"Şuşa Bəyannaməsi"nin məhz 15 iyunda imzalanmasının sanki "Milli Qurtuluş Günü" ilə bir simvolik bağlılığı vardır

 

​ ​ ​ ​ ​ Üstündən 28 il keçsə də 1993-cü ilin xaos dövrü, hakimiyyət böhranı hələ də gözümüzün önündən getmir. Həmin günləri xatırladıqca, adamı qeyri ixtiyari bir sual düşündürür. Görəsən həmin dövrdə Heydər Əliyev olmasaydı, xalq onu çağırmasaydı Azərbaycanın aqibəti necə olacaqdı, millətin müqəddəratı necə olacaqdı? Bunları düşündükcə belə bir qənaətə gəlirsən ki, Heydər Əliyev böyük bir şəxsiyyət olaraq Tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzsiz bir hədiyyədir. Məhz bu böyük syasət nəhənginin sayəsində Azərbaycan dünya xəritəsindən silinmə təhlükəsindən xilas oldu.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       

            Məlumdur ki, 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Məclisinə sədr gətirilən Heydər Əliyev xalqı xilas etmək üçün gecəni gündüzə qataraq yorulmadan çalışdı və qısa zamanda hakimiyyət böhranına son qoydu, xalqı xaos cəhənnəmindən qurtardı. Bundan sonra Azərbaycanda ikinci Heydər Əliyev erası başlandı və xalqın gələcəyə ümidi artdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

             Ancaq keçmiş, səriştəsiz hakimiyyətin buraxdığı elə problemlər var idi ki, onları aradan qaldırmaq üçün zamana ehtiyac var idi. Məhz belə ağır problemlərdən biri də işğal olunmuş azərbaycan torpaqları idi. Ərazilərin işğaldan azad edilməsi üçün var gücü ilə çalışan Heydər Əliyev əsasən ərazilərin sülh yolu ilə, qansız-qadasız geri qaytarılmasına çalışırdı. Eyni zamanda bu məsələnin olduqca çətin olduğunu bilən Heydər Əliyev, paralel olaraq Azərbaycanın iqticadi qüdrətinin artırılmasını da diqqət mərkəzində saxlayırdı ki, gələcəkdə işğal altındakı torpaqları sülh yolu ilə azad etmək mümkün olmadıqda, güc yolu ilə ərazilərin işğaldan azad edilməsinə nail olsun.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

              44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin işğal altındakı torpaqların azad edilməsi haqqındakı planları, nə qədər düzgün və uzaqgörən bir düşüncənin məhsuludur. Xalqımız Heydər Əliyev dühasının işığında 30 il düşmən tapdağı altında inləyən əzəli torpaqlarımızı işğaldan azad etdi. Bu mübarizədə daim yanımızda olan Türkiyə Respublikası ilə aramızda olan dostluğun və qardaşlığın təməli də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, daim Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən danışanda diqqəti ona məxsus olan "Bir millət, iki dövlət" ifadəsinin üzərinə çəkirdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

          15 iyun tarixi Azərbaycanda "Qurtuluş Günü" kimi hər il qeyd olunur. 2021-ci ilin 15 iyun tarixində isə daha bir əlamətdar hadisənin şahidi olduq. Həmin tarixdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etdi. Səfərin nəticəsi olaraq tarixdə Türkiyə ilə Azərbaycan arasında vaxtilə imzalanmış məşhur Qars müqaviləsi qədər böyük əhəmiyyətə malik olan dövlətlərarası "Şuşa Bəyannaməsi" imzalandı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​      

           "Şuşa Bəyannaməsi"nin məhz 15 iyunda imzalanmasının sanki 15 iyun​ "Qurtuluş Günü" ilə bir simvolik bağlılığı vardır. 15 iyun 1993-cü il Azərbaycanın dağılmaq təhlükəsindən xilası ilidir. 15 iyun 2021-ci il "Şuşa Bəyannaməsi" isə Azərbaycanın işğal altındakı ərazilərinin düşməndən azad edilməsinin dövlətlərarası sənəd üzərində bir daha rəsmiləşməsi ili. Həm də bu tarix iki qardaş ölkə arasındakı tarixi bağların bir daha​ möhməmləndirilməsi baxımından böyük tarixi əhəmiyyətə malikdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski