biz onu düşməndən geri almağı bacardıq. Eşq olsun Azərbaycan Xalqına, onun igid oğullarına və Ali Baş Komandanımıza!

Xalqımız Şuşanın dəyərini gözəl bilir. Elə Prezidentimiz də Şuşasız Azərbaycanın olmayacağını dilə gətirir. Qələbədən sonrakı hər gün Şuşa anılır, bütün ölkə Şuşa üçün ürək kövrəkliyi və səbirsizliklə, "Zərər yolu"nun açılışını gözləyir. Amma " Yol"u gözləməyib təhlükə və çətinliklərə baxmayaraq, elə düşmənin acığına onu bağrına basıb əsirlikdən xilas olan balası kimi əzizləyənlər tapılır.

Şuşanın yenidən qurulması, bərpası üçün minlərlə insan ora can atır, Vaqif, Natəvan, Üzeyir ruhunu salama tələsir. Təbii ki, daha böyük işləri xeyirxahlıq və mədəni - tarixi irsimizə həmişə diqqətlə yanaşan Heydər Əliyev Fondu öz üzərinə götürür. Fondun Ptezidenti, Birinci vitse - Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə 2021-ci il mayın 13 də Ramazan bayramı günündə 30 ildən sonra "Xarıbülbül " festifalının keçirilməsi tarixi hadisəyə çevrildi. Cıdır düzündə mötəşəm altında Prezidentimizin qürurla dayanışı, zəfər dolu nitqi, hərdən Şuşadan danışarkən kövrəkliyi bir azərbaycanlı Vətən fədaisini xatırladırdı. "Xarıbülbül" musiqi festifalının bir tarixi ənənəsi var idi. Lakin 30 ildən çox idi ki, biz məlum işğal faktı ilə üz-üzə qalmışdıq. Bu musiqi festifalının adının və keçirildiyi məkanın Şuşa olması tədadüfi deyildi. Axı Şuşa hələ XIX əsrdə "Qafqazın konservatoriyası" adını qaxanmışdı. M usiqi beşiyi, Üzeyirin, Cabbarın, Xanın və diğər onlarca musiqi dahisinin doğulduğu torpaqdır Şuşa! Hələ divarlarından güllə nişanı, havasında barıt qoxusu getməmiş, evləri uçub dağılmış bu Kiçik şəhərdə bu tədbirin keçirilməsinə zərurət nə idi? Bu festival dünyaya bir mesaj idi. Şuşa bu gün də bizimdir, dünən də bizim idi, min il əvvəlki kimi Şuşa Qarabağdır, Qarabağsa Azərbaycandır! Biz kimsənin çirkli nəfəsi, iyrənc iddiaları ilə onu murdarlamağa və kiməsə hədiyyə etməyəcəyimizə and içmişik. Şuşa bir müsəlman şəhəri idi. Bu gün də bir müsəlmsn şəhəridir. Yuxarı Göhvərağa məscidində bayram namazının qılınması bir tarixi gün idi ki, xalqımız o günü yaşadı. Bu xalq heç zaman tarixinə, dini inancına, milli mədəniyyətinə biganə olmamışdır və olmayacaqdır. Hər kəs bunu belə bilməli və yaddan çıxarmamalıdır. "Xarıbülbül" musiqi festivalı bir sənət meydanı olsa da, bu həm də bir zəfər simfoniyasını​ ​ xatırladırdı. Bu bir İlham Əliyev yumruğu idi. O yumruq ki , Şuşanı bizə ərməğan etmişdi. İlham Əliyevin​ ​"Qarabağ Azərbaycandır! sözləri əsrin sözü oldu. Və biz də deyirik​: Var ol Ali Baş Komandanımız!​

Rövşən Atakişiyev,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

“Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsi, kulminasiya nöqtəsi oldu

 


​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları 12 may 2021-ci il tarixdə Pespublikamızın dilbər guşəsi olan, Qarabağın üzük qaşı sayılan Şuşa şəhərinə səfər edib.

​ ​ ​ ​ ​ Düşmən caynağından azad olan Şuşamızda həmin gün "Xarıbülbül" musiqi festivalı keçirildi. Cənab İlham Əliyev həmin musiqi festivalında böyük qürur hissi ilə iştirak etmişdir. Xalqın atası, xilaskarı olan Prezidentimiz həmin tədbirdə sevinc göz yaşlarını xalqımızla bərabər bölüşüb.

​ ​ ​ ​ Hər zaman xalqımızın qayğısına qalan belə bir Rəhbər yağı düşmənə bir daha sübut etdi ki, bu Xalq sahibsiz deyil. Prezidentimiz onu da vurğuladı ki, Şuşamızda erməni dığalarının musiqisi yox, Azərbaycan musiqisi səslənməlidir və səslənəcək də.

​ ​ ​ ​ ​ Vaxtilə Şuşada "Yallı" rəqsini gedən Paşinyana - dabanyalayana bu gün öz yerinin harada olduğu Prezidentimiz tərəfindən laiqincə göstərildi.

​ ​ ​ Bəli, bizim Prezidentimiz öz haqq səsi ilə dünyanı susdurdu. Kimin kim olduğunu dünyaya bəyan etdi. Belə bir şəxsiyyətin səfərindən yazmaqda böyük qürur hissi duyuram. Uca Rəbbim Prezidentimizi qorusun. Onu bizlərə çox görməsin. Mən bir Seyid olaraq, Prezidentimizə, onun ailəsi Mehriban xanım Əliyevaya və onun övladlarına daim alqışçıyam. Qarabağ AzərAzərbaycandı

Şahsuvar Hümbətov, ​

Xocalı rayon ziyalısı

Paylaşın:

Prezident İlham Əliyevin böyük siyasətinin, yüksək idarəçilik istedadının bəhrəsi olaraq böyük qələbələr əldə edirik

 


Respublikamızın hər bir bölgəsi gündən-günə çiçəklənməkdə, inkişaf etmekdedir. Prezidentimiz Cənab İlham Əliyev bütün bu inkişafa xüsusi diqqət və qayğı göstərir. Son zamanlarda da prezidentimiz Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Bu prezidentin Naxçıvana 15-ci səfəri idi. İlham Əliyev bildirib ki, Naxçıvana her gəlişində gördüyü inkişaf çox göz oxşayır. Prezident bir neçə obyektlərin açılışında iştirak etmişdir. Səfər zamanı Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsi qeyd olunmuşdur. Hazırda Naxçıvanda çox böyük enerji potensialı yaranıb. Vaxtilə Naxçıvanda işıq, enerji yox idi. Azərbaycandan gələn enerji isə Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan öz enerjisini özü təmin edir. Bu çox böyük bir inkişafdır. Bildirilib ki, bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvana gələn hər kəs bunu görür. Bütün bunlar qısa müddətdə olan çox qürur verici bir nailiyyətdir. Prezidentimiz Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak etmişdir. Bildirib ki, ölkəmizdə cəmi iki mərkəz var. Biri Göygöldə, biri də Naxçıvanda. Və biz əminik ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ilden sora Naxçıvanda südçülük sahəsində bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü digər əsas ərzaq məhsulları ilə təmin etdiyi kimi südlə də təmin edəcək. Bu da bir inkişafın təzahürüdür. Prezidentimiz səfər zamanı “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış olmuşdur. Bu ictimai xidmət sahəsində çox önəmli bir təsisatdır. Ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar da istifadəyə verildikdən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Prezidentimiz Naxçıvanda DOST mərkəzlərinin yaradılmasına da göstəriş vermişdir. Naxçıvan turizm üçün çox əlverişli, göz oxşayan bir şəhərdir. Səfər zamanı prezidentimiz yeni uçuşenmə zolağının açılışını qeyd etmişdir. Pandemiya zamanı burada turizmin inkişafı böyük zədə almışdır. Lakin biz inanırıq ki, tez bir zamanda Naxçıvan böyük turizm mərkəzlərindən birinə çevriləcək və her kəsin diqqətini çəkəcək. Bütün bunlarla yanaşı səfər zamanı Naxçıvan Qarnizonu Mərkəzi Hosbitalının açılışı olmuşdur. Bu Naxçıvan Muxtar Respublikasında ən böyük tibb müəssisəsidir. Hətta çarpayıların sayına görə Mərkəzi xəstəxanadan dq böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Ümumiyyətlə, Prezidentimiz Naxçıvan Muxtar Respublikasının müdafiəsinim möhkəmlənməsinə böyük diqqət göstərir. Hazırda Naxçıvan ordusu bir çox qabaqcıl ölkələrdən texnikasına görə üstündür. Səfər zamanı bütün bu nailiyyətlər həqiqətən də çox qürurverici bir görüntüdür. İlham Əliyev burada Ordubad dəmir yolu stansiyası ilə də tanış olmuşdur. Çünki bunun böyük bir rəmzi mənası vardır. Prezident bundan öncə Mincivan qəsəbəsində olmuş və dağıdılmış dəmir yoluna da baxış keçirmişdir. Və bu tarixi yolların da bərpa olunacağına əminlik vermişdir. Prezidentimiz bildirmişdir ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra da Ordubad vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bütün bu tarixi qələbələr, nailiyyətlər İlham Əliyevin böyük siyasətinin, yüksək idarəçilik istedadının bəhrəsidir. Səfərin 10 may tarixində gerçəkləşməsinin de xüsusi əhəmiyyəti, mənası vardır. 10 may Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Prezidentimiz bildirib ki, Naxçıvana 15-ci səfəri olmağına baxmayaraq, birinci dəfədir ki 10 may tarixində bura gəlir. O, qeyd edib ki, ənənəvi olaraq atasının məzarını ziyarət etmişdir. Və zəfərdən sonra atasının Vətəninə gəlməyi özünə borc bilmişdir. Prezident atasıyla yanaşı babası Əlirza Əliyevin də məzarını ziyarət edib. Əlirza Əliyev və İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmışdır. İlham Əliyev də Heydər Əliyevin böyük davamçısıdır. Bütün bu nailiyyətlərə görə hər birimiz İlham Əliyevə borcluyuq. Naxçıvan bizim doğma diyarımızdır və hər birimiz Naxçıvanın çiçəklənməsi günü gündən inkişaf etməsi üçün çalışmalıyıq.

Vüsalə Hümbətova,

Xocalı rayon sakini

Paylaşın:

Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın iqtisadi inkişafında daha böyük irəliləyişlər, inkişaf mütləqdir

 


    Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutmuşdur. Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısı Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbav qarşıladı.

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının hökümət nümayəndələri ilə görüşdən sonra Ümummilli lider Heydər Əiyevin abidəsini ziyarət etdi. Uzun müddətdir ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı ilə seçilir. Ölkəmizdə olduğu kimi Naxçıvanda da sasial-iqtisadi inkişaf uğurla davam edir.

   Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəldi. Rayon sakinləri dövlət başçısını çox gözəl və sevinclə qarşıladılar. Prezident İlham Əliyev ulu öndər Heydər Əiyevin rayon mərkəzində ucaldılmış abidəsinin aşılışında iştirak etdi. Ulu öndər Heydər Əiyevin abidəsinin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Abidənin ətrafında park salınmış və geniş yaşıllaşdırma işləri görülmüşdür.

   Dövlət başçısı buraya toplaşan rayon ictimayətinin nümayəndələri ilə görüşüb onlarla həmsöhbət olmuşdur. Prezident İlham Əliyev ulu öndər Heydər Əiyevin abidəsinin açılışı münasibəti ilə rayon sakinlərini təbrik etmişdir. Kəngərli rayonun sakinləri Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Dövlət başçısı rayon sakinləri ilə görüşdə Naxçıvan Muxtar Respublikasının necə sürətlə inkişafından danışıb və həmçinin Azərbaycanın düşmən üzərində qələbə çaldığı 44 günlük müharibədə Azərbaycan xalqının bir yumruq kimi birləşməsindən və xalq, ordu, hakimiyyət birliyindən danışaraq bir daha Azərbaycan xalqına və xüsusi ilə də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakinlərinə təşəkkürünü bildirib. Sonda Prezident İlham Əliyev Kəngərli rayonun sakinləri ilə vidalaşaraq Naxçıvan Muxtar Respublikasına səfərini başa çatdırıb.

   Bir müəllim, ziyalı olaraq onu deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olacaq da. Çünki qədim zamanlardan bəri orada azərbaycanlılar yaşamış və yaşamaqdadır. Sovet dönəmində Zəngəzur mahalının Azərbaycana düşən hissəsinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Naxçıvan blokada qaldı və Azərbaycanla quru sərhədləri bağlandı. Burada gizli məqsədlərdən biri də Azərbaycanı planlı şəkildə qonşu dövlət qardaş Türkiyə ilə quru sərhədlərini ayırmaq idi. Bu səbəbdən Azərbaycan qardaş Türkiyə və Naxçıvan Muxtar Respublikasına hava yolu ilə sərnişin və yük daşımaları həyata keçirirdi. 44 günlük müharibədə Azərbaycanın Ermənistanı 10 noyabr kapitulyasiya aktını imzalamağa məcbur edərək tarixi ədaləti bərpa etdi. Cənab Prezident İlham Əliyevin təkidi ilə kapitulyasiya aktına Naxçıvanın Azərbaycana Zəngəzur dəhlizi ilə birləşdirilməsi maddəsi əlavə olundu. Bir vətəndaş olaraq mən də bu cəsarətli addımı alqışlayır və ürəkdən sevinirəm. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının inkişafında və o cümlədən Azərbaycanın iqtisadi  inkişafında daha böyük irəliləyişlər, inkişaf mütləqdir. Məhz buna görə də Prezidentimizə minnətdarıq, dəstəkləyirik və bu tarixi dəyişikliyi səbirsizliklə gözləyirik. 

    Yaşasın Xalqımız, Fateh Prezidentimiz və Qüdrətli Azərbaycan dövlətimiz! 

Novruz Tağıyev,

Xocalı rayon ziyalısı

Paylaşın:

Xalqımız uzun illər idi ki, bu günləri həsrətlə gözləyirdi

 


    Bu gün hər bir azərbaycanlı qürur hissi ilə deyir : "Şuşa artıq bizimdir! Biz Şuşaya qayıdırıq! Qarabağ Azərbaycandır! “

    Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində qalib gəldik. 28 il düşmən tapdağında inildəyən Şuşamıza geri döndük. Döyüş bölgəsində igid oğlanlarımız, Şanlı Ordumuz, siyasi cəbhədə isə Ali Baş Komandanımız qalib gəldi. Cənab Prezidentimiz bizim yaddaşımızda Şuşa Fatehi kimi qaldı. Şuşa şəhərinin Respublikamızın Mədəniyyət Paytaxtı elan edilməsi kiçikdən - böyüyə hər kəsin sevincinə səbəb oldu. Prezidentin Şuşa şəhərində xalqa müraciəti bütün Azərbaycan xalqı üçün motivasiya oldu. Mədəniyyət ocağımız olan Şuşada müqəddəs Ramazan bayramı günündə Cənab Prezidentimizin ailə üzvləri ilə birlikdə iştirak etdiyi “Xarıbülbül” festivalının təşkili bizə hədsiz sevinc hissi yaşatdı. Bu tədbirin keçirilməsi, həqiqətən də, böyük bir hadisədir. İllər sonra Şuşamızda yerləşən və işğaldan sonra mənfur düşmən tərəfindən dağıdılmış, lakin azad edildikdən sonra təmir edilib düzəldilmiş Yuxarı Gövhər ağa məscidində Bayram namazı qılındı. Xalqımız uzun illər idi ki, bu günləri həsrətlə gözləyirdi. 

    Cıdır düzündə Bayatı - Şirazın zümzüməsindən kövrəlib bizə Vətən sevgisinin nə qədər ali bir hiss olduğunu bir daha xatırladan Prezidentimizə hər zaman borcluyuq. 

    Yaşasın Xalqımız, Müzəffər  Prezidentimiz və Qüdrətli Azərbaycan dövlətimiz! 

Şəhriyar Məmmədov,

Xocalı rayon gənci

Paylaşın:

Düşmənin məhv etməyə çalışdığı “Xarıbülbül” Vətəni Şuşa ilə birgə azadlığına qovuşdu

 


Təbiətin möcüzəsi sayılan, adı dillərə dastan olan Xarıbülbül gülü yaranışından bəri doğma Şuşamızın rəmzi sayılmışdır. Çünki bu gülün vətəni elə məhz Şuşa olmuşdur. Tarix boyu Şuşa şəhərinə gələn qonaqlar bu gülün gözəlliyini seyr etmişdirlər. Elə buna görə də, Şuşa şəhərində hər zaman Xarıbülbülün şərəfinə konsertlər, festivallar keçirilmişdir. Xarıbülbül Beynəlxalq Festivalı ilk dəfə 1989-cu ildə məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilmişdir. O zaman bu tədbir bütün dünyada ən önəmli mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

​ ​ ​ ​ ​ ​ ​ ​ Lakin 1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunandan sonra artıq bu tədbirin keçirilməsi də mümkün olmadı. 29 ilə yaxın bir müddətdən sonra 8 noyabr 2020-ci il tarixdə rəşadətli ordumuz mənfur düşmənlərimizlə​ əlbəayaxa vuruşaraq canları-qanları bahasına Şuşamızı işğaldan azad etdilər. Şuşa 44 günlük döyüşdən sonra Azərbaycanın qələbəsinin mənəvi simvoluna çevrildi.

​ ​ ​ ​ ​ ​ ​ ​ Artıq bu gün ölkə başçısı İlham Əliyev tərəfindən Şuşada yeni bir həyatın təməli qoyulub. Şuşa şəhərinə “Zəfər yolu”nun tez bir zamanda çəkilməsi, təmir-tikinti işlərinin sürətlə davam etdirilməsi, ən əsası Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və burada may ayının 12-də Xarıbülbül Festivalının uzun illərdən sonra yenidən keçirilməsi yeni həyatın başlanğıcının bariz nümunəsidir.

​ ​ ​ ​ ​ ​ ​ ​ 29 ildən sonra Şuşa şəhərində “Cıdır düzündə” ilk dəfə keçirilən Xarıbülbül Musiqi Festivalı Azərbaycan xalqına bu şərəfli günü yaşadan Şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Ölkə başçısı İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da tədbirdə iştirak etdilər. Ölkə başçısı və tədbir iştirakçıları Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Prezident ​ İlham Əliyev bildirdi ki, artıq biz Şuşada əbədi yaşayacağıq və Xarıbülbül Musiqi Festivalı Şuşada hər il yüksək səviyyədə keçiriləcəkdir. Çünki bu Musiqi bayramı olmağı ilə​ yanaşı həmdə birlik, qayıdış və ləyaqət bayramıdır.

Allah Azərbaycanımızı bütöv edərək, öz canlarını qurban verən Şəhidlərimizin hər birinə rəhmət eləsin!

Allah qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı versin!

Vəsilə Quliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək

 


​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 may tarixində Naxçıvana səfəri baş tutub

Ölkə başçısı çıxışı zamanı bildirdi ki,​ Naxçıvanla bağlı təəsüratlarım hər zaman müsbət olub.Naxçıvanın sürətli inkişafını xüsusilə vurğulayan ölkə prezidenti​ iqtisadi, enerji və sənaye potensialındakı artımı təqdirəlayiq hesab edir.

Həmçinin son illər ərzində bölgədə yaradılmış hərbi​ hissələr Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri​ zamanı Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyətini bir daha vurğulayıb. Hazırda Ermənistan dəhlizin açılmasını istəsə də, istəməsə də bunun üçün bütün hüquqi baza formalaşdırılıb. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək.

Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Həmçinin Ölkə başçısı çıxışı zamanı bir məqamı da vurğuladı. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir.

Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.

Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün "Türk qapısı" adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycaın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.

Akif Rüstəmov,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Şuşa dünyanın mədəniyyət beşiyinə çevriləcək

 

 

         Şuşa yenilməz diyar. Şuşa dedikdə ilk öncə gözlərimizin önündə uca bir zirvədə qərarlaşan qartalı xatırlaya bilərik. Əsası Pənahəli Tərəfindən qoyulmuş, qala divarları ilə əhatələnmiş, relyefə uyğun olaraq küçələrinə təbii daşlardan örtük döşənmiş məşhur bir şəhər. Təkcə azərbaycanlılar deyil, rus və fransız alim və səyyahları da vaxtı ilə Şuşanın gözəlliyinə heyran qalmış və bu diyarın məhz məhz azərbaycanlılara məxsus olduğunu isbat etmişlər. Şuşada məşhur Bazar başı meydanı, qədim karvansaralar, məscidlər, Cıdır meydanı mövcud olmuşdur. Dahi şairlərin, musiqiçilərin və bəstəkarların yetişdiyi bu məkanda mədəni məclislər təşkil olunmuşdur. Hətta belə bir adət-ənənə mövcud olmuşdur ki, çayxanalarda elmi və maarifləndirici söhbətlər aparılırdı. Ulu öndər Heydər Əliyevin sovetlər dövründə Azərbaycana başçılıq etdiyi vaxt Şuşanın inkişafına önəm verdiyi göz önündə canlanır. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, şairə Natavanın, bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli musiqiçilər Bülbülün, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlu və başqalarının ev muzeylərinin təşkili bunun bariz nümunəsidir. Müasir dövrdə də həmin məşhurların irsi öyrənilir və təbliğ olunur. 1992-ci il mayın səkkizi o vaxt mövcud olan səriştəsiz Azərbaycan hakimiyyətinin səhlənkarlığı nəticəsində Qafqazın musiqi beşiyi Şuşa ermənilər tərəfindən işğal edildi. Erməni faşistləri mədəniyyət abidələrini, cansız heykəlləri gülləboran etmişlər. Uzun illər davam edən danışıqlarda Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı Ali Baş Komandan İlham Əliyev istər siyasi, istərsə də hərb yolu ilə işğal altında olan torpaqlarımızın, eynilə Şuşanın işğaldan azad ediləcəyini bəyan etmişlər. Nəhayət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu nəticəsində Şuşaya Zəfər yolu açıldı. Prezident İlham Əliyev 2021-ci ilin may ayında imzaladığı Sərəncamla Şuşa “Azərbaycan Mədəniyyət Paytaxtı” elan edildi. Bu Sərəncamla demək olar ki, Şuşa qədim musiqi beşiyi statusunu özünə qaytaracaq. Belə qənaətə gəlmək olar ki, bütün dünyada yeganə dili olan musiqi Şuşanı dünyanın mədəniyyət beşiyinə çevriləcək.  

İmanov Ruhiyyə,

Xocalı şəhər sakini, şəhid qızı

Paylaşın:

Prezident İlham Əliyev Şuşanın əvvəlki tarixi - mədəni simasını özünə qaytardı



     Dillərdə tez-tez səslənən çox  önəmli bir siyasi fikir var , “Şuşa  kimə  məxsusdursa, Qarabağı da  o idarə edəcək". Dünyada böyük əks-sədaya səbəb olmuş, ll Qarabağ  müharibəsi Azərbaycan  xalqının  düşmən üzərində qələbəsi ilə nəticələnməsi sayəsində Qarabağın ürəyi sayılan, öz qədim tarixi füsunkarlığı, milli-mədəniyyətimizin  formalaşdığı gözəl məkanımız, doğma yurd yerimiz Şuşa  şəhəri də 28 ildən sonra öz azadlığına  qovuşdu.                                            

        Düşmənin işğalda saxladığı  digər şəhər və kəndlərdə apardığı  vandallıq təcavüzkar siyasəti  Şuşa şəhərindən də yan  keçməmiş, erməni vəhşiləri bu  qədim şəhərin simasını dəyişməyə cəhd edərək şəhərdə  olan qədim tarixi  mədəniyyət  abidələrmizi dağıtmağa cəhd  etmişlər. Prezident Cənab İlham  Əliyevin qeyd etdiyi kimi “Düşmən Şuşanın simasını  dəyişməyə cəhd etsə də, bu doğma şəhər də 28 il ərzində   ayaqda qalmağı bacara bilmiş, öz milli uhunu bu günədək qoruyub saxlamışdır".                                                                                            

        Orta əsrlərdən başlayaraq Şuşa şəhəri bir mədəniyyət  mərkəzi kimi formalaşmağa  başlamış hələ o zaman bu  ecazkar şəhərə XIX əsrdə  “Kiçik  Paris", “Şərqin Konservatoriyası" adlandırardılar.                                                                                                       

        Hələ Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə Şuşa şəhərində quruculuq işlərinin   aparılmasına göstəriş vermiş   burada bir çox mədəniyyət abidələri təmir olunmuş, klassik şairimiz Molla Pənah Vaqifin məqbərəsi ucaldılmış, qədim dövrə aid dini abidələrmiz,  məscidlərimiz təmir edilmişdir.                                                                                       

        Məhz 1982-ci ildə dahi rəhbər Heydər Əliyev Şuşa şəhərində Molla Pənah Vaqifin  şərəfinə keçirilən “Xarıbülbül” musiqi festivalında  iştirak  edərkən çıxışı  zamanı   bildirmişdir  ki, “Şuşasız  Qarabağ, Qarabağsız  isə  Azərbaycan yoxdur".                       Həqiqətən Şuşa şəhərinin   Azərbaycanlıların həyatında  özünəməxsus tarixi əhəmiyyəti var.        

        XVIII əsrin ortalarında  Qarabağ  xanı Pənahəli xan  tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm  şəhərlərindən birinə çevrilib. Bir müddət Pənahəli xanın şərəfinə bu şəhər “Pəhabad” sonradan isə “Şuşa qalası “ və “Şuşa" şəhəri  adlandırılmışdır.   

         44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Azərbaycan Ordusunun  rəşadəti sayəsində əldə edilən Zəfərimiz Şuşanı 28 ildən sonra yenidən Azərbaycan xalqına qaytardı. Müzəffər  Ordumuzun Ali Baş Komandanı  Prezident Cənab İlham Əliyev Şuşa  şəhərinə iki dəfə səfər etməsi bu şəhərə Zəfər yolunun çəkilməsi, şəhərin simasının  gözəlləşdirilməsinə  başlanılması hər bir Azərbaycanlının  qəlbində qürur hissi doğurdu. Prezident Cənab İlham Əliyev bu gözəl təbiəti olan şəhərin yenidən dirçəldilməsi üçün, bir sıra  Sərəncamların imzalanması hər  bir vətəndaşın xüsusilədə Şuşa sakinlərinin böyük sevinci ilə qarşılandı.                                                                    

        İndi Şuşa yenidən qurulur, burada abadlıq-quruculuq işləri  sürətlə aparılır. Bu yaxınlarda Şuşa şəhərində məktəb  tikintisi və su-kanalizasiya  təhcizat  sisteminin yenidən qurulması üçün  Prezident Cənəb İlham Əliyev tərəfindən vəsaitin  ayrılması  üçün  Sərəncam  imzalamışdır. Ən mühümü isə  Prezident Cənab İlham Əliyevin  Sərəncamına  əsasən, “Şuşa  şəhərinin Azərbaycan Mədəniyyətinin Paytaxtı" elan  edilməsi olmuşdur. Bu  Sərəncam  ölkəmizdə ictimaiyyət  tərəfindən  sevinclə qarşılanmışdır. Xatırladaq  ki,  Prezident Cənab  İlham Əliyev qürurla belə qeyd etmişdir,  “İyirmi səkkiz il yarım işğal  altında  olan Şuşa azad  edildi! Şuşa indi azaddır!  Biz Şuşaya  qayıtmışıq! Biz bu tarixi  Qələbəni döyüş meydanında qazandıq. 2020-ci ilin noyabrın 8-i  Azərbaycan  tarixində əbədi  qalacaqdır. Bu tarix əbədi  yaşayacaq. Bu, bizim şanlı  Qələbəmizin, zəfərimizin günüdür!.."                                                       

        Əbəs  yerə  Şuşanı  Qarabağın döyünən qəlbi  adlandırmırlar. Azərbaycanın  alınmaz qalası, mədəniyyət  məbədi olan bu qədim şəhər  özü  boyda tarixi abidədir. Şuşanın  yenidən bərpası dirçəldilməsi,  tarixi simasının qaytarılması  Qarabağın  döyünən  ürəyinin ,  regionun mədəniyyət  mərkəzinin  yenidən  dirçəldilməsi demək olacaq. Şuşa  əsrlərlə milli ruhumuzu  özündə  yaşadan  əsl  mədəniyyət  qalasıdır. Yaxın  günlərdə bu şəhərdə “Xarıbülbül" musiqi festivalı, “Vaqif Poeziya günləri" keçiriləcək, Şuşa mədəniyyət paytaxtımız olmaqla yanaşı, bütövlükdə Türk dünyasının əsl  mədəniyyət mərkəzinə çevriləcəkdir. Prezident İlham  Əliyev Şuşanı özümüzə qaytardı. İndi Şuşanın əvvəlki mədəni  tarixi siması özünə qaytarılır. Bu  dünyaya bir mesaj verdi  ki, Azərbaycan xalqı öz mədəniyyətinə tarixinə sahib  çıxmaq əzminə  qadirdir. Bundan  sonra  Şuşada  biz  yaşayacağıq, bu gözəl şəhəri yenidən dirçəldəcəyik, çünki, bu bizim  haqqımızdır. Bu mənada  Prezident  İlham Əliyevin Şuşanı  Azərbaycan mədəniyyətinin paytaxtı  elan etməsi  olduqca  mühüm qərardır. Dünya Azərbaycanın  mədəniyyət paytaxtının öz sahiblərinə  qaytarıldıqdan sonra necə  möhtəşəm şəkildə dəyişiləcəyini  görəcək. Sən azadsan, əziz  Şuşa! Biz qayıtmışıq! Səni  azadlığa qovuşduran cəsur  Azərbaycan Əsgərinə, sənin  ruhunu  özünə qaytaran, qayğına  qalan Ali Baş Komandan  Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minəttdarıq!.

Tanrıya çox şükür, bundan sonra əbədi olaraq bu torpaqlarda  biz yaşayacağıq. İşğaldan  azad  olunmuş hər bir şəhərimizi, kəndlərimizi yenidən  abadlaşdıracağıq, doğma  Şuşamızı cənnət-məkana  döndərəcəyik .

Bizə bu xoşbəxtliyi yaşadan  Prezidentimiz  və Əsgərlərimiz  var olsun!.

Şəhidlərmizin ruhu qarşısında  baş əyirik!.

Sən ey hər daşında  bir  tarix  gizlənmiş əziz Şuşa, bizim  yolumuzu səbirizliklə gözlə.   tezliklə biz qayıdacağıq!. Bundan sonra əbədi olaraq  Şuşada  biz yaşayacağıq!.

Tamella Həsənova,

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Abadlaşan Şuşa gözəlliyi ilə dünyanı özünə heyran qoyacaq

 

        Nəhayət gözlədiyimiz gün gəldi və doğma Şuşamız işğaldan azad edildi. Neçə illərin həsrətinə son qoyuldu. Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi. 28 il, 6 aydan sonra rəşadətli ordumuz tərəfindən Şuşamızın işğaldan azad edilməsi müharibənin taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tarixə yazıldı. Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu. Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malik olmuşdur. Şuşa özünün ipəyi, parçası, çini qabları, ticarət elitasının mövcudluğu ilə dünyada böyük şöhrət qazanmışdır. Elə buna misal olaraq Şuşadakı qədim karvansaraları göstərmək olar.  Görkəmli dövlət xadimi Heydər Əliyevin Şuşaya tarixi abidə kimi qayğısı danılmazdır. Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin qəbirüstü məqbərəsinin qurulması və açılışı da buna misal ola bilər. 1992-ci ildə erməni vandalları tərəfindən Şuşa işğal edildi və bütün tarixi və müasir abidələr, o cümlədən məscidlər yerlə-yeksan edildi. Ulu öndərimizin davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti və güclü ordumuzun rəşadəti sayəsində Şuşa işğalçılardan azad edildi. Əlbəttə ki, biz bu günü çoxdan gözləyirdik, arzumuza çatdıq. 2021-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladlğı fərmana əsasən Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildiririk.

Elnarə Həsənova,

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Xocalılar Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirlər

  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə ilə bağlı xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər" parkında ucaldılmış dahi şəxsiyyətin abidəsi ziyarət edilərək önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətə ehtiram bildirilib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra qəsəbə ərazisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Xocalı Rayon İcra Hakimiyyətinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirak etdiyi aksiyada ümumilikdə 1000-dən çox meyvə və meşə ağacları əkilib.






Paylaşın:

Şəhid Ramazanlı Əlizaminin doğum günündə məzarı ziyarət edildi

 

        Mayın 9-u Vətən Müharibəsi şəhidi, kəşfiyyatçı gizir, ölümündən sonra
"Vətən uğrunda", 'Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmiş Ramazanlı Əlizamin Umud oğlunun cənnətdə ilk doğum günüdür. Ramazanlı Əlizamin 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə düşürdü. Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. İgid döyüşçümüz oktyabr ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

     Ramazanlı Əlizaminin doğum günündə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, İctimai Şuranın üzvü Vasif Bağırov, şəhidimizin Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında məzarını ziyarət edərək gül dəstələri düzdülər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər. Şəhidimizin atası Umud kişi ilə görüş zamanı adını Şanlı Zəfər tariximizə yazdıran Ramazanlı Əlizaminin xalqımızın qüruru olduğu, igid döyüşçümüzün qəlbimizdə, yaddaşımızda əbədi yaşayacağı diqqətə çatdırıldı.








Paylaşın:

Doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşən şəhidimiz

           Vətən Müharibəsində igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda, Xocalı qatillərini məhv etmək üçün döyüşlərə qatıldılar. İllərdir qisas hissi ilə vətənpərvər gənclərimizin səbri tükənirdi.  27 sentyabr tarixi üzərimizdən xəcalət hissininin götürüldüyü, qalibiyyət uğrunda milli ruhumuzun şahə qalxdığı gün kimi tarixə yazıldı. Ramazanlı Əlizamin də bizə Böyük qələbə sevincini yaşadan qəhrəman oğulların sırasında yer alıb.

Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il il yanvarında hərbidən tərxis olunub. 

Ramazanlı Əlizamin Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata-baba yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi. Buna görə də hərbçi olmağı qarşısına məqsəd qoyur. Hərbi xidməti bitirdikdən sonra yenidən Vətənin keşiyində durmağa qayıdır. 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı gizir kimi işə başlayır.

Qəhrəman Kosalar kəndinin şərəfli döyüş dastanı Əlizaminə həmişə qürur hissi verib. O, həmişə valideynlərindən Kosalar oğullarının döyüş yolunu soruşar, ata-baba yurdunun igidləri ilə fəxr edərdi. Əlizamin kiçik yaşlarından “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu öyrənər, “Qırxqız qartalı” ləqəbli Tabil Həsənovu özünə örnək götürərdi.

Xocalı dərdi Əlizaminin də ürəyində bir nisgilə çevrilmişdi. Döyüşlərə qatılarkən Xocalının qisasını almağı qarşısına məqsəd qoymuşdu. Tovuz döyüşlərində olduğu kimi, Vətən Müharibəsində də ən ağır döyüşlərə qatılmaqdan çəkinmirdi. Onu uğrunda canını fəda etdiyi torpaqlar öz qoynuna çəkirdi. Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Ramazanlı Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını maşından düşürərək erməni öldürməyə mən gedəcəyəm deyib. Komandiri isə Əlizaminə sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub. Ramazanlı Əlizamin oktyabr ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, həmçinin Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Subay idi.

Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında dəfn edilib.

May ayının 9-u Ramazanlı Əlizaminin cənnətdə ilk doğum günüdür. Şəhidimizi dərin ehtiramla yad edirərək ruhuna dualar oxuyuq. Şəhidlər ölmür. Əlizaminin xatirəsi də qəlbimizdə əbədi yaşayacaqdır.

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi