Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib

       7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.

       “Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib.

        Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli şəkildə müzakirə olunub. Qeyd olunub ki, konfransın əsas məqsədi mövcud çətinliklərin öyrənilməsi, təkliflərin dinlənilməsidir.

        Görüşdə çıxış edən “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov, “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifov və digərləri bölgə qəzetlərinin maddi-texniki bazasının gücləndirilməsinin, yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğulayıblar. Ön

        Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən təkliflərin təhlil ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Medianın İnkişafı Agentliyi tərəfindən aidiyyatı qurumlarla görüşlər keçirilir, region mətbuatının inkişafının sürətləndirilməsi istiqamətində layihələr üzərində işlənilir.





Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi