Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə dövlət proqramı müvəffəqiyyətlə davam etdirilir


        XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika quran Azərbaycan, öz müstəqilliyini tezliklə itirsə də, əsrin sonunda yenidən öz müstəqilliyini bərpa etdi. Əsrin əvvəllərində olduğu kimi ölkəmiz yenə də müstəqilliyimizi həzm etmək istəməyən müxtəlif daxili və xarici qüvvələr tərəfindən təzyiqlərə məruz qaldı. Yenidən müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldıq. Bu çətin günlərdə ölkəni idarə edən səriştəsiz rəhbərlər təhlükəni aradan qaldırmaq məqsədilə heç bir addım atmaq iqtidarında deyildilər. Məhz bu çətin məqamlarda xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gətirildi və yaranmış təhlükə onun siyasi iradəsi və uzaqgörənliyi sayəsində aradan qaldırıldı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     

         Heydər Əliyev qısa zaman kəsiyində dünya dövlətləri ilə diplomatik əlaqələr yaratdı, Azərbaycanın iqtisadi resurslarını onların qarşısında canlandırdı və xarici ölkələrin ölkəmizin iqtisadi resurslarından istifadə etməyə, iqtisadiyyatımıza investisiya qoymağa sövq etdi. Məhz aparılmış bu məqsədyönlü iqtisadi siyasətin nəticəsində 1994-cü ilin 20 sentyabrında Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə Beynəlxalq Neft Konsorsiumu ilə əsrin neft kontraktı imzalandı. Bu kontraktın imzalanması tezliklə öz nəticələrini verməyə başladı. Belə ki, Azərbaycan beynəlxalq müstəvidə həm siyasi, həm də iqtisadi cəhətdən möhkəmlənməyə başladı və bir çox aparıcı dünya dövlətləri ölkəmizlə müxtəlif məsələlərdə hesablaşmağa başladılar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ancaq iqtisadiyyatın inkişafı üçün təkcə neft faktoru ilə kifayətlənmək olmazdı. Çünki neft getdikcə azalır və tükənməz də deyildir. Buna görə də ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunu inkişaf etdirmək lazım idi. Bütün bunları əsas götürərək ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə dövlət proqramı işlənib hazırlanmışdı və bu proqram hal-hazırda müvəffəqiyyətlə davam etdirilir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      Götürülmüş düzgün kurs Azərbaycan iqtisadiyyatının yüksələn xətt ilə inkişaf etməsinə səbəb olmuşdu. Bu templə ayaqlaşmaq üçün Azərbaycanın Milli valyutası olan manatın da ekvivalentliyini artırmaq zərurəti meydana çıxırdı. Məhz bu amilə görə Yeni Azərbaycan Manatı tədavülə buraxıldı. Milli Valyutanın dayanıqlılığının təmin ediləməsi məqsədilə görülən işlər bu gün də davam etdirilir. Bu yaxınlarda​ 1, 5, 50 manatlıq yeni əskinasların tədavülə buraxılması da qeyd olunan işlərə xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

         ​ 44 günlük Vətən müharibəsi "Dost dar gündə tanınar" deyiminin nə qədər doğru olduğunu bir daha sübut etdi. Həmin ağır günlər zamanı qardaş Türkiyənin maddi və mənəvi baxımdan sonuna qədər yanımızda olmasını əyani şəkildə hiss etdik. Sözsüz ki, qardaş ölkə ilə iqtisadi əlaqələrimiz yüksək səviyyədədir və bu əlaqələr daim inkişaf etdirilməli, möhkəmləndirilməlidir. Məhz bu yanaşmanın nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimizdə mənfur düşmənlərimiz tərəfindən talan edilmiş qızıl yataqlarının işlənməsi qardaş Türkiyənin şirkətlərinə tapşırılmışdır. Görülən işlər bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətt ilə inkişaf edir və bu inkişaf Azərbaycan insanının rifah halının yaxşılaşmasına xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Aidə Səlimova,​ ​ ​ ​ ​ ​ 

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi