Mütərəqqi inkişaf edən dövlətimizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır

         Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan səmaları üzərindən qara buludlar götürülməyə başladı. Gündən-günə ölkəmiz inkişaf yolunu tutdu. Bununla bərabər, xalqımızın rifahı, uğurlu gələcəyə olan inamı da artdı. Ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf yoluna qədəm qoydu. Ölkəmizin nüfuzu, iqtisadi-siyasi gücü artdıqca dünya arenasında mövqeyimiz də gücləndi. Bütün bu uğurlarla yanaşı, xalqımız Qarabağ intizarı çəkirdi. Qarabağın mənfur düşmənlər tərəfindən işğal edilməsi dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə bir maneə idi. 44 gün davam edən haqq savaşımızda Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu Qarabağı azad edərək düşmənə sarsıdıcı zərbələr vurdu və torpaqlarımız azadlığa qovuşdu. İndi yerlə-yeksan edilmiş, dağıdılmış yurd yerlərimiz azad nəfəs alır və hər bir guşəsi ölkə başçısının göstərişi ilə abadlaşır. Beləliklə, Xilaskar Ordumuz tarixi Azərbaycan torpaqlarını işğaldan azad etməklə dövlətçiliyimizi daha da möhkəmləndirdi. Qarabağda icra edilən infrastruktur layihələri Azərbaycanın regionda strateji əhəmiyyətini artırır, o cümlədən iqtisadi potensialını da güclənir. Zəngəzur dəhlizinin açılması isə dövlətçiliyimiz tarixində ən parlaq uğurlardan biri olacaq.

II Qarabağ müharibəsindən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələr bir-biri ilə yarışa keçib. Bu dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisilərindən biri də Respublika Günü münasibətilə ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktublarıdır.

ABŞ Prezidentinin  Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verildiyi vurğulanır. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışdığı qeyd edilir. Təbrik məktubunda həmçinin bildirilir ki, Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

Eyni zamanda dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur.

Gələcəkdə ölkələr arasında münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açıldığı diqqətə çatdırılır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır.   

Azərbaycanla əməkdaşlıq etmək istəyən, yeni iqtisadi əlaqələr qurmaq istəyən digər ölkələr də ölkəmizi strateji tərəfdaş kimi dəyərləndirir və dostluq münasibətlərini möhkəmləndirməyə çalışırlar.

Göründüyü kimi Azərbaycan dünyada etibarlı ölkə və iqtisadi əlaqələr qurmaq üçün tərəfdaş dövlət kimi tanınır. Bütün bu uğurların əldə edilməsində ölkə başçısının apardığı uzaqgörən və müdrik siyasət başlıca rol oynayır.

 Qalib Quliyev,

Xocalı rayon gənci

 

 

 

Yorum Gönder

Daha yeni Daha eski