Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Heydər Əliyevin qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirdi

    
        Çoxəsrlik tarixi olan xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlində ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi.

        1991 ci il 18 oktyabr tarixində Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, üçrəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918 ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir.

        Amma müstəqilliyimizin ilk illəri təlatümlərlə dolu oldu. Hakimiyyət uğrunda mübarizə az qala, hələ bünövrəsi kövrək olan müstəqilliyimizə son qoyacaqdı. 1993-cü ilin iyununda ağır bir vəziyyətdə xalqın tələb və istəyi ilə hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə,qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ulu öndərin sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

       Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı,hüquqi,dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır.

        Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə,əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır.


Cəsarət Süleymanov, 

Xocalı rayon Kosalar kənd tam orta məktəbin Tarix müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi