TARİXİN YADDAŞINA ÇEVRİLƏN FÜZULİ ƏMƏLİYYATI

          Ermənistan silahlı qüvələri 30 ilə yaxın bir müddət idi ki, Azərbaycan torpaqlarını işğal altında saxlayırdı.Bu müddət ərzində aparılan danışıqlar heç bir müsbət nəticə vermədi. Əksinə olaraq Ermənistan baş nazirinin Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi, qondarma DQ respublikasının paytaxtının Şuşa şəhərinə köçürülməsi ilə bağlı bəyanatları vəziyyəti daha da gərginləşdirdi. İyul ayında Ermənistan Azərbyacan dövlət sərhəddinin Tovuz istiqamətində erməni silahlı qüvvələri hərbi təxribat törətdilər. 2020-ci il 27 sentyabr tarixində ermənistan silahlı qüvələri ağır artilleriya və toplardan istifadə edəreək bütün cəbhə boyu hücuma keçdilər. Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında əks hücum əməliyyatı həyata keçirildi. Vətən müharibəsində tarixə düşəcək hərbi əməliyyatlardan hesab edilən Füzuli Əməliyyatı xüsusi önəm  daşıyır.

44 gün davam edən DƏMİR YUMRUQ adı altında Rəşadətli Ordumuz müharibənin ilk günlərindən üstünlüyü ələ alaraq düşmənin 30il ərzində hazırladığı və möhkəmlıyi, keçilməzliyi ilə öyündüyü müdafiyə xəttini yardı dağlarda qurduğu yeraltı istehkamları darmadağın etdi.

2020-ci il oktyabrın 3-dən 17-dək davam edən bu əməliyyata Azərbaycan ordusunun generalları Mais Bərxudarov və Hikmət Mirzəyev rəhbərlik edirdi.Cənub qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini və bir neçə şəhərini işğaldan azad etdi. Ermənistan ordusu bölmələrinə sarsıdıcı zərbələr endirildi. Canlı qüvvə baxımından böyük itkilər verən düşmən hərbi texnikalarını da döyüş meydanında atıb qaçdı. Təkcə bu əməliyyatda 27 düşmən tankı qənimət kimi ələ keçirlidi, onlarla hərbi texnika isə məhv edildi. Nəhayət oktyabrın 17-də müzəffər Azərbyacan ordusunun Cəbarayıl, Hadurt və Xocavənd istiqamətlrindən mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi. Füzulim şəhərinin işğaldan azad edilməsi Zəngilan və Qubadlıya da yol açmış oldu. Füzuli əməliyyatında ordumuz xüsusi peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərdi. Uğurla başa çatan Füzuli əməliyyatı ilə ordumuz düşmən üzərində həm də mənəvi-psixoloji qələbə qazandı. Düşmənin özünün uydurduğu və uzun illər təbliğ etdiyi "məğlubedilməz erməni ordusu" haqqındakı mif bir neçə gün içərisində Azərbaycan ordusu tərəfindən yox edildi. Ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Xalq iqtidar birliyi və müzəffər ordumuzun gücü bizə bu qələbəni təmin etdi.

Akif RÜSTƏMOV,

Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin tarix müəllimi

Yorum Gönder

Daha yeni Daha eski