Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İkinci Qarabağ müharibəsində qazanılan Zəfər haqq-ədalətin düşmən üzərində qələbəsidir!

         

       İllərlə gözümüz  yolda,  qulağımız səsdə qalmışdı  ki, kimsə bizə bir gün deyəcək,
qayıdırıq doğma yurd yerlərimizə. İllərlə ayrı düşdüyümüz doğma yurd yerlərmizə, doğulub boya-başa  çatdığımız kənd və şəhərlərmizə getməyi xəyal edib  bəzəndə yuxularmızda Vətənin nisgilini yaşayaraq özümüzdə təskinlik tapırdıq. İllərlə xəyalımızda canlandırdığımız doğma Vətənə gedə bilmirdik. Kimi öz doğma evindən uzaq düşmüşdü, kimi də illərlə öz əziz  insanlarının məzarını ziyarət edə bilmirdi.

        Prezident Cənab  İlham  Əliyev qeyd etdiyi kimi  “Ən  ağrılısı o idi  ki, doğma  torpağı uzaqdan görəsən amma  ora  gedə  bilməyəsən."

        Əlbəttə bu dəhşətli mənəvi ağrı  idi. Azərbaycan  xalqının   keçmişdən  bəri  çox  əsirlik  tarixində Vətən  uğrunda aparılan   döyüşlərdə  dümənə  qarşı   mübarizə  aparan qəhrəman  oğul,  qızlarımızın şücayət  və qəhrəmanlıqlarından   çox   yazılıb, cəsur igidlərmizin  qəhrəmanlığı dillərdə  dastan olub.

        Lakin  Müzəffər  Ali  Baş   Komandan  Prezident  Cənab  İlham   Əliyevin  Vətən  torpaqlarının  düşməndən  azad  edilməsi   uğrunda   başladığı  Dəmir  Yumruq  əməliyyatı  44  gün  ərzində  sərhədlərimiz  boyunca  doğma  torpaqlarmızın  düşməndən  azad  olunması  uğrunda  aparılan  mübarizə  dünyanı  heyran  qoydu,   Azərbaycan  xalqına  bütün  Türk  dünyasına  sevincli  və qürurlu  anlar  yaşatdı.

        27 Sentyabr 2020-ci il tarixdə başlanan II Qarabağ müharibəsində  rəşadətli  Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək, haq-ədalətin  şər  üzərində  qələbəsinə  nail  olundu. Qorxu  bilmədən  döyüşlərdə  daim  şad  xəbərlər  qələbə   sevinci xalqımıza bəxş edən Azərbaycan  əsgəri  böyük  ruh  yüksəkliyi  ilə düşmənə  cəhbədə ağır zərbələr endirərək bu mübarizlik  yolunda şərəflə irəli addımlamaqdan  çəkinməyərək, Vətənə, torpağa  olan  sevgisini qəhrəman oğullarmız Şəhidlik şəadətinə ucalmaqda görürdülər və gördülərdə.

        Yumruğunu   sıxaraq  44  günlük  vətən  müharibəsi  dövründə  Ali  Baş  Komandan  Cənab  İlham  Əliyevin  televiziya   vasitəsi   ilə   dünyaya  çatdırdı  ki,   düşmənin  uydurduğu   əfsanəvi   güclü   erməni  ordusunun  əsgərləri   Azərbaycanın  cəsur   Ordusu  qarşısında  aciz  qalıb , düşmənin  əsgərləri  fərarilik  edərək , döyüş  postlarını  qoyub  qaçdılar,    bütün  bu  deyilənlər   müharibə  zamanı  çəkilmiş   videolardada  açıq-aydın  görünürdü.

        Prezident  Cənab  İlham  Əliyev  qeyd  etmişdir : “II Qarabağ müharibəsində  Bir  dənədə olsun  Azərbaycan  əsgəri  fərarilik  etməmişdir. Lakin  mənə verilən  məlumata  əsasən on mindən  çox  erməni əsgəri   fərarilik  etmişdir. Düşmən  tərəf  bunu  təkzib  etsədə biz bunu müharibənin ilk  gedişində  şahidi  olduq."

        44  günlük  Vətən  müharibəsi  zamanı  Azərbaycan  əsgəri  dünyada   görünməmiş  bir  şücaət  göstərərək  yalnız  modern  savaş  nümunəsini   tarixə  yazmadı,  eyni  zamanda  cəngavərlik  ruhunu,  türk  savaş  əxlaqını  ortaya  qoyaraq  mərdi-mərdanə  bir   döyüş  apararaq, başda Şuşa qalası olmaqla, işğalda olan torpaqlarmızı yağı  düşməndən   azad  etdi.

        II Qarabağ  müharibəsində əldə  olunmuş  qələbəmizi  şərtləndirən  əsas amillərdən  biridə Ali  Baş  Komandan  İlham  Əliyevin  sayəsində  vətənpərvər  ruhda  gənc  nəslin  yetişməsi  müharibədə  döyüşən  əsgərlərin  Ali  Baş  Komandanın əmrinə   sadiqlik,  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq   əzmi,   xalqla  dövlətin  birliyi-həmrəyliyi , ermənistanın  acı  məğlubiyyəti və çoxlu  sayda  əsgərinin  məhv edilməsi ilə nəticələndi.

        Onsuz da  bu  Zəfərə  xalqımız  bir  gün  nail  olacağına  hər   bir  Azərbaycanlıda  böyük  inam  var  idi,  amma  bu  möhtəşəm  qələbəmiz  30 il ərzində düşmənin  Şəhid  etdiyi oğul  və   qızlarmızın  ruhunuda  şad  etdi, hərbi əməliyyatlar zamanı torpaqlarmız  azad  edildi. İkinci  Qarabağ  müharibəsi  bizim  şanlı Zəfərimiz  kimi  tarixdə əbədi qalacaq.

        Dağlıq  Qarabağda  və  ətraf  rayonlarda  qazanılmış   böyük  Zəfər  məhz  Azərbaycan  naminə,  Azərbaycanın    bütövlüyü    uğrunda   aparılan  müharibənin  parlaq  hərbi-siyasi   yekunu  möhtəşəm  nəticəsidir.  Ona  görə  də  bu  müharibə  haqlı  olaraq  xarakter  etibarilə   Vətən  müharibəsi  adlandırılır. Bu  müharibənin  qalibləri   Ali  Baş  Komandan,  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyev  və  müzəffər  Azərbaycan  Ordusu,  Azərbaycan  əsgəridir.

        Azərbaycan  xalqı  illərlə  ermənistanın  hərbi  təcavüzü  nəticəsində  fiziki-mənəvi  əzaba  düçar  olmuş,  amma  dünya  bu  haqsızlığa  susaraq  yanlış  mövqe  sərgiləyirdi,  ermənistanın  30  ildə  işğalda  saxladığı   torpaqlarda  apardığı  dağıdıcı  vəhşi  hərəkətinə  göz  yumulurdu,  heç  bir  beynəlxalq  təşkilat  səsini  çıxarmırdı  haqlını  müdafiə  etmək  istəmirdi.

        Prezident  Cənab  İlham  Əliyev  qeyd  etdiyi  kimi  “dünyada  belə  bir  düşüncə  yaranıb, kim güclüdürsə,  o haqlıdır, o ədalətlidir  “.

        Amma  haq-ədalətin  Qarabağmızda,  işğalda  qalan  torpaqlarmızda  yenidən  bərpası   bir  daha  düşməni  dəstəkləyən  ermənistanın  havadarlarına  bir  tərs  sillə  oldu,  ermənistan  və  havadarları  Azərbaycan  Ordusunun  gücünün  qüdrətinin  açıq  şahidi  oldu.  

        Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  Vətən  müharibəsində  qazanılmış  Zəfər  Azərbaycan  xalqına  təcavüzkar  ermənistan  tərəfindən  işğal  edilmiş   torpaqlarının  düşməndən  azad  edilməsinə,  ərazi  bütövlüyünün  təmininə   nail  olmaq  şansı   qazandırmışdır. Məhz  dünya  tarixində  torpaqları  işğaldan azad  edən  vətən  xilaskarı  kimi  ilk  olaraq öz adını Zəfərilə tarix yazan Dövlət başçısı   Ali  Baş  Komandan  İlham  Əliyev olmuşdur.

        İndi  işğaldan  azad  olunmuş  torpaqlarmız  yenidən  dirçəldilir,   yeni  yollar  çəkilir,  abadlıq  tikinti-quruculuq  işləri  aparılır , doğma  sakinləri  işğaldan  azad  olunmuş  torpaqlara  qədəm  qoyaraq  səfərlər  edirlər  böyüyüb  boya  başa  çatdıqları  kənd    və  şəhərlərdə  yaşadıqları  xatirələri  yenidən  yaşayırlar  bundan  qürurlu  sevincli  xoşbəxt  an  nə  ola  bilər  ki...

        Prezident  Cənab  İlham  Əliyev  qeyd  ediyi  kimi  : “Ermənilər 30 il ərzində  bizim  torpaqlarmızı  ancaq  istismar  edirdi, təbii sərvətləri talayırdı,  evləri  dağıdırdı, sökürdü. Sonra da deyirdi  ki, bura erməni torpağıdır. Bura  heç  vaxt  erməni  torpağı   olmayıb və bundan  sonrada  olmayacaq. Bu  Azərbaycan  torpağıdır. Biz Azərbaycanlılar  - bu  torpaqların  sahibləri  qayıtmışıq. Düşməni  torpaqlarmızdan  qovaraq,  düşmən  ordusunu  məhv  edərək,  qəhrəmanlıq,  fədakarlıq  göstərərək  qayıtmışıq."

        Hər  bir  Azərbaycanlının  yaddaşında  əbədi  qalacaq  Zəfərmiz   vətən  uğrunda  canından-qanından   keçmiş   qəhrəman   Azərbaycan   oğullarının  Şəhidlik  zirvəsinə  ucalaraq  Vətən  torpağını  azadlığa  çıxarılmasında  böyük  fədakarlıq  etmiş  hər  bir  əsgərmizin  hər  bir  Qazimizin   cəsurluğunu  qəhrəmanlığını  Dövlətimiz  daim  yüksək  qiymətləndirir  unutmur.Vətən  müharibəsində  Şəhid  olmuş  oğullarmızın  xatirəsi  əbədiləşdirilir,  Şəhid  ailələrinin  üzvlərinə  Qazilərə  döyüşçülərə  diqqət  və  qayğı  göstərilərək,  44  günlük  müharibədə  zəhməti  olan  hər  bir  Azərbaycanlının  fədakarlığına   biganə  münasibət  göstərilmir ,  Vətən  müharibəsində  əldə  olunmuş  Zəfərmizin  qalibləri    yaddan  çıxarılmır.

        Prezident  Cənab  İlham  Əliyevin  və  Azərbaycan  Ordusunun  sayəsində  qazanılmış  Zəfərimiz  böyük  bir  tarixi  hadisədir  .Əsirlər  keçsədə  bu  müharibədən  danışılacaq,  gələcək  nəsillərə  Vətən  müharibəsində  Vətən  oğullarmızın  qəhrəmanlığı  daim  təbliğ  olunacaq.

        Hər bir Azərbaycanlıya qürurlu  və   sevincli  xəbəri çatdıran 44 günlük  Vətən  müharibəsinin  Qəhrəmanı  Müzəffər  Ali  Baş  Komandan  Prezident  Cənab İlham  Əliyevə minətdarıq. Bu Zəfərin  müəllifi  Prezident  Cənab  İlham  Əliyevdir.

        Yaşasın  Prezidentimiz! Yaşasın  Azərbaycan! Yaşasın  Azərbaycan  Ordusu! Qarabağ Azərbaycandır!

    Aydın Əliyev,

    Xocalı rayon ziyalısı


 


 


 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi