Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qalib Lider Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərdən ermənilərə növbəti mesajı

 

        Azərbaycan Prezidenti İlham Əliyevin qalib Lider kimi Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında ölkəmizin prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar verdi. Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir.

        27 sentyabr 2020-ci il tarixindən başlayaraaq ölkə prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Müzəffər Ordumuzun gücü sayəsində 44 günlük davam edən “Dəmir Yumruq” əməliyyatı işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı “yenilməz erməni ordusu” mifini də darmadağın etmiş oldu.

        Ölkə prezidenti öz çıxışında Azərbaycanın əzəli torpaqları olan Zəngəzur, Göyçə, İrəvan torpaqlarında ermənilərin məskunlaşmasından danışaraq həmin ərazilərin Azərbaycan dilində adlandırılmasının vacibliyini də diqqətə çatdırdı.

Kəlbəcər rayonu Azərbaycanın strateji mövqedə yerləşən, təbii və zəngin sərvətlərə malik olan ərazisidir. 30 il müddətində ermənilər və onlara himayədarliq edən ölkələr Kəlbəcər İstisuyunu, qızıl yataqlarını və zəngin meşələrini talayaraq, bundan gəlir mənbəyi kimi istifadə etmişdirlər. 

     Prezident İlham Əliyev səfər zamanı, həmçinin Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı. Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı bu şirkətlərin iki yolu olduğunu – ya təzminat ödəyəməli olduqlarını, ya da beynəlxalq məhkəməyə veriləcəklərini vurğuladı. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir.

        Yol infrastrukturunun yenidən qurulması, Füzuli şəhəri və Laçın rayonlarında aeroportların inşa edilməsi, işğaldan azad edilmiş torpaqlarımızda abadlıq və quruculuq işlərinin sürətlə aparılması məcburi köçkünlərin yaxın vaxtlarda öz doğma yurd-yuvalarına qayıdacağına töhfə verəcəkdir.

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi