Ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb
Pandemiya dövründə təhsildə gözlənən problemlərin minimuma endirilməsi istiqamətində Qubadlı Rayon Təhsil Şöbəsi də ilk gündən sistemli yanaşmalar, problemə dərhal çevik reyaksiyaların göstərilməsi sayəsində ciddi uğurlara imza atmış oldu. Burada bir məqamı qeyd etmək lazımdı ki, uzun illərdir ki, təhsildə keyfiyyət faktorları nəzərə alınmaqla Qubadlı təhsili ilk onluqda öz yerini qoruyub saxlamaqdadır. Şübhəsiz ki, rayonun təhsil sistemində belə bir müsbət tendesiyanın baş verməsində Qubadlı
Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlovun xüsusi əməyi danılmazdır. Məhz Fuad müəllimin təşəbbüsü sayəsində müəllimlərin akademik bacarıqlarının artırılması, müəllim nüfuzuznun, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Müəllimlərin işə qəbulu zamanı şəffaflığın qorunub saxlanılması üçün qanunvericiliyin bütün tələbləri gözlənilməklə, müəllimlər arasında sağlam rəqabət və motivasiyanın güclənməsi üçün bütün zəruri imkanlar səfərbər edilmişdir. Və təqdirəlayiq haldır ki, rayonun ümumtəhsil məktəblərində bu inkişaf dinamikası günbəgün artmaqda davam edir.Bütün bu fədəkar əməllərin nəticəsidir ki, Dövlət İmtahan Mərkəzinin ötən tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi statistik təhlili zamanı aydın olur ki, 2020-ci il məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb. Həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş (500-700 intervalında bal toplayanlar) abituriyentlərin bölgələr üzrə nəticəsinə görə Qubadlı rayonu üzrə ümumi təhsil məktəbləri IV yerdə qərar tutub.
Yenə də ümumi təhsil müəssisələri üzrə IX sinif şagirdlərinin buraxılış imtahanındakı nəticələrinə görə isə Təhsil Nazirliyinə tabe və özəl liseylərdən sonra Qubadlı rayonu respublikada VIII pillədə qərarlaşıb.
Aran Medi qəzetinin baş redaktoru və Qubadlı Rayon Təhsil şöbəsində işləyən bir müəllim kimi mən də fəxr edirəm ki, Qubadlı təhsili belə böyük uğurlara imza atır. Buna görə də Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və Rayon Təhsil Şöbəsinin müdri Fuad Bədəlova, ən nəhayət Azərbaycan Respublikası Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Mən bu məqamda fən müəllimlərinə də öz minnətdarlığımı bildirirəm, çünki bu işdə ən böyük yük fənn müəlimlərinin çiyinlərinə düşür. Bir sözlə əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini, məktəb rəhbərlərini, pedaqoji kollektivlərini təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram.
Ümid
edirəm ki, Qubadlı təhsil sistemi öz tarixi ənənələrini daim qoruyub
saxlamaqla, gələcəkdə də ölkəmiz və millətimizin xoşbəxt gələcəyi naminə böyük
uğurlara imza atacaq.
“AranMedia” qəzetinin baş redaktoru