29 il gözü yolda qalan doğma Qubadlı torpağına indi Qubadlılar qədəm qoyub vətənin düşməndən azad olunmasının sevincini yaşayırlar.
Həm strateji baxımından həm də coğrafi mövqeyi baxımından Qubadlı rayonu Azərbaycan Resublikasının ən qədim və qəhrəmanları ilə tanınan gözəl bir diyarıdır. Bir tərəfdən İran İslam respublikası ilə digərər bir tərəfdən ermənistanla sərhəddə yerləşən Qubadlının 1992-ci ildə ermənistanın təcavüzkar dəstələrinin işğal etməsi o zaman Qubadlıya yaxın ərazidə yerləşən Zəngilan, Cəbrayıl, Fizuli rayonlarınında düşmən tərəfdən işğala məruz qoyması ilə nəticələnmişdir.
Qubadlı öz qəhrəmanları ilə öyünən diyar olaraq burada ta qədim tarixdən qəhrəmanlar at oynatmış Azərbaycanın əfsanəvi qəhrəmanları Qaçaq Nəbi, Qaçaq Kərəm o zamanlar haq-ədalət uğrunda savaşmış, Qubadlı dağlarında məskən salaraq əhalini yağılardan müdafiəsinə qalxmışlar.
Məhz Birinci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüşən Qubadlılar bir neçə ay ermənistanın hərbi təcavüzkar dəstələrinə qarşı döyüşərək vətənin müdafiəsi uğrunda canlarını şəhid etmişdirlər. Elə bu qəhrəman oğulların sayəsində Qubadlıların düşmənə əsir düşməməsi üçün əhali arasında ölüm sayının az olmasına səbəb olmuşdur. Birinci Qarabağ müharibəsində öz qəhrəmanlığı şücayəti ilə dillərdə dastan olan Qubadlının qəhrəman Şəhidi Əliyar Əliyevdə o vaxtlar düşmənə qorxu bəxş edən, əfsanəvi Milli Qəhrəmanlardan biri olmuşdur.
İşğalda qalan rayonların sakinləri kimi Qubadlı rayonundan olan məcburi köçkünlərdə illərlə Qubadlıdan ayrı düşmək taleyi ilə barışmağa məcbur olaraq 29 il Ölkəmizin müxtəlif ərazilərində qaçqın həyatı yaşasalarda amma doğma vətənləri Qubadlını heç zaman yaddan çıxarmadılar.
Təcavüzkar ermənistanın regionda hərbi və təcavüz həmlələri Azərbaycan xalqının səbrini hər gün daşırır , sərhəddə düşmənin təxribat hərəkətləri bitib-tükənmirdi. 2016-cı ildə Aprel ayında ermənistanın terrorçu dəstələri iri çaplı silahlardan Tovuz rayonu istiqamətində hücuma keçməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu hücumun qarşısını alaraq düşmən tərəfi tamamilə susduraraq düşməni ərazilərmizdən bir qədərdə geri çəkilməyə məcbur etmişdir. Aprel döyüşlərində əsl hərbiçi olaraq əslən Qubadlıdan olan palkovnik Şükür Həmidov Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin, Tərtər rayonun Talış istiqamətində gedən döyüşlərdə Ermənistanın yüzlərlə əsgərini məhv edərək hərbi baxımdan vacib yüksəkliklərin alınmasında Şükür Həmidov böyük şücaiyəti ilə seçilmişdir. Şükür Həmidovla çiyin-çiyinə daim Qubadlı həsrəti ilə yaşayan hərbi sirrləri dərindən bilən Mayıs Bərxudarov Aprel döyüşlərində düşmənə ağır zərbələr endirən hərbiçilərmiz olmuşdur.
Daim Azərbaycan əsgərinə qayğı ilə yanaşan Ali Baş Komandan Prezident Cənab İlham Əliyev əslən Qubadlıdan olan Aprel döyüşündə qəhrəmanlığı ilə yadda qalan Şükür Həmidova Azərbaycanın Milli Qəhrəmanı adına layiq görmüşdür. Lələ təpə yüksəkliyinin alınmasında fəal iştirak edən Mayis Bərxudarov isə Ali Baş Komandanın sərəncamına əsasən General-mayor rütbəsinə yüksəldilmişdir.
Əlbəttə, Vətən hamımız üçün əzizdir , amma Qubadlılar üçün Qubadlı həsrəti torpağa olan sevgi onların arasından qəhrəman oğullar yetişdirib düşməndən qisas alacağı günün yaxında olduğuna böyük inam yaratmışdır.
27 Sentyabrda Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin işğalda qalan torpaqlarmızdan Ermənistanın terrorçu dəstələrinin çıxarılması ilə əlaqədar verilən əmr İkinci Qarabağ müharibəsinin başlanmasında Qubadlının vətənpərvər oğullarıda Vətən müharibəsində öndə döyüşə gedən oğullardan olmuşdur. Həmişə Qubadlını görmədən ölməyəcəm deyən uşaq ikən bu doğma yurddan didərgin düşmüş Azərbaycan Ordusunun sıralarında 44 günlük vətən müharibəsində düşməni məhv edərək Azərbaycan əsgərinin döyüş ruhunu əzmini mətinləşdirən əslən Qubadlıdan olan Azərbaycanın Milli Qəhrəmanı polklovnik Şükür Həmidovda Qubadlının azad olunması uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan oldu.Qubadlı torpağına ayaq basaraq üç rəngli ay ulduzlu bayrağımızı Qubadlı yaxınlığında zirvəyə sancan Milli Qəhrəman Şükür Həmidov düşmən gülləsinə tuş gələrək vətən uğrunda şəhidlik məramına ucalmışdır.
Prezident Cənab İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva ilk dəfə işğaldan azad olunmuş Qubadlı rayonuna səfər edərək burada düşməninin dağıdıb viran etdiyi Qubadlı rayonunu və kəndlərini gəzərək çəkiliş vasitəsilə təcavüzkar Ermənistanın viran etdiyi Qubadlını dünyaya və Azərbaycan xalqına göstərdilər. 2020-ci il 23 dekabr tarixində Prezident Cənab İlham Əliyev Qubadlı rayonunda səfərdə olarkən Azərbaycanın üç rəngli bayrağını qeyd etmişdir “Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şddətli döyüşlər gedib, Azərbaycan Şəhidlər verib . Onların arasında Qubadlı rayonundan olan, Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərin adını çəkmək olar “.
İndi digər rayonlarmız kimi Qubadlı rayonuda azaddır. İndi əslən Qubadlıdan olan uyuyan Milli Qəhrəmanlarmız Şəhid Əliyar Əliyevin, Şəhid Şükür Həmidovun ruhu şaddır.
İnanıram ki, tezliklə Qubadlılar da illərlə mənəvi və fiziki əzaba düçar olmasına baxmayaraq tezliklə Qubadlıya Böyük Qayıdış başlayacaq, Qubadlılar Dövlətimizin Prezident Cənab İlham Əliyevin sayəsində yenidən dirçəldiləcəkdir.
Allah Şəhidlərmizə rəhmət eləsin !
Aydın Əliyev,
Xocalı rayon Qaragav kənd sakini