Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Prezident Cənab İlham Əliyev EFE İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın sülhün tərəfdarı olduğunu qətiyyətlə qeyd edir

        Həm ölkəmizdə,  həm də  dünyada böyük əks-səda  doğuran İkinci Qarabağ  müharibəsi Prezident Cənab  İlham Əliyevin və Azərbaycan  əsgərinin XXI əsrdə yazmış  olduğu siyasi və hərbi qələbəsi   kimi  tarixdə əbədi qalacaq,  böyük bir hadisəyə çevrilmişdir. 44  günlük Vətən müharibəsindən  sonra regionda siyasi mənzərə    yeni  dönəmə keçərək, güc  və  ədalətin Azərbaycan  Dövlətinin  əlində cəmləşməsi, ermənistanın  regionda gələcək taleyini  müəyyənləşdirmək kimi ciddi  bir   reallıqla üz-üzə qoyması, bu  da  Prezident Cənab İlham  Əliyevin  peşəkar siyasi fəaliyyətinin  nəticəsində baş  verdi.

Ermənistan  İkinci Qarabağ   müharibəsində  acı məğlubiyyətə  düçar olması düşmən ölkəsində  müəyyən  çətinliklər iqtisadi  sahədə  geriləmələr  yaradaraq  burada  siyasi çəkişmələrin  çoxalmasına  gətirib  çıxarmışdır.

Prezident  Cənab  İlham   Əliyev  müsahibəsində  qeyd  edir "Mən  hazıram  və  mövqeyimi   artıq  ifadə  etdim. Ermənistan  tərəfi  hazırdırsa,  mən  də  hazıram. Bizim  bir  görüşümüz  olmuşdur  və  o,  Rusiya  Prezidenti Vladimir  Putinin dəvəti əsasında bu  ilin  əvvəlində  üçtərəfli formatda  keçirilmişdir. Mən Paşinyanla o, hazır olanda  istənilən zaman  danışmağa  hazıram. Beləliklə, mən bu, müharibənin bitdiyinin  və həmin səhifənin çevrildiyinin yaxşı  göstəricisi ola bilər."

Prezident Cənab İlham Əliyev bu  müsahibədə açıq şəkildə bir daha qeyd edir ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. 

        Bu müsahibəsində  olduqca   geniş bir şəkildə informasiya   verən  Prezident Cənab İlham  Əliyev düşmən tərəfi yeni komnikasiyaların  açılmasına  dəvət edərək burada əlaqələrin  yaradılması sahəsində  irəliləyişə  nail olmağa  ermənistanı  səsləyir. Ermənistan məğlub  tərəf olaraq danışıqların yeni  müstəvidə aparılmasında daim  maraqlı olması, regionun  inkişafı  üçün böyük rol oynaya  bilər,  ermənistan qeyri-konustriktiv  mövqe sərgiləməməlidir, regionda sülhün ən fəal tərəfdaşı  kimi əlaqələrin qurulmasına cəhd  göstərmək şansını qaçırmamalıdır. Dövlət başçısı Cənab İlham Əliyev müsahibəsində qətiyyətlə   bildirmişdir.   

      Hər tərəfli və geniş bir  müsahibədə  Prezident  Cənab   İlham Əliyev bir daha  informasiyanın üsul və  vasitələrindən imkanlarından  istifadə  edərək Azərbaycan Respublikasının, Azərbaycan xalqının mövqeyini mili -maraqlarmızın müdafiəçisi  kimi dünyanın nüfuzlu  informasiya  agentliyi vasitəsilə siyasi    fikirlərini qeyd etmişdir.

Bir vətəndaş olaraq Prezident  Cənab İlham Əliyevin bu  müsahibəsində qeyd etdiyi   fikirləri müsbət  qiymətləndirirəm.

Bahar Quliyeva,

Xocalı rayon sakini

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi