Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şəhid Ramazanlı Əlizaminin doğum günündə məzarı ziyarət edildi

 

        Mayın 9-u Vətən Müharibəsi şəhidi, kəşfiyyatçı gizir, ölümündən sonra
"Vətən uğrunda", 'Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmiş Ramazanlı Əlizamin Umud oğlunun cənnətdə ilk doğum günüdür. Ramazanlı Əlizamin 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə düşürdü. Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. İgid döyüşçümüz oktyabr ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

     Ramazanlı Əlizaminin doğum günündə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, İctimai Şuranın üzvü Vasif Bağırov, şəhidimizin Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında məzarını ziyarət edərək gül dəstələri düzdülər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər. Şəhidimizin atası Umud kişi ilə görüş zamanı adını Şanlı Zəfər tariximizə yazdıran Ramazanlı Əlizaminin xalqımızın qüruru olduğu, igid döyüşçümüzün qəlbimizdə, yaddaşımızda əbədi yaşayacağı diqqətə çatdırıldı.








Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi