Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan regionda sülhün tərəfdarı olmaqda israrlıdır

Həm ölkəmizdə, həm də dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Prezident Cənab İlham Əliyevin və Azərbaycan əsgərinin 21-ci əsrdə yazmış olduğu siyasi və hərbi qələbəsi kimi tarixdə əbədi qalacaq, böyük bir hadisəyə çevrilmişdir. 44 günlük Vətən müharibəsindən sonra regionda siyasi mənzərə yeni dönəmə keçərək, güc və ədalətin Azərbaycan Dövlətinin əlində cəmləşməsi, ermənistanın regionda gələcək taleyini müəyyənləşdirmək kimi ciddi bir reallıqla üz-üzə qoyması, bu da Prezident Cənab İlham Əliyevin peşəkar siyasi fəaliyyətinin nəticəsində baş verdi.
Ermənistan İkinci Qarabağ müharibəsində acı məğlubiyyətə düçar olması düşmən ölkəsində müəyyən çətinliklər iqtisadi sahədə geriləmələr yaradaraq burada siyasi çəkişmələrin çoxalmasına gətirib çıxarmışdır.
Prezident Cənab İlham Əliyev müsahibəsində qeyd edir “Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər"
Prezident Cənab İlham Əliyev bu müsahibədə açıq şəkildə bir daha qeyd edir ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konustruktiv olmuşdur.
Bu müsahibəsində olduqca geniş bir şəkildə informasiya verən Prezident Cənab İlham Əliyev düşmən tərəfi yeni komnikasiyaların açılmasına dəvət edərək burada əlaqələrin yaradılması sahəsində irəlləyişə nail olmağa ermənistanı səsləyir. Ermənistan məğlub tərəf olaraq danışıqların yeni müstəvidə aparılmasında daim maraqlı olması, regionun inkişafı üçün böyük rol oynaya bilər, ermənistan qeyri-konustriktiv mövqe sərgiləməməlidir, regionda sülhün ən fəal tərəfdaşı kimi əlaqələrin qurulmasına cəhd göstərmək şansını qaçırmamalıdır, Dövlət Başçısı Cənab İlham Əliyev müsahibəsində qətiyyətlə bildirmişdir.
Hər tərəfli və geniş bir müsahibədə Prezident Cənab İlham Əliyev bir daha informasiyanın üsul və vasitələrindən imkanlarından istifadə edərək Azərbaycan Respublikasının, Azərbaycan xalqının mövqeyini milli -maraqlarmızın müdafiəçisi kimi dünyanın nüfuzlu informasiya agentliyi vasitəsilə siyasi fikirlərini qeyd etmişdir.
Bir vətəndaş olaraq Prezident Cənab İlham Əliyevin bu müsahibəsində qeyd etdiyi fikirləri müsbət qiymətləndirirəm.
Bahar Quliyeva,
Xocalı rayon sakini


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi