Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qarabağ müharibəsində əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət daim qayğı və diqqət göstərir

         İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Hərbiçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq - iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Müharəbə dövründə bir dənə də fərari olmamışdır. Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır. Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax budur bizim nailiyyətimiz. Amma bizim bir nəfər də olsun döyüş meydanından qaçmadı. İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirlidi, arzularımız reallığa çevrildi. Qarşımıza qoyduğumuz hədəf minimum itkilərlə çatdıq.                               Biz üç minə yaxın şəhid vermişik. Biz düşmənləri torpağımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə də üç minə yaxın şəhidimizin həyatdan getməsi əlbəttə böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan məlumata əsasən onların itkiləri ən azı       7-8 mindir. Bu bir daha onu göstərir ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir. İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət daim qayğı və diqqət göstərir. Bildiyimiz kimi son illər ərzində ölkəmizdə genişmiqyaslı özünəməşğulluq proqramı icra edilir. Bu proqrama cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni bu da daim diqqət mərkəzində olan məsələdir. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbiçilərimiz üçün ən müasir protezlər sifariş verilmişdir və bu protezlər artıq quraşdırılır. Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər 8400 nəfərə müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Mənzillərin şəraiti çox müsbətdir, çox yaxşıdır, işıqlı və genişdir. 620 nəfərlik məktəb, uşaq baxçası fəaliyyətə hazırdır. Yəni burda rahat yaşamaq üçün bütün imkanlar vardır. Burda şəhid ailələri Qarabağ qaziləri yaşayacaqlar. 

        Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərir. Bunu təsdiqləyən rəqəmlər sözdə yox, əməldə özlüyündə bunun göstəricisidir. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. On min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə və fərdi evlərlə təmin olunub. Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkədə iqtsadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyəvin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb, əksinə ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan ölkə olaraq Prezidenti ilə vətəndaşlarının həmrəyliyi birliyi ilə dünya arenasında öz sözünü deyib və özünü doğruldub.

Arzu HACIYEVA,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi