Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan iqtisadiyyatı gündən-günə inkişaf etməkdədir

 

         Ancaq 2020-ci ildə pandemiya və neft qiymətlərinin tənəzzülə uğraması ölkəmizə təsir etmişdir. Buna baxmayaraq, dövlətimiz bunu nəzarət altına alaraq islahatlar aparır. Enerji sahəsində, qaz sektorunda, maliyyə sektorununda tənzimlənməsində davamlı islahatlar aparır. Dünya Bankının qiymətləndirməsinə görə 2021-ci ildə neft qiymətləri sabitləşdikcə iqtisadi fəallıqda artacaqdır.

Bununla belə, Qarabağın torpaq, su, meşə faydalı qazıntı resurslarınında iqtisadiyyat dövriyyəsinə cəlb olunması, nəqliyyat​ imkanlarının genişlənməsi böyük artıma səbəb olacaqdır.

Dünya iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıbdır, buna Ali Baş Komandanımızın​ rəhbərliyi ilə Ordumuzun qələbəsi inamı artırıb ki, bu da iqtisadi inkişafa təsir edir.

         Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni binası istifadəyə verilib. Prezident İlham Əliyev də binanın açılışında iştirak edib. İqtisadiyyat Nazirliyinin yeni binası müasir memarlığı ilə diqqət cəlb edir.

Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizimlər fəaliyyət göstərməkdədir. Bu iqtisadi əlaqələr ölkəmizin müstəqilliyi illərindən etibarən inkişaf etməyə başlamışdır və inanıram ki, bundan sonra da daha da inkişaf edəcəkdir.

Azərbaycan həm də inkişaf etmiş ölkələr arsınada qədəm qoyur. Sosial iqtisadi inkişaf sahəsində özünə məxsus uğurlu modelin əsasını qoyması ilə iqtisadi tərəqqi yolunda ölkəmizin daha da böyük naliyyətlərə imza atacağına inanıram.

Leylan ƏHMƏDOVA,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi