Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Dirçəlməkdə olan Qarabağ

        2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən, işğal altındakı Qarabağ ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevirdi.

Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, igidliyini, qorxmazlığını, mübarizliyini nümayiş etdirdi.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Artıq bu günlərdən 1 il keçir. Hörmətli Prezidentimiz, dünya arenalarında öz sözünü, gücünü göstərdiyi kimi, indi də erməni vəhşilərinin dağıtmış, viran qoymuş, füsunkar gözəlliyi ilə seçilən qarabağ torpaqlarımızı dirçəltmək, əvvəlkindən də gözəl görkəmini bərpa etmək üçün bütün imkanlardan istifadə edir. Ölkə başçısı İlham Əliyev cənabları oktyabrın 9-unda Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu. Xocavənd rayonuna prezident İlham Əliyev cənablarının səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşdü. Həmin görüşdə Xocavənd rayonunun ictimai fəalları, milli qəhrəmanı İbad Hüseynov, MilliMəclisin deputatı Elman Məmmədov və digər şəxslər iştirak etdilər. Görüş zamanı möhtərəm​ prezident İlham​ Əliyev cənabları Xocavənd rayonunun kəndlərini ayrı ayrılıqda yaranma tarixi, rayon ərazisində mövcud olan tarixi abidələri haqqında geniş məlumat verdi. Mənfur düşmənlər tərəfindən dağıdılan, viran edilən kəndləri gəzdilər. Bu kəndlərin​ yaxın gələcəkdə yenidən bərpası, yolların çəkilməsi, bütövlükdə həyata keçiriləcək quruculuq işləri haqqında ətraflı məlumat verdi. Sonra burada Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.

​ ​ ​ ​ ​​ ​ ​ ​ ​ ​ Beləliklə, Prezident​ İlham Əliyev cənablarının Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə​ səfəri yaddaşlarda həkk olunan xatirələrlə yekunlaşdı.

​Təranə Əliyeva, 

Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi,

 "Tərəqqi" medalı ilə təltif olunmuş rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi