Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Aran TV" media kollektivi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid övladını ziyarət ediblər

        1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Aran TV" media kollektivi şəhid ailələrinin övladları ilə birgə keçirməyi qərara almışdır. Kollektiv üzvləri Vətən Müharibəsi şəhidi İsrafilov Abdurahman İsrafil oğlunun Zaqatala rayonu Qımır kəndi qəbiristanlığındakı məzarının və onun ailə üzvlərinin ziyarətində olub, şəhidimizin atasının üzünü görmədiyi səkkiz aylıq qız övladı Nillayın bayramını təbrik ediblər. 

        Qeyd edək ki, Vətən Müharibəsi şəhidi İsrafilov Abdurrahman İsrafil oğlu 1991-ci il Zaqatala rayonunun Qımır kəndində anadan olub. O, 2009-cu ildə Füzuli rayonunda hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, 2011-ci ildə Sərhəd Qoşunlarında xidmət etməyə başlayıb. 2018-ci ildə ailə həyatı qurub. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayanda Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına döyüşərək, 2020-ci il oktyabrın 21-də Qubadlı rayonunda şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 22-də Zaqatala rayonu Qımır kənd qəbiristanlığında dəfn olunmuşdur. İsrafilov Abdurrahman İsrafil oğlu ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən uğrunda" və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Şəhidimizin üzünü görmədiyi Nilay adlı qız övladı yadigar qalıb.

         "Aran TV" media kollektivi şəhidimizin yoldaşı Jalə xanıma maddi və mənəvi dəstək olub. Baş redaktor Şeyda Əzizova bildirib ki, şəhid və qazi ailələrinə, o cümlədən onların övladlarına diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcudur. Bugünkü ziyarətlə özümüz də mənəvi təskinlik tapmış oluruq. Əminik ki, Nilay balamız da böyüyüb xalqına, dövlətinə layiqli vətəndaş olacaq. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Nilay körpəmizə şəhidimizin yurdunda yurdçu olmağını arzulayırıq. 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi