Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq

   
        Xocalı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə online formatda tədbir keçirildi. Tədbirdə Komissiyaya üzvləri, ümumtəhsil məktəblərinin pedaqoji heyəti və şagirdlər iştirak etdilər. 

        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Lamiyyə Qarayeva narkomaniyanın insan sağlamlığına vurduğu zərərdən, cəmiyyətdə törətdiyi fəsadlardan danışdı. Rayonumuzda mütəmadi olaraq narkotiklə mübarizə məqsədilə rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi tərəfindən gənclər arasında söhbətlər aparıldığını, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı.

          Sonra Xocalı Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik qrupunun Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis baş-leytanantı Tural Xəlilov məruzə ilə çıxışında bildirdi ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.  İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Bu mübarizədə cəmiyyətin bütün üzvləri polis əməkdaşları ilə birlik olmalıdır. 

        Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov rəhbərlik etdiyi idarənin gənclərin sağlamlıqlarının qorunması və narkomaniya bəlasının fəsadları haqqında məlumatlandırmaq məqsədilə mütəmadi olaraq “Narkomaniyaya “yox” deyək!” devizi altında rayon yeniyetmə və gəncləri arasında müxtəlif növ idman yarışlarının keçirildiyini dedi. 

         "Xocalı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Aqil Məmmədov çıxışında aparılan düzgün maarifləndirmənin və birlikdə mübarizənin nəticəsi olaraq narkotik asılılığından qeydiyyatda olub müalicə alan rayon sakininin olmadığını bildirdi.  

        Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında yeniyetmələrin zərərli vərdişlərdən kənar durmaq üçün ən yaxşı təbliğat yerinin məktəb olduğunu vurğuladı. Şakir Əliyev fikirlərinə əlavə etdi ki, buna görə də hər bir pedaqoq şagirdlərin təhsilinə diqqət yetirdiyi kimi, onların sağlamlıqlarına da diqqət yetirməli, psixoloji, mənəvi köməklik göstərməlidir. 

         Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev narkomaniya ilə mübarizədə vətəndaş cəmiyyətinin hər üzvünün fəal olmağının əhəmiyyətindən danışdı. Sağlam gəncliyin təməli üçün asudə vaxtın düzgün təşkil olunmasının vacib məqam olduğunu vurğuladı. Yeni yaradılan İctimai Şuranın narkomaniyaya ilə mübarizədə maarifləndirici tədbirlərdə Komissiya üvlərinin işlərinə köməklik edəcəyini bildirdi. 
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi