Xocalı İdman Klubunun Cüdo bölməsinin şagirdləri idman ləvazimatları ilə təmin edilib

 

        Goranboy rayonu Yeni Yaşayış Massivində fəaliyyət göstərən Xocalı İdman Klubunun Cüdo bölməsinin şagirdləri yeni alətlər, tatamilər və cüdogilərlə təmin edilib. Bu barədə Xocalı İdman Klubunun Cüdo bölməsinə baş məşqçi təyin edilən Vətən Müharibəsi iştirakçısı Vüsal Tanrıverdiyev xocalininsesi.info saytına məlumat verib. Vüsal Tanrıverdiyev göstərilən diqqət və qağıya görə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdulllayevə, Federasiyanın rəhbərliyinə, o cümlədən Xocalı İdman Klubunun direktoru, AKF-nin I vitse-prezidenti, beşqat dünya çempionu Ehram Məcidova minnətdarlıq edib. Göstərilən etimadı doğrultmaq üçün Xocalı cüdoçularının həvəslə məşqləri davam etdirəcəklərini diqqətə çatdırıb. 






Yorum Gönder

Daha yeni Daha eski